main-post-cover

    Pavel Durov-un ABŞ-a yollanmağına qadağa qoyulub

    Tech-Biznes
    21.05.2025
    Emil Nəcəfov
         Fransa hakimiyyəti Telegram-ın qurucusu Pavel Durov-un investisiya fondları ilə danışıqlar aparmaq məqsədilə ABŞ-a səfər etmək üçün etdiyi müraciəti rədd edib. Paris Prokurorluğu bu qərarı 12 may tarixində qəbul edərək, belə bir xarici səfərin “təcili və əsaslı” hesab edilmədiyini bildirib. 2024-cü ilin avqust ayında həbs olunduqdan sonra Pavel Durov-a Fransanı məhkəmə orqanlarının icazəsi olmadan tərk etmək qadağan edilib. O, 2024-cü ilin avqustunda Parisin Le-Burje hava limanında saxlanılmışdı. Fransa məhkəmə orqanları Durov-a qarşı 6 maddə üzrə ittiham irəli sürüb. Bu ittihamlar arasında cinayətkar qrup tərəfindən qeyri-qanuni əməliyyatlar həyata keçirmək məqsədilə onlayn platformanın idarə olunmasında iştirak da var.
         Bu ittiham üzrə onu 10 ilədək həbs cəzası gözləyə bilər. Bir neçə gün sonra sahibkar 5 milyon avro girov qarşılığında azadlığa buraxıldı. Ona həftədə 2 dəfə polis idarəsinə müraciət etmək və Fransanı tərk etməmək şərti qoyuldu. Fransa prokurorluğunun nümayəndəsi Maylis de Roeck 2025-ci ilin fevralında bildirib ki, Durov Fransada uzun müddət qala bilər, çünki onun işi məhkəməyə ən tez 1 ildən sonra göndəriləcək. Həbsindən sonra Durov hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Gördüyü tədbirlər nəticəsində Telegram platformasında kiberfırıldaqçıların sayı əhəmiyyətli dərəcədə azalıb. Məhkəmədə dindirilərkən Durov qeyd edib ki, Telegram məzmun moderasiya alqoritmlərinin təkmilləşdirilməsi istiqamətində iş aparır və qanun pozuntularına görə ayda 15 milyondan 20 milyona qədər istifadəçi hesabı platformadan silinir.
         Son vaxtlar Pavel Durov Fransa hakimiyyətinə qarşı tənqidi fikirlər səsləndirməyə başlayıb. O, xüsusilə bildirib ki, Rumıniyada prezident seçkilərinin ikinci turu ərəfəsində Fransa hökuməti, ölkənin xarici kəşfiyyat agentliyinin rəhbəri Nicolas Lerner-in şəxsində, ondan Telegram-da bu seçkilərlə bağlı mühafizəkar fikirləri bloklamağı tələb edib. Rəsmi Paris Durov-un bu bəyanatını qəti şəkildə rədd edir. ABŞ-a səfər qadağasının da məhz bu hadisə ilə əlaqəli olması ehtimalı var. Rusiyada doğulmuş Durov eyni zamanda Fransa və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşıdır. 2025-ci ilin mart ayında Fransa məhkəmə orqanları ona Dubaya bir neçə həftəlik səfər üçün ölkəni tərk etməyə icazə vermişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Pavel Durov Fransanı Telegram üzərindən Rumıniyadakı prezident seçkilərinə müdaxilə cəhdində günahlandırıb
    pavel-durov-fransani-telegram-uzerinden-ruminiyadaki-prezident-seckilerine-mudaxile-cehdinde-gunahlandirib
    Telegram 50 000$ mükafata sahib müsabiqə elan edib
    telegram-50-000-mukafata-sahib-musabiqe-elan-edib
    Telegram kanallarında avtomatik tərcümə və s. yeni funksiyalar istifadəyə verilib
    telegram-kanallarinda-avtomatik-tercume-ve-s-yeni-funksiyalar-istifadeye-verilib
    Telegram təhlükəsiz qrup zənglərini və s. yeni funksiyaları əldə edib
    telegram-tehlukesiz-qrup-zenglerini-ve-s-yeni-funksiyalari-elde-edib
    Pavel Durov hansı halda Telegram-ı bağlayacağını açıqlayıb
    pavel-durov-hansi-halda-telegram-i-baglayacagini-aciqlayib