Instagram-dakı Reels videolarının smartfona yüklənməsi funksiyası istifadəyə verilib
Sosial Media
24.11.2023
Emil Nəcəfov
Instagram-ın rəhbəri Adam Mosseri elan edib ki, fotoservisin bütün dünyadakı istifadəçiləri artıq Reels videolarını öz cihazlarına yükləyə bilərlər. Lakin burda bir sıra nüansları qeyd etmək lazımdır. Daha öncə istifadəçilər Instagram videolarını yalnız tətbiq daxilində seçilmişlər arasında saxlayıb daha sonra izləyə bilirdilər. Məlumatda qeyd edilib ki, istifadəçi öz cihazına Reels videonu yükləyən zaman yüklənmiş videoya videonun müəllifinin hesab adı əlavə ediləcək. Eyni üsul həmçinin TikTok-da da reallaşdırılıb. Reels videonu yükləmək üçün Share düyməsinə klikləyib yükləmə bəndini seçmək lazımdır. Videoların müəllifləri həmçinin öz Reels videolarının yüklənməsini deaktiv etmək imkanına da sahib olublar. Bundan əlavə olaraq yüklənmiş videoda lisenziyalı audio fayl istifadə edildiyi halda video səssiz formatda yüklənəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Facebook ilə Instagram üçün foto və videoların süni zəka vasitəsilə redaktə funksiyaları təqdim edilib
Facebook ilə Instagram üçün foto və videoların süni zəka vasitəsilə redaktə funksiyaları təqdim edilib
Meta şirkəti Facebook və Instagram üçün süni zəka vasitəsilə fotoların redaktə və videoların tərtibatı funksiyalarını təqdim edib.
Instagram üçün yeni filtrlər və funksiyalar anons edilib
Instagram üçün yeni filtrlər və funksiyalar anons edilib
Instagram bir sıra yeni funksiyaları, 25 yeni filtri, Reels videolarının və istifadəçinin fərdi foto və videolarından stikerlərin hazırlanması alətlərini anons edib.
Instagram-da postları və Reels videolarını bundan sonra yalnız yaxın dostlar üçün paylaşmaq mümkün olacaq
Instagram-da postları və Reels videolarını bundan sonra yalnız yaxın dostlar üçün paylaşmaq mümkün olacaq
Instagram yaxın dostlar (Close Friends) funksiyasının imkanlarını genişləndirmək qərarına gəlib.
Avropa Birliyi Facebook və Instagram-da hədəflənmiş reklam praktikasını tamamilə qadağan edə bilər
Avropa Birliyi Facebook və Instagram-da hədəflənmiş reklam praktikasını tamamilə qadağan edə bilər
Məlumatların qorunması üzrə Avropa Şurası (EDPB) Facebook və Instagram-da hədəflənmiş reklam praktikasının Avropa Birliyinə daxil olan 30 ölkəsində və Avropa İqtisadi Zonada qadağan edilməsi ideyasına razılıq verib.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!