WhatsApp-da süni zəka əsaslı çat-bot test olunur
Sosial Media
16.04.2024
Farid Pardashunas
Biraz əvvəl biz xəbər verdik ki, Meta şirkəti Instagram-da Meta AI adlı süni zəka əsaslı çat-botunu test etməyə başlayıb. İndi isə məlum olub ki, şirkət eyni çat-botunu həmçinin WhatsApp-da da test edir. Çat-bot messencerin Android və iOS üçün nəzərdə tutulmuş beta versiyasında test edilir. Qeyd etmək lazımdır ki, çat-bot messencer daxilində müstəqil şəkildə çalışacaq və istifadəçinin çatları ilə əlaqəli olmayacaq. WhatsApp-ın beta versiyasında çat-bot axtarış sətrinə inteqrasiya edilib. Messencer daxilində çat-bot funksiyasının final versiyasının necə görünəcəyi tam aydın deyil. Sözügedən funksiyanın yaxın aylar ərzində bütün istifadəçilər üçün aktiv olacağı gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Instagram-da süni zəka əsaslı çat-botun testinə start verilib
Instagram-da süni zəka əsaslı çat-botun testinə start verilib
Meta şirkəti süni zəka sahəsindəki texnologiyalarını tədricən öz sosial platformalarına inteqrasiya edir.
WhatsApp-a gələcək bu yeni xüsusiyyət sayəsində artıq heç kim "Mesajını görməmişəm" deyə bilməyəcək!
WhatsApp-a gələcək bu yeni xüsusiyyət sayəsində artıq heç kim "Mesajını görməmişəm" deyə bilməyəcək!
Dünyanın ən məşhur ani mesajlaşma tətbiqlərindən biri olan WhatsApp-a yeni xüsusiyyətin gələcəyi məlum olub. Tətbiqin "2.24.9.14" kodlu Android beta versiyasında mövcud olan bu yeni xüsusiyyət yenicə onlayn olan istifadəçilərin adlarını göstərəcək.
Instagram yeniyetmələri intim mövzuda maliyyə dələduzluqlarından qoruyacaq
Instagram yeniyetmələri intim mövzuda maliyyə dələduzluqlarından qoruyacaq
Meta şirkəti yaxın zamanda Instagram-da yeni təhlükəsizlik funksiyasını işə salacaq. İşə düşəcək yeni təhlükəsizlik funksiyası Instagram-da yeniyetmələrin seksual kotentlər əsasında maliyyə dələduzluqlarından qorunmasına hədəflənəcək.
Instagram reklam biznesində YouTube-dan daha çox gəlir əldə edir
Instagram reklam biznesində YouTube-dan daha çox gəlir əldə edir
Meta şirkəti ABŞ Federal Ticarət Komissiyasının (FTC) şirkətə qarşı olan antimonopoliya məhkəmə iddiasının ləğv edilməsi istiqamətində bu həftə federal məhkəməyə xahiş sorğusu göndərib.
Whatsapp daxilindəki videolar üçün yenilənmiş picture-in-picture funksiyası hazırlanır
Whatsapp daxilindəki videolar üçün yenilənmiş picture-in-picture funksiyası hazırlanır
Meta şirkəti son zamanlarda Whatsapp-a yeni funksiyalar əlavə edir. Görünür, yaxın zamanda messencer daha bir faydalı funksiyanı əldə edəcək.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!