
Elon Musk-ın xAI şirkəti ekologiyaya zərər verməkdə günahlandırılır
Elm & Texnologiya
28.04.2025
Emil Nəcəfov
Elon Musk-ın xAI şirkəti rekord müddətdə - cəmi 122 gün ərzində - dünyanın ən güclü süni zəka superkompüterini qurub: 200 min NVIDIA GPU əsasında yaradılmış Colossus sistemi. Sistemin elan olunmuş enerji sərfiyyatı 300 meqavatdır. Kompleks ABŞ-ın Memfis şəhərində inşa edilib İndi məlum olub ki, Colossus sisteminin enerji təminatını şirkətə hakimiyyət tərəfindən icazə veriləndən daha çox qaz generatoru həyata keçirir. Bu vəziyyət yerli ekoloji fəalları narazı salıb və onlar xAI şirkətinin ətraf mühiti çirkləndirməsinə mane olmağa çalışırlar. Açıq mənbələrdəki məlumatlara görə, xAI şirkətinin Memfisdəki mərkəzi metanla işləyən cəmi 15 qaz generatoru istismar edə bilər. Avadanlıqlar ildə 22 dəfə texniki xidmət və sanitariya normalarına uyğunluq yoxlaması üçün dayandırılmalıdır.

Yerli icma fəalları və Cənub Ekoloji Hüquq Mərkəzinin (SELC) üzvləri xAI mərkəzinin aerofotoşəkil çəkilişini termal kameralar vasitəsilə həyata keçiriblər. Şəkillərdə görünür ki, mərkəzdə eyni anda 30-dan çox turbin işləyir ki, bu da şirkətə verilmiş rəsmi icazələrin kobud şəkildə pozulması deməkdir. Elon Musk-ın süni zəka şirkətinin yerli hakimiyyət orqanları ilə gizli razılaşmaları olduğu ehtimal edilir. Buna görə də ictimai fəallar xAI şirkətinə qaz avadanlıqlarının istismarı üçün verilmiş bütün icazələrin ləğv edilməsini tələb edirlər. Colossus superkompüteri, xAI şirkətinin sosial şəbəkə X-dəki süni zəka xidmətlərini, çat-botları və Grok modelini dəstəkləyir. Lakin yerli icma bundan demək olar ki, heç bir fayda əldə etmir - yalnız ətraf mühitin çirklənməsi ilə üzləşir.

Süni zəka sahəsində irəliləyiş vədləri - yeni dərmanların, materialların, avtonom idarəetmə texnologiyalarının və digər perspektivli sahələrin inkişafı - artıq insanlarda optimizm yaratmır, çünki onlar gündəlik olaraq zərərli maddələrlə zəngin havanı nəfəs almağa məcbur qalırlar. İnsanlar qorxurlar ki, Musk və onun rəqibləri əldə etdikləri ilə kifayətlənməyəcək və süni zəka superkompüterlərinin sayını artırmağa davam edəcəklər. ABŞ-ın Corctaun Universitetinin yeni araşdırması göstərir ki, bu sahədəki inkişaf tempi davam edərsə, artıq 5 ildən sonra hər qabaqcıl süni zəka əsaslı məlumat mərkəzinin dəyəri 200 milyard dollar olacaq və 9 ədəd tammiqyaslı atom reaktorunun (9 giqavat) istehsal etdiyi enerjiyə bərabər enerji sərf edəcək.

Bu isə artıq indidən ciddi narahatlıq üçün əsas yaradır. Digər tərəfdən, Musk və xAI şirkətinin demək olar ki, başqa seçimi yoxdur. ABŞ-da həm enerji istehsal güclərində, həm də elektrik ötürmə xətlərində çatışmazlıq müşahidə olunur. Bu səbəbdən xAI şirkəti enerji infrastrukturunun bir hissəsini birbaşa yerində quraraq, qaz generatorlarından istifadə edib ki, mərkəz artıq bu gün tam gücü ilə işləyə bilsin.. Buna rəqabət məcbur edir. Bu, sadəcə biznesdir. Şəxsi bir şey yoxdur. Bir az ekoloji normalar pozulub. Elon Musk-ın şirkətləri üçün bu nə birinci, nə də, ehtimal ki, sonuncu haldır. SpaceX-in Texasdakı kosmodromunda ekoloji normaları pozduğu üçün şirkət artıq kifayət qədər cərimə ödəyib. Əgər ictimai fəallar israrlı olsalar, Memfisdə də cərimələr qaçılmaz olacaq.
Mənbə: Arstechnica
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Yaponiya özünün dəniz bazalı rels silahını sərgiləyib (VİDEO)

Yaponiya özünün dəniz bazalı rels silahını sərgiləyib (VİDEO)
Yaponiya Özünümüdafiə Qüvvələrinin (JMSDF) məlumatına görə, ölkə dünyada ilk dəfə olaraq dəniz bazalı rels silahını (relsotron) yaradıb və sınaqdan keçirib. Bu elektromaqnit silahın prototiplərinin test edilməsi barədə daha əvvəl də məlumat verilmişdi.
Elon Musk və Tesla-ya qarşı etirazlar şirkət biznesi üçün riskə çevrilib

Elon Musk və Tesla-ya qarşı etirazlar şirkət biznesi üçün riskə çevrilib
Elon Musk-ın Trump administrasiyası ilə əlaqələrinə görə ona və Tesla-ya qarşı etirazlar dünyanın müxtəlif yerlərində yayılmağa başlayıb. İndi isə bu etirazlar Tesla-nın federal tənzimləyici orqanlara təqdim etməli olduğu sənədlərdə rəsmi “risk amili” kimi qeyd olunub.
Elon Musk-ın siyasi aktivliyi Tesla-nın gəlirlərini aşağı salıb

Elon Musk-ın siyasi aktivliyi Tesla-nın gəlirlərini aşağı salıb
Dəqiq desək, Tesla şirkəti ötən rübün ilkin nəticələrini ayın əvvəlində açıqlamışdı, lakin bu məlumatlar əsasən elektromobil tədarük həcmlərinə aid idi və bu göstəricilər 13% azalmışdı.
Grok çat-botu smartfon kamerası ilə ətraf mühiti analiz etmə funksiyasını əldə edib

Grok çat-botu smartfon kamerası ilə ətraf mühiti analiz etmə funksiyasını əldə edib
xAI şirkətinə məxsus süni zəka çat-botu Grok, artıq obyektləri tanımağı və smartfon kamerasının görmə sahəsində olanlarla bağlı suallara cavab verməyi öyrənib.
Ticarət müharibəsi Tesla Optimus robotlarının istehsalına mane ola bilər

Ticarət müharibəsi Tesla Optimus robotlarının istehsalına mane ola bilər
Tesla-nın rüblük hesabat tədbirində şirkətin rəhbəri Elon Musk ixrac məhdudiyyətləri mövzusuna toxunub. ABŞ-da tətbiq olunan idxal rüsumlarının Tesla-nın biznesinə təsirini rəqiblərlə müqayisədə minimal qiymətləndirən Musk, Çin tərəfindən qoyulan ixrac məhdudiyyətlərini Optimus adlı insanabənzər robotların istehsalını təşkil etmək üçün ciddi maneə adlandırıb.
Həftənin xəbərləri

