main-post-cover

    15 illik gözləntidən sonra Instagram-ın iPad üçün versiyası təqdim edilib

    Sosial Media
    04.09.2025
    Emil Nəcəfov
         Meta şirkəti rəsmi olaraq iPadOS əməliyyat sistemi üçün Instagram tətbiqini istifadəyə verdi və o, artıq App Store-dan yükləmək üçün əlçatandır. Bu hadisə istifadəçilərin 15 illik gözləntisinə son qoydu, çünki ilk iPad 2010-cu ildə təqdim olunandan bəri Apple planşetlərində sosial şəbəkənin funksionallığı yalnız iPhone tətbiqi vasitəsilə mövcud idi və bu isə o qədər də rahat deyildi. Şirkətin rəsmi elanına əsasən, tətbiq böyük ekranlara uyğun şəkildə yenidən işlənib və əyləncə məzmununa xüsusi diqqət yetirilib.
         Onu işə saldıqda istifadəçi dərhal Reels bölməsinə yönləndirilir ki, bu da şaquli videoları ən rahat formada izləməyə imkan verir. Stories-lər və messencer də optimallaşdırılıb və indi onlar interfeysin yuxarı hissəsində yerləşdirilib, söhbətlərə isə sadəcə bir toxunuşla daxil olmaq mümkündür. Yeni versiyanın mühüm xüsusiyyətlərindən biri abunəliklər bölməsindəki nişanlar sistemi oldu. Bu sistem istifadəçiyə 3 lent növü arasında keçid etməyə imkan verir.
         “Hamısı” (izlənilən bütün hesabların tövsiyə olunan paylaşımları və Reels videoları), “Dostlar” (qarşılıqlı izləyicilərdən olan məzmun) və “Yenilər” (ən son paylaşımlardan ibarət xronoloji lent). Bu lentlərin göstərilmə ardıcıllığını istifadəçi öz seçimlərinə uyğun olaraq əl ilə tənzimləyə bilər. Şəxsi mesajlar və bildirişlərlə işləmək üçün çoxsütunlu maket hazırlanıb ki, bu da iPhone versiyası ilə müqayisədə naviqasiyanı xeyli sadələşdirir. Bunun sayəsində həm söhbətlərin siyahısını, həm də yazışmanı eyni anda görmək, eləcə də daha az keçid etməklə bildirişləri idarə etmək mümkündür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Instagram və Facebook-da Reels videolarının süni intellekt vasitəsilə tərcüməsi funksiyası istifadəyə verilib
    instagram-ve-facebook-da-reels-videolarinin-suni-intellekt-vasitesile-tercumesi-funksiyasi-istifadeye-verilib
    Instagram-da Reels-lərin repostu və digər yeniliklər istifadəyə verilib
    instagram-da-reels-lerin-repostu-ve-diger-yenilikler-istifadeye-verilib
    Bundan sonra Instagram-da canlı yayımı ən azı 1000 abunəçiyə sahib hesablar keçirə biləcəklər
    bundan-sonra-instagram-da-canli-yayimi-en-azi-1000-abuneciye-sahib-hesablar-kecire-bilecekler
    Süni intellekt istifadəçilərin Facebook və Instagram-da daha çox vaxt keçirmələrinə təşviq edib
    suni-intellekt-istifadecilerin-facebook-ve-instagram-da-daha-cox-vaxt-kecirmelerine-tesviq-edib
    İstifadəçilər Instagram hesablarının səbəbsiz bloklanmasından şikayət edirlər
    istifadeciler-instagram-hesablarinin-sebebsiz-bloklanmasindan-sikayet-edirler