main-post-cover

    X Grok-un cavablarına reklamlar yerləşdirməyə imkan verəcək

    Proqram Təminatı
    08.08.2025
    Emil Nəcəfov
         X sosial şəbəkəsi öz süni intellekti Grok-un cavablarına reklam yerləşdirməyi planlaşdırır. Bu barədə Elon Musk reklamverənlərlə canlı yayım zamanı bildirib. O vurğulayıb ki, yeni reklam formatları keçmiş baş direktor Linda Yaccarino-nun gedişindən sonra platformanın zəifləmiş reklam biznesini gücləndirməyə, həmçinin yüksək hesablamə gücü xərclərini qarşılamağa kömək edəcək. Daha əvvəl X komandası əsas diqqətini Grok-u dünyanın ən ağıllı və dəqiq süni intellekti etmək üzərində cəmləmişdi və Musk-ın sözlərinə görə, bu məqsədə böyük ölçüdə nail olunub. İndi isə, məlumata görə, şirkət monetizasiyaya yönəlməyi planlaşdırır və marketoloqlar öz təkliflərini çat-botun müvafiq cavablarında yerləşdirmək üçün ödəniş edə biləcəklər.
         Sahibkar izah edib ki, reklamverənlər öz elanlarını birbaşa Grok-un cavablarında yerləşdirə biləcəklər. Məsələn, əgər istifadəçi hər hansı problemin həlli yollarını axtarırsa, uyğun məhsul və ya xidmət reklamı süni intellekt cavabına ən uyğun əlavə ola bilər. Bundan başqa, Musk öz startapı xAI-nın süni intellekt texnologiyalarından X platformasında hədəflənmiş reklamın dəqiqliyini artırmaq üçün istifadə etməyi planlaşdırır. Xatırladaq ki, bu ilin əvvəlində xAI gözlənilmədən sosial şəbəkəni 45 milyard dollara almışdı. Saziş xAI və X arasında səhmlərin mübadiləsi yolu ilə rəsmiləşdirilib - faktiki olaraq pul ödənişi tələb olunmayıb, çünki razılaşma payların dəyişdirilməsi formasında həyata keçirilib. Hər iki şirkətin əvvəllər ortaq investorları olub və onların özəl statusu sövdələşmənin razılaşdırılmasını asanlaşdırıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Foto və video generatoru olan Grok Imagine istifadəyə verilib
    foto-ve-video-generatoru-olan-grok-imagine-istifadeye-verilib
    Elon Musk-ın xAI şirkəti MacroHard adlı yeni ticarət nişanını qeydiyyatdan keçirməyə hazırlaşır
    elon-musk-in-xai-sirketi-macrohard-adli-yeni-ticaret-nisanini-qeydiyyatdan-kecirmeye-hazirlasir
    xAI Grok-un uşaqlar üçün olan versiyasını istifadəyə verə bilər
    xai-grok-un-usaqlar-ucun-olan-versiyasini-istifadeye-vere-biler
    Google, OpenAI, xAI və Anthropic-in hər biri Pentaqondan 200 milyon dollarlıq müqavilə əldə edib
    google-openai-xai-ve-anthropic-in-her-biri-pentaqondan-200-milyon-dollarliq-muqavile-elde-edib
    xAI şirkəti 200 milyard dollarlıq bazar dəyərinə yaxınlaşır
    xai-sirketi-200-milyard-dollarliq-bazar-deyerine-yaxinlasir