Süni zəka vasitəsilə tərtib edilmiş videolar Youtube-da xüsusi olaraq işarələnəcəklər
Sosial Media
15.11.2023
Emil Nəcəfov
Youtube istifadəçilər tərəfindən videoservisə yüklənən kontentlər ilə bağlı siyasətində dəyişikliklər etməyə hazırlaşır. Belə ki, istifadəçilər süni zəkanın istifadəsi ilə tərtib edilmiş video kontentləri Youtube platformasına yükləyən zaman onları xüsusi olaraq işarələməli olacaqlar. Bunun sayəsində digərləri tərəfindən izlənəcək bu cür kontentlərin süni zəka vasitəsilə tərtib olunduğu məlum olacaq.
Youtube bu yeni qaydaları yaxın aylar ərzində işə salmalıdır. Adi istifadəçilər nəticədə izlədikləri videonun əsl və ya süni zəka vasitəsilə tərtib olunduğunu anlaya biləcəklər. Youtube qeyd edib ki, siyasi seçkilər, dünyanın müxtəlif nöqtələrində baş verən konfliktlər, səhiyyə sahəsində böhran və ya dövlət rəsmilərinin müzakirəsi kimi mövzularda süni zəka tərəfindən tərtib edilmiş videoları əsl videolardan ayıra bilmək imkanı xüsusi olaraq vacibdir.
Bu yeni qaydalara riayət etməyəcək və süni zəka vasitəsilə tərtib edilmiş videoları xüsusi şəkildə işarələməyəcək istifadəçilər videoservis tərəfindən cəzalandırılacaqlar. Belə ki, həmin istifadəçilərin videoları Youtube-dan silinə, istifadəçilərin özləri isə videoservisin partnyorluq proqramından xaric oluna bilərlər. Nəticədə həmin istifadəçilər Youtube-da öz videolarını monetizasiya edə bilməyəcəklər. Xüsusi işarələnməyə gəldikdə isə o, həm videonun təsvir hissəsində həm də videonun özündə əks olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Youtube reklam bloklayıcıları mövzusunda Avropa qanunvericiliyini pozmuş ola bilər
Youtube reklam bloklayıcıları mövzusunda Avropa qanunvericiliyini pozmuş ola bilər
Son zamanlarda Youtube reklam bloklayıcılarının istifadəçiləri ilə sərt şəkildə mübarizə aparır.
Youtube-da təsadüfi videoları işə salacaq yeni düymə test edilir
Youtube-da təsadüfi videoları işə salacaq yeni düymə test edilir
Youtube-da təsadüfi videoların baxılması üçün nəzərdə tutulmuş yeni düymənin testinə start verilib.
İstifadəçilər kütləvi şəkildə reklam bloklayıcılarından imtina etməyə başlayıblar
İstifadəçilər kütləvi şəkildə reklam bloklayıcılarından imtina etməyə başlayıblar
Reklam bloklayıcılarının tərtibatçıları heç də ürək açmayan statistikanı təqdim ediblər.
Youtube adblock istifadəçilərinin hamısında video izləmə imkanını deaktiv etməyə başlayıb
Youtube adblock istifadəçilərinin hamısında video izləmə imkanını deaktiv etməyə başlayıb
Görünür, Youtube videoservisinin reklam bloklayıcılarından istifadə edənlər üçün video izləmə imkanının bloklanması praktikası artıq qlobal xarakter daşımağa başlayıb.
Youtube musiqiçilərin səslərini kopyalayan süni zəka texnologiyasını hazırlayır
Youtube musiqiçilərin səslərini kopyalayan süni zəka texnologiyasını hazırlayır
Youtube kontent müəllifləri üçün musiqiçilərin səslərini kopyalaya biləcək süni zəka əsaslı texnologiya üzərində çalışır.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!