main-post-cover

    Avropa Birliyi Telegram-a qarşı istintaqa start verib

    Sosial Media
    29.08.2024
    Emil Nəcəfov
         Avropa Birliyi Telegram ilə bağlı istintaqa start verib. Belə ki, Avropa Birliyinin şübhələrinə əsasən Telegram kontentin moderasiyası ilə bağlı daha sərt qaydalardan yan keçmək üçün öz istifadəçi kütləsinin sayını bilərəkdən aşağı səviyyədə göstərib. Əgər istintaq nəticəsində məlum olsa ki, Avropa ərazisində Telegram-ın istifadəçi kütləsi 45 milyon insandan çoxdur, o zaman messencer Avropa Birliyi tərəfindən sərt şəkildə tənzimlənəcək. Bu ilin fevral ayında Telegram bildirmişdi ki, onun Avropa Birliyi ərazisindəki istifadəçi kütləsi 41 milyon insan təşkil edir.
         Avropa Birliyinin rəqəmsal xidmətlər (Digital Services Act / DSA) üzrə qanununa əsasən messencer öz istifadəçi kütləsi ilə bağlı yeni statistik məlumatı bu ay ərzində təqdim etməli idi. Lakin Telegram bu tələbi yerinə yetirmədi və qeyd etdi ki, onun Avropa Birliyi ərazisində istifadəçi kütləsi hələ də 45 milyon insandan aşağı göstəricidədir. Yeni statistik məlumatın təqdim edilməməsi isə DSA qanununun pozulması deməkdir. Aparılan istintaq çərçivəsində Avropa Birliyi özü şəxsən Telegram-ın istifadəçi kütləsinin sayını təyin edəcək. Əgər məlum olsa ki, Avropa Birliyi ərazisində Telegram böyük online platforma xarakterini daşıyır, o zaman onun üzərinə DSA qaydalarına riayət, kontent moderasiyası, müstəqil audit və Avropa Komissiyası ilə məlumatların məcburi mübadiləsi öhdəlikləri düşəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Pavel Durov 5 milyon avroluq girov qarşılığında sərbəst buraxılıb
    pavel-durov-5-milyon-avroluq-girov-qarsiliginda-serbest-buraxilib
    Pavel Durov həbsdən azad edilib
    pavel-durov-hebsden-azad-edilib
    Telegram Fransada sosial şəbəkə kateqoriyası üzrə ən çox yüklənən tətbiq olub
    telegram-fransada-sosial-sebeke-kateqoriyasi-uzre-en-cox-yuklenen-tetbiq-olub
    Hakerlər Fransanın dövlət strukturlarına kiberhücumlar ediblər
    hakerler-fransanin-dovlet-strukturlarina-kiberhucumlar-edibler
    Telegram-ın qurucusu Pavel Durov, Fransada polislər tərəfindən saxlanılıb!
    telegram-in-qurucusu-pavel-durov-fransada-polisler-terefinden-saxlanilib