
OpenAI öz sosial şəbəkəsini yaratmağı nəzərdən keçirir
Sosial Media
16.04.2025
Emil Nəcəfov
OpenAI şirkəti sosial şəbəkə bazarına daxil ola bilər. ChatGPT-nin yaradıcıları, bəlkə də müəyyən mənada X sosial şəbəkəsini xatırladacaq bir layihə üzərində çalışırlar. Əsas məqsəd, Meta və X platformalarının artıq etdiyi kimi, süni zəkanı unikal məlumatlar üzərində öyrətmək imkanıdır. Layihə hələ erkən mərhələdədir, lakin The Verge-in məlumatına görə, şirkət daxilində istifadəçilərin ChatGPT tərəfindən yaradılan şəkilləri paylaşa biləcəyi lentə sahib prototip artıq hazırlanıb. OpenAI-nin baş direktoru Sam Altman müstəqil mütəxəssisləri bu ideyanı müzakirə etməyə çağırıb.

Lakin hələlik məlum deyil ki, bu tətbiq ayrıca olacaq, yoxsa ChatGPT-yə inteqrasiya ediləcək. Sosial şəbəkənin istifadəyə verilməsi Altman ilə Elon Musk arasında qarşıdurmanı daha da gücləndirə bilər. Qeyd edək ki, fevral ayında Musk, OpenAI-ni 97.4 milyard dollara almağı təklif etmişdi, Altman isə belə cavab vermişdi: “Yox, təşəkkürlər, amma biz öz növbəmizdə Twitter-i 9.74 milyard dollara ala bilərik”. Eyni zamanda, analitiklərin fikrincə, OpenAI Meta ilə birbaşa rəqabətə girə bilər. Çünki şayiələrə görə, Meta süni zəka köməkçisi və sosial lentə sahib ayrıca bir tətbiq üzərində işləyir.
Qeyd edək ki, Meta tətbiqi barədə ilk məlumatlar yayıldığı zaman, Altman X sosial şəbəkəsində öz sosial platformalarını yaratma ehtimalını istisna etmədiyini bildirən paylaşım etmişdi. OpenAI-nin öz sosial şəbəkəsinə sahib olması, şirkətə real vaxt rejimində unikal məlumatlar toplamağa imkan verərdi - bu, X və Meta-nın artıq öz platformalarında istifadəçi tərəfindən yaradılmış açıq kontent əsasında süni zəka modellərini öyrətmək üçün etdiyi yanaşmadır. Hələ dəqiq bilinmir ki, OpenAI-nin bu layihəsi şirkətin laboratoriyasından kənara çıxacaq, ya yox.
Mənbə: The Verge
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ChatGPT-nin həftəlik aktiv istifadəçi kütləsi 1 milyarda çatıb

ChatGPT-nin həftəlik aktiv istifadəçi kütləsi 1 milyarda çatıb
ChatGPT istifadəçilərinin həftəlik aktiv sayı demək olar ki, 1 milyarda çatıb. Bu artım mart ayında təqdim olunmuş şəkil generasiya funksiyasının yenilənməsi ilə üst-üstə düşüb və süni zəka xidmətinə marağın kəskin şəkildə yüksəlməsinə səbəb olub.
OpenAI GPT-4.1 süni zəka modelini təqdim edib

OpenAI GPT-4.1 süni zəka modelini təqdim edib
OpenAI rəsmi olaraq yeni süni zəka modeli GPT-4.1-i təqdim edib. Bu model ötən il istifadəyə verilmiş multimodal GPT-4o modelinin davamçısıdır.
ChatGPT təkmilləşdirilmiş spam botun yaradılmasında istifadə edilib

ChatGPT təkmilləşdirilmiş spam botun yaradılmasında istifadə edilib
Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən SentinelOne şirkətinin tədqiqatçıları AkiraBot platforması vasitəsilə təşkil edilmiş genişmiqyaslı spam kampaniyası haqqında məlumat veriblər.
ChatGPT dünyanın ən çox yüklənən tətbiqinə çevrilib

ChatGPT dünyanın ən çox yüklənən tətbiqinə çevrilib
ChatGPT tətbiqi 2025-ci ilin mart ayında ilk dəfə olaraq qlobal yüklənmə reytinqində birinci yeri tutub və Instagram və TikTok kimi nəhəngləri geridə qoyub.
ChatGPT tətbiqini iPhone 3GS-də işə salmaq mümkün olub

ChatGPT tətbiqini iPhone 3GS-də işə salmaq mümkün olub
Artıq sirr deyil ki, köhnə iPhone modellərinə bir çox müasir tətbiqləri quraşdırmaq mümkün deyil. Bu ədalətsizliyi qismən də olsa aradan qaldırmaq üçün bag.xml ləqəbli alman tərtibatçı təşəbbüs göstərib.
Həftənin xəbərləri

