main-post-cover

    Threads gündəlik aktiv istifadəçi sayına görə X-ə yaxınlaşır

    Sosial Media
    13.08.2025
    Emil Nəcəfov
         Cəmi 2 il əvvəl Twitter-ə (indiki X) rəqib kimi istifadəyə verilmiş Meta-nın sosial platforması Threads-in aylıq aktiv istifadəçilərinin sayı 400 milyonu keçib. Bu barədə Instagram rəhbəri Adam Mosseri məlumat verib. “Bir neçə həftə əvvəl Threads-in aylıq aktiv istifadəçilərinin sayı 400 milyonu keçdi. Son 2 il çox gərgin keçdi. Hər şey Twitter-lə rəqabət aparmaq kimi dəli bir ideya ilə başladı, lakin açıq fikir mübadiləsinə imkan yaradan əhəmiyyətli bir platformaya çevrildi” - deyə Mosseri bildirib. Bu yeni mərhələ o deməkdir ki, son rüb ərzində Threads 50 milyon yeni aylıq aktiv istifadəçi cəlb edə bilib.
         Aprelin son həftəsində Meta-nın baş direktoru Mark Zuckerberg platformanın aktiv istifadəçi sayının 350 milyonu keçdiyini bildirmişdi. Bununla belə, X-in keçmiş baş direktory Linda Yaccarino-nun əvvəlki açıqlamalarına görə, X tətbiqinin aylıq aktiv istifadəçi sayı 600 milyonu ötüb. Analitik şirkət Similarweb-in son məlumatları göstərir ki, Threads mobil cihazlarda X tətbiqinin gündəlik istifadəçi sayına yaxınlaşır. 2025-ci ilin iyun ayında iOS Android üçün Threads tətbiqinin gündəlik aktiv istifadəçi sayı 115.1 milyon olub ki, bu da əvvəlki illə müqayisədə 127.8% çoxdur.
         Eyni zamanda X tətbiqinin gündəlik aktiv istifadəçi sayı 132 milyon təşkil edib ki, bu da ötən illə müqayisədə 15.2% azdır. Lakin eyni Similarweb məlumatlarına görə, dünya üzrə X platformasının veb-versiyasına gündəlik giriş sayı Threads-dən xeyli çoxdur: iyun ayında Elon Musk-a məxsus sosial şəbəkəyə gündəlik orta giriş sayı 145.8 milyon olub, Threads-də isə cəmi 6.9 milyon təşkil edib. Threads-in artımı son 1 ildə platformaya şəxsi mesajlaşma, istifadəçi lentləri, süni intellektdə təkmilləşdirmələr və bir çox başqa yeni funksiyaların əlavə edilməsi ilə əlaqədardır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Meta-nın superintellekt laboratoriyası barəsində təfərrüatlar verilib
    meta-nin-superintellekt-laboratoriyasi-baresinde-teferruatlar-verilib
    Anthropic süni intellekt mütəxəssisləri mövzusunda lider şirkətdir
    anthropic-suni-intellekt-mutexessisleri-movzusunda-lider-sirketdir
    Smartfon istifadəçiləri mobil trafikin istifadəsində yeni rekordlar qırırlar
    smartfon-istifadecileri-mobil-trafikin-istifadesinde-yeni-rekordlar-qirirlar
    İlin əvvəlindən fırıldaqçılıq ilə bağlı 6.8 milyondan çox WhatsApp hesabı bloklanıb
    ilin-evvelinden-firildaqciliq-ile-bagli-68-milyondan-cox-whatsapp-hesabi-bloklanib
    Böyük şirkətlər bu il süni intellektə ümumilikdə 344 miyard dollar xərcləyəcəklər
    boyuk-sirketler-bu-il-suni-intellekte-umumilikde-344-miyard-dollar-xercleyecekler