
Yaxın zamanda Grok 3.5-in istifadəyə veriləcəyini elan edilib
Proqram Təminatı
30.04.2025
Emil Nəcəfov
Milyarder Elon Musk, X sosial şəbəkəsindəki səhifəsi vasitəsilə bildirib ki, xAI şirkətinə məxsus süni zəka çat-botu Grok yaxın zamanda yeni bir yeniləmə əldə edəcək. Söhbət, Grok 3.5-dən gedir. Hazırda bu versiya beta test mərhələsindədir və geniş ictimaiyyət üçün əlçatan deyil. Lakin SuperGrok abunəçiləri ona artıq gələn həftə erkən çıxış əldə edəcəklər. Rəsmi buraxılış tarixi hələ təsdiqlənməsə də, qarşıdakı yeniləmənin əsas xüsusiyyətlərindən biri Grok 3.5-in texniki suallara unikal cavablar verə bilməsi olacaq. Xüsusilə, Musk Grok-un yeni versiyasının elektrokimya və raket mühərrikləri kimi mürəkkəb elmi-texniki sahələrdə müəyyən dəqiqliklə işləmək qabiliyyətini vurğulayıb.

Grok 3.5 digər çat-botlardan suallara cavab formalaşdırma üsulu ilə fərqlənəcək. Belə ki, bir çox süni zəka çat-botları məlumat axtarışı üçün interneti skan edir və cavabları xarici mənbələrə əsaslanaraq toplayır, Grok 3.5 isə cavabları “sıfırdan yaradacaq” və “məntiqi düşünmə” modelindən istifadə edəcək. Bu isə o deməkdir ki, yaradılan cavablar potensial olaraq unikal ola bilər və internetdə artıq mövcud olan materiallardan götürülməyəcək.
Müəyyən mənada bənzər yanaşma DeepSeek R1 adlı süni zəka modelində də tətbiq olunub, o da eyni şəkildə məntiqi düşünmə mexanizmindən istifadə edir. Bu, çat-botla daha dinamik qarşılıqlı əlaqə imkanı yaradır, cavablarda plagiat riskini azaldır və daha mürəkkəb suallara cavab verməyə imkan verir. Lakin “düşünən süni zəka” texnologiyasının öz qiyməti var - o, əhəmiyyətli dərəcədə daha çox hesablama resursları tələb edir. Məhz buna görə də xAI şirkəti hesablama imkanlarını genişləndirmək üçün əlavə yollar axtarır və bu məqsədlə on milyardlarla dollar investisiya cəlb etmək istəyir.
Mənbə: Tomshardware
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Elon Musk-ın xAI şirkəti ekologiyaya zərər verməkdə günahlandırılır

Elon Musk-ın xAI şirkəti ekologiyaya zərər verməkdə günahlandırılır
Elon Musk-ın xAI şirkəti rekord müddətdə - cəmi 122 gün ərzində - dünyanın ən güclü süni zəka superkompüterini qurub: 200 min NVIDIA GPU əsasında yaradılmış Colossus sistemi. Sistemin elan olunmuş enerji sərfiyyatı 300 meqavatdır.
Elon Musk və Tesla-ya qarşı etirazlar şirkət biznesi üçün riskə çevrilib

Elon Musk və Tesla-ya qarşı etirazlar şirkət biznesi üçün riskə çevrilib
Elon Musk-ın Trump administrasiyası ilə əlaqələrinə görə ona və Tesla-ya qarşı etirazlar dünyanın müxtəlif yerlərində yayılmağa başlayıb. İndi isə bu etirazlar Tesla-nın federal tənzimləyici orqanlara təqdim etməli olduğu sənədlərdə rəsmi “risk amili” kimi qeyd olunub.
Elon Musk-ın siyasi aktivliyi Tesla-nın gəlirlərini aşağı salıb

Elon Musk-ın siyasi aktivliyi Tesla-nın gəlirlərini aşağı salıb
Dəqiq desək, Tesla şirkəti ötən rübün ilkin nəticələrini ayın əvvəlində açıqlamışdı, lakin bu məlumatlar əsasən elektromobil tədarük həcmlərinə aid idi və bu göstəricilər 13% azalmışdı.
Grok çat-botu smartfon kamerası ilə ətraf mühiti analiz etmə funksiyasını əldə edib

Grok çat-botu smartfon kamerası ilə ətraf mühiti analiz etmə funksiyasını əldə edib
xAI şirkətinə məxsus süni zəka çat-botu Grok, artıq obyektləri tanımağı və smartfon kamerasının görmə sahəsində olanlarla bağlı suallara cavab verməyi öyrənib.
Ticarət müharibəsi Tesla Optimus robotlarının istehsalına mane ola bilər

Ticarət müharibəsi Tesla Optimus robotlarının istehsalına mane ola bilər
Tesla-nın rüblük hesabat tədbirində şirkətin rəhbəri Elon Musk ixrac məhdudiyyətləri mövzusuna toxunub. ABŞ-da tətbiq olunan idxal rüsumlarının Tesla-nın biznesinə təsirini rəqiblərlə müqayisədə minimal qiymətləndirən Musk, Çin tərəfindən qoyulan ixrac məhdudiyyətlərini Optimus adlı insanabənzər robotların istehsalını təşkil etmək üçün ciddi maneə adlandırıb.
Həftənin xəbərləri

