
Ən çox gəlir əldə etmiş mobil tətbiqlər müəyyən edilib
Proqram Təminatı
13.12.2023
Emil Nəcəfov
Data.ai adlı şirkətin analitikləri məşhur tətbiqlər bazarını analiz edərək tərtibatçıların, istifadəçilərin aktivlikləri sayəsində nə qədər gəlir əldə etdiklərini qiymətləndiriblər. Nəticədə tərtib edilmiş reytinqə həm mobil oyunlar həm də adi tətbiqlər daxil olublar. Beləliklə reytinqin birinci pilləsində Candy Crush Saga mobil oyunu qərarlaşıb. O, 12 milyard dollar gəlir əldə edib. Onun ardıncı 11 milyard dollarlıq gəlir göstəricisi ilə Honor of Kings mobil oyunu, 10.6 milyard dollarlıq gəlir göstəricisi ilə Monster Strike oyunu və 10.2 milyard dollarlıq gəlir göstəricisi ilə Clash of Clans oyunu gəlir. TikTok öz istifadəçiləri üzərindən 10 milyard dollar gəlir əldə etmiş ilk qeyri-oyun tətbiqidir. 2023-cü ilin əvvəlində bu sosial şəbəkənin gəliri artıq 6.2 milyard dollara yüksəlmişdi. TikTok-dan sonra siyahıda Tinder, Youtube, Disney+ və Tencent Video qərarlaşıb.


Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Youtube-da real zaman ərzində yenilənən bəyənmə və baxış sayğacları istifadəyə veriləcək

Youtube-da real zaman ərzində yenilənən bəyənmə və baxış sayğacları istifadəyə veriləcək
Youtube istifadəçilərə və kontent yaradıcılarına mütəmadi şəkildə yeni funksiyaları təqdim edir.
Google Bard çat-botu Youtube videolarını analiz etməyi öyrənib

Google Bard çat-botu Youtube videolarını analiz etməyi öyrənib
Son zasmanlarda Google şirkəti özünün süni zəka əsaslı Bard çat-botunu təkmilləşdirməklə məşğuldur.
Reklam bloklayıcılı brauzerlərdə Youtube videoları daha ləng işə düşürlər

Reklam bloklayıcılı brauzerlərdə Youtube videoları daha ləng işə düşürlər
Reddit istifadəçiləri aşkar ediblər ki, Youtube videoservisində videolar bütün brauzerlərdə olduqca ləng şəkildə işə düşür.
Süni zəka vasitəsilə tərtib edilmiş videolar Youtube-da xüsusi olaraq işarələnəcəklər

Süni zəka vasitəsilə tərtib edilmiş videolar Youtube-da xüsusi olaraq işarələnəcəklər
Youtube istifadəçilər tərəfindən videoservisə yüklənən kontentlər ilə bağlı siyasətində dəyişikliklər etməyə hazırlaşır.
Youtube reklam bloklayıcıları mövzusunda Avropa qanunvericiliyini pozmuş ola bilər

Youtube reklam bloklayıcıları mövzusunda Avropa qanunvericiliyini pozmuş ola bilər
Son zamanlarda Youtube reklam bloklayıcılarının istifadəçiləri ilə sərt şəkildə mübarizə aparır.
Həftənin xəbərləri

