
Pavel Durov Fransanı Telegram üzərindən Rumıniyadakı prezident seçkilərinə müdaxilə cəhdində günahlandırıb
Sosial Media
21.05.2025
Emil Nəcəfov
Telegram messencerinin qurucusu Pavel Durov 18 may tarixində X sosial şəbəkəsində bir sıra paylaşımlar edərək, Fransanın kəşfiyyat xidmətinin ondan “Rumıniyada keçiriləcək seçkilər ərəfəsində mühafizəkar səsləri susdurmağı” tələb etdiyini iddia edib. Bu paylaşımlar Rumıniyada prezident seçkilərinin təkrar ikinci turunun keçirildiyi gün yayımlanıb və səsverməyə müdaxilə kimi başa düşülə biləcək ittihamlar kimi dəyərləndirilə bilər. Durov bu paylaşımları 18 may axşamı, səsvermə başa çatmaq üzrəykən yayımlayıb. İlk postlarda o bildirib ki, Qərbi Avropa ölkələrindən birinin hökuməti Rumıniyada keçirilən prezident seçkiləri ilə əlaqədar Telegram-a müraciət edərək “mühafizəkar səsləri susdurmağı” tələb edib. O, həmin ölkənin adını çəkməyib, amma “təxmin edin hansı” sözlərini mötərizədə bir baget (baget çörəyi) emojisi ilə müşayiət edərək bu istinadı Fransaya eyham kimi təqdim edib.

“Qərbi Avropa hökuməti (təxmin edin hansı) bu gün Rumıniyada keçiriləcək prezident seçkiləri ərəfəsində Telegram-a müraciət edərək mühafizəkar səslərin susdurulmasını tələb etdi. Mən bu tələbi qəti şəkildə rədd etdim. Telegram Rumıniya istifadəçilərinin azadlıqlarını məhdudlaşdırmayacaq və onların siyasi kanallarını bloklamayacaq. Demokratiyanı “qorumaq” adıyla onu məhv edə bilməzsiniz. Seçkilərə müdaxiləyə qarşı “mübarizə aparmaq” bəhanəsi ilə özünüz seçkilərə qarışa bilməzsiniz. Ya söz azadlığı və ədalətli seçkilər var, ya da yoxdur. Rumıniya xalqı isə hər ikisinə layiqdir”. Fransa Xarici İşlər Nazirliyi Rumıniyada prezident seçkilərinə müdaxilə ilə bağlı ölkə hakimiyyətinə qarşı irəli sürülmüş “tamamilə əsassız ittihamları” rədd edib. Bu iddialar Telegram və X-də yayılır. Nazirlik Durov-un adını rəsmi açıqlamasında çəkməyib, lakin X platformasında etdiyi paylaşımda Telegram-ın qurucusunun mesajının screenshotunu və üzərində “saxta xəbər” yazısını əlavə edib.

Fransa XİN xatırladıb ki, Rumıniyada 2024-cü ilin dekabrında keçirilmiş prezident seçkilərinin birinci turu “Rusiya ilə əlaqəli subyektlərin müdaxiləsi” səbəbilə ləğv edilib. Rumıniya hakimiyyətinin və Avropa Komissiyasının sonrakı araşdırmaları isə bu müdaxilələrin ciddiliyini təsdiqləyib. “Bu kontekstdə Fransaya qarşı son ittihamlar Rumıniyaya yönəlmiş real müdaxilə təhdidlərindən diqqəti yayındırmaq üçün sadəcə bir manevrdir” - deyə Fransa Xarici İşlər Nazirliyi bəyan edib. Bundan bir neçə saat sonra Pavel Durov üçüncü paylaşımını edərək Fransanı Rumıniyada həmin vaxtda keçirilmiş seçkilərə müdaxilə etməyə cəhd göstərməkdə birbaşa ittiham edib. “Bu yaz Parisdəki ‘Crillon’ otelinin Salon des Batailles zalında Fransa kəşfiyyatının rəhbəri Nicolas Lerner məndən Rumıniyada keçiriləcək seçkilər öncəsi mühafizəkar səslərin qarşısını almağı istədi. Mən imtina etdim. Biz nə Rusiyada, nə Belarusda, nə də İranda etiraz edənləri bloklamışıq. Və bunu Avropada da etməyəcəyik” - deyə Telegram-ın qurucusu yazıb.
Nicolas Lerner:

Durov Lerner-in konkret olaraq nəyi, nə vaxt və hansı şəraitdə tələb etdiyini açıqlamayıb. Fransada hələlik Durov-un bu açıqlamasına rəsmi reaksiya verilməyib. Buna baxmayaraq, onu X platformasının sahibi Elon Musk dəstəkləyib. O, Telegram-ın qurucusunun paylaşımına “Qulaq asın, qulaq asın” sözlərini əlavə edib. 19 may axşamı Pavel Durov, X sosial şəbəkəsində yeni bir paylaşım edərək Fransa xüsusi xidmət orqanlarını Avropada siyasətə təsir göstərmək üçün Telegram üzərindən cəhd göstərməkdə ittiham etməyə davam edib. “Fransa kəşfiyyatı ilə görüşlər zamanı uşaq pornoqrafiyasından ümumiyyətlə bəhs olunmadı. Onlar Fransada terrorçuluqda şübhəli bilinənlərin IP ünvanlarını istəyirdilər, lakin onların əsas məqsədi həmişə geosiyasət olub: Rumıniya, Moldova, Ukrayna” - deyə Durov bildirib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Telegram 50 000$ mükafata sahib müsabiqə elan edib

Telegram 50 000$ mükafata sahib müsabiqə elan edib
Telegram administrasiyası ümumi mükafat fondu 50 000$ olan müsabiqə elan edib. İştirakçılardan tələb olunur ki, 26 may tarixinə kimi qısa video göndərsinlər.
Telegram kanallarında avtomatik tərcümə və s. yeni funksiyalar istifadəyə verilib

Telegram kanallarında avtomatik tərcümə və s. yeni funksiyalar istifadəyə verilib
Telegram son günlər ərzində ikinci böyük yeniləməni elan edib. Hədiyyə sevənlər üçün yeni ticarət platformasında onları təhlükəsiz şəkildə almaq və satmaq imkanı yaradılıb, Stories paylaşımlarını sevənlər bir neçə belə paylaşımı eyni anda paylaşa bilmək özəlliyini əldə ediblər, kanal sahibləri isə paylaşımların avtomatik tərcüməsini aktiv edə bilərlər.
Telegram təhlükəsiz qrup zənglərini və s. yeni funksiyaları əldə edib

Telegram təhlükəsiz qrup zənglərini və s. yeni funksiyaları əldə edib
Telegram administrasiyası messencer üçün böyük bir yeniləmə təqdim edib. Bu yeniləmə ilə şifrələnmiş qrup zəngləri, biznes üçün hesabların avtomatlaşdırılması, hədiyyələrin idarə olunması üçün yeni tənzimləmələr, hesabın bloklanmasına etiraz imkanı və mobil tətbiqlərdə yeni jest əmrləri əlavə olunub.
Pavel Durov hansı halda Telegram-ı bağlayacağını açıqlayıb

Pavel Durov hansı halda Telegram-ı bağlayacağını açıqlayıb
Telegram mesajlaşma xidmətinin mövcud olduğu bütün tarix boyu istifadəçilərin şəxsi mesajlarından bir bayt belə açıqlanmayıb. Bu barədə servisin qurucusu Pavel Durov bəyan edib.
Çinin ucuz Android smartfonlarına WhatsApp və Telegram-ı imitasiya edən viruslar quraşdırılır

Çinin ucuz Android smartfonlarına WhatsApp və Telegram-ı imitasiya edən viruslar quraşdırılır
Rusiyanın antivirus şirkəti Dr.Web-in analitikləri bildiriblər ki, 2024-cü ilin iyun ayından etibarən ən ucuz Çin smartfonlarını təhlil edərkən bu cihazlarda sistematik şəkildə əvvəlcədən quraşdırılmış WhatsApp və Telegram kimi maskalanmış troyan virusları aşkarlayıblar.
Həftənin xəbərləri

