main-post-cover

    Google Donald Trump-ın səhhəti barəsində suallara cavabları bloklayır

    Sosial Media
    02.10.2025
    Emil Nəcəfov
         Heç kimə sirr deyil ki, ABŞ prezidenti ünvanına edilən tənqidlərə son dərəcə həssas yanaşır, öz koqnitiv qabiliyyətlərini isə əksinə, açıq şəkildə tərifləməkdən çəkinmir. Amma görünür, Google ehtiyat tədbiri olaraq Donald Trump ilə münaqişə yaratmamaq üçün öz təcrübi süni intellekt rejimi - Search Generative Experience (SGE) daxilində bir sıra siyasi cəhətdən həssas sorğuları bloklayır. The Verge-in aşkar etdiyinə görə, sistem Donald Trump-ın psixi vəziyyəti və ya ona yönəlmiş ittihamlarla bağlı suallara cavab vermir - məsələn, “Trump demensiyadan əziyyət çəkirmi” və ya “Trump diktatordurmu”. Cavab generasiya etmək əvəzinə, SGE xəbərdarlıq göstərir: “Bu sorğu siyasi mövzulara aid ola bilər və biz cavab göstərməməyə qərar verdik”.
         Oxşar davranış digər siyasi fiqurlarla bağlı suallar veriləndə də müşahidə olunur, o cümlədən Joe Biden, Kamala Harris Gavin Newsom haqqında. Google nümayəndəsi izah edib ki, şirkət qəsdən bəzi sorğulara cavabları məhdudlaşdırır, xüsusilə də sağlamlıq, siyasi baxışlar və potensial olaraq mübahisəli mövzularla bağlı olanları, bununla da yanlış məlumatların yayılmasının qarşısını almağa çalışır. Məhdudiyyətlər yalnız süni intellekt əsaslı axtarış çərçivəsində tətbiq olunur və adi Google Search nəticələrinə təsir etmir. Bununla belə, bu qərar alqoritmlərin şəffaflığı və generativ süni intellekt dövründə senzuranın sərhədləri barədə suallar doğurur. Bəli, vəziyyət bir qədər qeyri-müəyyən və müzakirəlidir, lakin yaxşı tərəfi odur ki, Google-un siyasəti yalnız Trump fiquruna aid deyil, onun rəqiblərini də əhatə edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Google ağıllı evlər üçün Gemini for Home süni intellekt köməkçisini təqdim edib
    google-agilli-evler-ucun-gemini-for-home-suni-intellekt-komekcisini-teqdim-edib
    Apple, Google və Meta aludəçilik yaradan qumar oyunlarının reklamlarına görə məhkəmədə cavab verməli olacaqlar
    apple-google-ve-meta-aludecilik-yaradan-qumar-oyunlarinin-reklamlarina-gore-mehkemede-cavab-vermeli-olacaqlar
    Google Drive-a süni intellekt əsaslı təhlükəsizlik sistemi inteqrasiya edilib
    google-drive-a-suni-intellekt-esasli-tehlukesizlik-sistemi-inteqrasiya-edilib
    YouTube Donald Trump-a 24 milyon dollar təzminat ödəyəcək
    youtube-donald-trump-a-24-milyon-dollar-tezminat-odeyecek
    Google robotları düşünməyə məcbur edən süni intellekt modellərini hazırlayıb
    google-robotlari-dusunmeye-mecbur-eden-suni-intellekt-modellerini-hazirlayib