
Elon Musk, XChat messencerini anons edib
Sosial Media
02.06.2025
Emil Nəcəfov
Elon Musk-ın son vaxtlar Ağ Evi tərk etməsi, ona məxsus şirkətlərin yeni xidmət və məhsullarını daha sürətli təqdim etməsi məqsədini daşıyırdı. Sosial şəbəkə X kontekstində isə bu məhsul XChat adlı mesajlaşma tətbiqi ola bilər. Bu tətbiq vasitəsilə istənilən fayllarla mübadilə aparmaq və mesajları şifrələmək mümkün olacaq ki, bu da informasiya təhlükəsizliyini artırmağa xidmət edəcək. Bazar günü milyarder və X sosial şəbəkəsinin sahibi sosial şəbəkədə aşağıdakı növbəti verib: “Tamamilə yeni XChat təqdim olunur - şifrələmə, yoxa çıxan mesajlar və istənilən tip fayl göndərmək imkanı ilə. Həmçinin səsli və görüntülü zənglər dəstəklənir”.

Əlavə təfərrüatlar təqdim etmədən, Musk bildirib ki, bu mesajlaşma tətbiqində istifadə olunacaq şifrələmə, bitcoinin işləmə prinsipi ilə oxşarlıq təşkil edəcək və tətbiqin arxitekturası tamamilə yeni olacaq. Görünən odur ki, bu məqsədlə blokçeyn texnologiyasından istifadə ediləcək. Şəxsi yazışmaların şifrələnməsi artıq 2023-cü ilin may ayından etibarən pullu abunəlikdən istifadə edən X istifadəçiləri üçün əlçatandır. Məlumata əsasən mesajların şifrələnməsi 4 rəqəmli rəqəmsal kod vasitəsilə həyata keçirilə bilər.

Hələ aprel ayında XChat istifadəçi interfeysinə aid ilk ekran görüntüləri yayılmışdı və həmin vaxt yoxa çıxan mesajlar funksiyası da qeyd olunmuşdu. Mənbələrin verdikləri məlumata görə, ötən həftə X mesajların şifrələnməsi funksiyasını müvəqqəti dayandırdı ki, bəzi vacib dəyişikliklər tətbiq edilsin. Hazırda yeni mesajlaşma tətbiqi X-in pullu abunəçiləri arasında beta-test mərhələsindədir. Tam funksional istifadəyə verilməsi ilə bağlı hələlik hər hansı bir tarix açıqlanmayıb. Musk, X platformasını demək olar ki, bütün istifadəçi ehtiyaclarını birləşdirən WeChat-ə bənzər bir tətbiqə çevirmək ümidindədir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Elon Musk ABŞ-da pilotsuz nəqliyyat qanununu irəlilətməyə başlayıb

Elon Musk ABŞ-da pilotsuz nəqliyyat qanununu irəlilətməyə başlayıb
Elon Musk Hökumət Effektivliyi Departamentinin (DOGE) rəhbəri və prezident Donald Trump-ın müşaviri kimi fəaliyyətindən uzaqlaşıb, lakin Vaşinqtondakı fəaliyyətini davam etdirir.
Starship-in gələn il Marsa göndərilməsi ehtimalı 50% təşkil edir

Starship-in gələn il Marsa göndərilməsi ehtimalı 50% təşkil edir
Cəmi 2 gün əvvəl Starship kosmik gəmisinin doqquzuncu sınaq uçuşu zamanı növbəti partlayış baş verdikdən sonra Elon Musk bildirib ki, Starship-i artıq gələn ilin sonunda Marsa göndərmək niyyətindədir.
Elon Musk OpenAI-nın Yaxın Şərqdəki layihələrinə mane olmaq istəyib

Elon Musk OpenAI-nın Yaxın Şərqdəki layihələrinə mane olmaq istəyib
ABŞ prezidenti Donald Trump və OpenAI rəhbəri Sam Altman-ın Yaxın Şərqə son səfərindən sonra məlum oldu ki, məhz OpenAI şirkəti regionda yaradılacaq iri məlumat emalı mərkəzlərinin əsas operatoru olacaq.
Grok-un Telegram-a inteqrasiyası üzrə razılaşmanın artıq əldə olunduğu məlumatı təkzib edilib

Grok-un Telegram-a inteqrasiyası üzrə razılaşmanın artıq əldə olunduğu məlumatı təkzib edilib
Pavel Durov-un Elon Musk ilə Telegram və xAI arasında 1 illik tərəfdaşlıq barədə razılığa gəlindiyini elan etməsinə cavab olaraq amerikalı milyarder X sosial şəbəkəsində bildirib ki, bu müqavilə hələ imzalanmayıb.
Elon Musk Ağ Evdəki vəzifəsindən ayrılıb

Elon Musk Ağ Evdəki vəzifəsindən ayrılıb
Elon Musk-ın ABŞ hökumətində rəsmi fəaliyyəti üçün müəyyən olunmuş müddət başa çatıb. Biznesmen vəzifədən istefa verdiyini açıqlayıb və ABŞ prezidenti Donald Trump-a israfçı xərclərin azaldılması imkanı üçün təşəkkür edib.
Həftənin xəbərləri

