Bloomberg saytının vermiş olduğu hesabata əsasən TikTok öz daxilində xərclərin il ərzində 10 milyard dollara çatmış ilk tətbiq olub. Daxilində o qədər də ciddi alış-veriş sisteminin olmadığı bu sosial şəbəkə istifadəçilərə öz sevdikləri video müəlliflərinə ödənişlər etmək imkanını təqdim edir. Bloomberg tərəfindən təqdim edilmiş hesabatda xərclər də məhz bu ödənişlərdir. 2023-cü il üzrə istifadəçilərin TikTok daxilində ümumilikdə 10 milyard dollar xərcləmələri bu sosial şəbəkənin nə dərəcədə məşhur olduğunu göstərir. Ümumilikdə isə istifadəçilər müxtəlif tətbiqlər daxilində 2023-cü il ərzində 64 milyard dollar vəsait xərcləyiblər. Yəni ümumi xərclənmiş bu vəsaitin 15%-i məhz TikTok-un payına düşüb.