Sasmung Galaxy Tab S9 FE və Tab S9 FE+ planşetləri OneUI 6.1 istifadəçi interfeysini əldə etməyə başlayıblar
Proqram Təminatı
15.05.2024
Emil Nəcəfov
Samsung şirkəti öz cihazlarında OneUI 6.1 istifadəçi interfeysini işə salmağa davam edir. Bu istiqamətdə şirkət əsas diqqətini smartfonlara ayırsa da, planşetlərini də unutmur. Məlum olub ki, Samsung-un Galaxy Tab S9 FE planşet seriyasına daxil olan modelləri OneUI 6.1-i əldə etməyə başlayıblar. Söhbət, adi Galaxy Tab S9 FE və Tab S9 FE+ planşetlərindən gedir. Məlumata əsasən OneUI 6.1 sözügedən planşetlərin ilk növbədə Cənubi Koreyadakı istifadəçiləri üçün təqdim edilib. Lakin yaxın zamanda sistem yenilənməsi planşetlərin bütün istifadəçiləri üçün aktiv olacaq. OneUI 6.1 sayəsində bu planşetlər süni zəka funksiyalarını əldə ediblər. Lakin onların əldə etmiş olduqları süni zəka funksiyaları Galaxy AI ekosisteminə daxil deyillər. Həmin süni zəka funksiyaları OneUI 6.1-in foto və video üçün nəzərdə tutulmuş baza funksiyalarıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy S25 Ultra-da kameraların sayı azala bilər!
Samsung Galaxy S25 Ultra-da kameraların sayı azala bilər!
Samsung Galaxy S25 Ultra-nın təqdim edilməsi üçün hələ uzun müddət olmasına baxmayaraq, yeni məlumatlar gəlməyə davam edir. İddiayalara görə, Galaxy S25 Ultra sələfindən fərqli olaraq dörd əvəzinə üç arxa kamera ilə gələcək.
Samsung qatlana bilən Galaxy Z Fold 6-nın büdcəli versiyasını ləğv etmiş ola bilər
Samsung qatlana bilən Galaxy Z Fold 6-nın büdcəli versiyasını ləğv etmiş ola bilər
Samsung şirkətinin yay fəslində təqdim edəcəyi gözlənilən qatlana bilən Galaxy Z Fold 6 smartfonu barəsində son zamanlarda müxtəlif məlumatlar ortaya çıxıb.
Samsung Galaxy S21 FE və Galaxy A54 smartfonları OneUI 6.1-i əldə etməyə başlayıblar
Samsung Galaxy S21 FE və Galaxy A54 smartfonları OneUI 6.1-i əldə etməyə başlayıblar
Samsung şirkəti tədricən öz smartfonlarını OneUI 6.1 istifadəçi interfeysi ilə təmin etməyə davam edir.
Samsung, prosessorlarda inqilab yaradacaq şüşə substratlar üzərində işləri sürətləndirib!
Samsung, prosessorlarda inqilab yaradacaq şüşə substratlar üzərində işləri sürətləndirib!
Prosessorlar və yarımkeçiricilər yaxın illərdə şüşə substratların istifadəsi ilə unikal bir dövrə keçməyə hazırlaşır və Samsung da bu sahədə rəqiblərini qabaqlamaq üçün işləri sürətləndirməyə başlayıb.
Samsung Galaxy Z Flip 6-nın mərkəzi prosessoru Geekbench testlərindən keçib
Samsung Galaxy Z Flip 6-nın mərkəzi prosessoru Geekbench testlərindən keçib
Samsung şirkətinin yay fəslində təqdim edəcəyi gözlənilən qatlana bilən Galaxy Z Flip 6 smartfonu yenidən Geekbench testlərindən keçib.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!