Avropa Birliyi Facebook və Instagram-da hədəflənmiş reklam praktikasını tamamilə qadağan edə bilər
Sosial Media
03.11.2023
Emil Nəcəfov
Məlumatların qorunması üzrə Avropa Şurası (EDPB) Facebook və Instagram-da hədəflənmiş reklam praktikasının Avropa Birliyinə daxil olan 30 ölkəsində və Avropa İqtisadi Zonada qadağan edilməsi ideyasına razılıq verib. Qeyd etmək lazımdır ki, daha öncə bu cür qadağa Avropa Birliyində olmayan Norveç tərəfindən tətbiq edildi. Məlumatların yığılması yolu ilə hər bir istifadəçi üçün individual şəkildə hədəflənmiş bu cür reklam praktikasının məhdudlaşdırılması iki böyük sosial şəbəkəyə sahib Meta şirkəti üçün böyük zərbə deməkdir.
Məlumatların qorunması üzrə Avropa Şurasının bu qərarı İrlandiyanın müvafiq tənzimləyici orqanının hərəkətə keçməsi üçün bir siqnaldır. Qeyd etmək lazımdır ki, Meta şirkətinin Avropa üzrə baş ofisi məhz İrlandiyada yerləşir. EDPB-nin bəyanatında qeyd edilib ki, İrlandiyanın müvafiq tənzimləyici orqanı növbəti iki həftə ərzində Meta şirkətinə, hədəflənmiş reklam kampaniyasından istifadəni qadağan etməlidir.
Meta öz növbəsində bildirib ki, o, Avropa Birliyi və Avropa İqtisadi Zona vəıtəndaşlarına bu cür reklamların sərgilənib-sərgilənməməsi seçiminin edilməsi imkanını verəcək və üstəlik bu ay onlara normativ tələblərə uyğun abunəlik tariflərini təklif edəcək. “EDPB üzvləri bu plan barəsində artıq bir neçə həftədir ki, məlumatlıdırlar. Biz onlarla artıq danışıqlara başlamışıq və bütün tərəflər üçün ən yaxşı çıxış yolunu tapmağa çalışacağıq” - deyə Meta təmsilçiləri qeyd ediblər. Lakin əgər nəticədə qadağa tətbiq edilsə, o, Avropadakı 260 milyon Facebook və Instagram istifadəçisini əhatə edəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Threads-də sorğu məqsədli paylaşımlar etmək mümkün olacaq
Threads-də sorğu məqsədli paylaşımlar etmək mümkün olacaq
Meta şirkəti özünün X (keçmiş Twitter) analoqu olan Threads-ə yeni funksiyaların əlavə edilməsinə davam edir.
Threads artıq aylıq 100 milyon aktiv istifadəçi kütləsinə sahibdir
Threads artıq aylıq 100 milyon aktiv istifadəçi kütləsinə sahibdir
Yay fəslində Meta şirkəti tərəfindən istifadəyə verilmiş Threads adlı yeni sosial şəbəkə artıq aylıq 100 milyon aktiv istifadəçi kütləsi göstəricisinə çatıb.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!