
Anthropic süni intellekt mütəxəssisləri mövzusunda lider şirkətdir
Süni İntellekt
08.08.2025
Emil Nəcəfov
Meta və OpenAI kimi texnologiya nəhəngləri arasında süni intellekt sahəsində ən yaxşı mütəxəssislər uğrunda mübarizə yeni zirvələrə çatıb. Lakin məlum olub ki, bir çox mühəndislər Claude modellərinin inkişafı ilə məşğul olan Anthropic şirkətində işləməyi üstün tuturlar. Bu startap Meta-nın yüksək maaşları ilə rəqabət apara bilməsə də, hələ də ixtisaslı kadrların cəlb edilməsi və saxlanılması məsələsində üstünlüyünü qoruyur. SignalFire adlı vençur şirkətinin araşdırmasına görə, Anthropic mütəxəssislər üçün ən cəlbedici iş yerləri siyahısında liderdir və işəgötürən kimi yüksək qiymətləndirilir. İllik dövriyyəsi 170 milyard dollar olan şirkət mühəndisləri işə götürmə sürətində onları itirmə sürətindən 2.68 dəfə öndədir. Bu göstərici OpenAI üçün 2.18, Meta üçün 2.07, Google üçün isə 1.17-dir. Təbii ki, böyük təşkilatlar gənc startaplar qədər sürətlə böyüyə bilməz, lakin Anthropic-in əməkdaşları saxlama üstünlüyü xüsusilə Silikon Vadisində nəzərə çarpır, burada işçi cəlbetmə yarışı yeni pik həddinə çatıb.

Meta-nın bu yay Superintelligence Labs bölməsini tam komplektləşdirmə cəhdi istedadlı mütəxəssislərin yenidən ələ alınması dalğasına səbəb olub. Baş direktor Mark Zuckerberg dəfələrlə şəxsən OpenAI, Anthropic, Google DeepMind və Apple şirkətlərinin aparıcı süni intellekt mütəxəssislərinə təkliflər edib. Hazırda Zuckerberg ən azı əvvəl Meta-da çalışmış, sonradan Anthropic-ə keçmiş 2 nəfər əməkdaşı yenidən işə götürməyə nail olub. Digər Anthropic əməkdaşlarına gəldikdə isə, onların çoxu Meta-nın təkliflərini rədd edərək “Mark Zuckerberg-lə hətta danışmazdıq” deyiblər.

Anthropic-in baş direktoru Dario Amodei Meta-nın bu cəhdlərini “onlar alınması mümkün olmayan bir şeyi almağa çalışırlar və bu, bizim missiyamıza uyğundur” sözləri ilə şərh edib. O, Meta-nın çox yüksək təklifləri ilə müqayisə olunacaq maaşlar təklif etməyəcəyini, çünki bunun Meta-nın ələ keçirməyə çalışmadığı, amma az qala eyni dərəcədə istedadlı mühəndislərə qarşı ədalətsizlik olacağını bildirib. Anthropic şirkəti 2021-ci ildə OpenAI-nin keçmiş əməkdaşları tərəfindən yaradılıb. Onlar süni intellekt üçün həllər hazırlayarkən təhlükəsizliyə və texnologiyaların xeyirli istifadəsinə daha çox diqqət yetirmək istəyirdilər. Startapın unikal missiyası və mədəniyyəti süni intellekt sahəsindəki mütəxəssislər üçün güclü bir stimula çevrilib.

SignalFire-ın məlumatına görə, bu peşə sahəsindəki namizədlərin əksəriyyəti Anthropic-i “arzuolunan şirkət” kimi xarakterizə edir. Anthropic bildirib ki, təhlükəsizliyə sadiqliyi, tədqiqatların keyfiyyəti və aparıcı tədqiqatçılardan ibarət komandasını istedadlı mütəxəssislərin məhz onları seçməsinin əsas səbəbləri hesab edir. OpenAI hələ də ictimaiyyət arasında tanınma baxımından üstünlüyə malikdir. Lakin Anthropic-in Claude modellərinin proqramlaşdırma imkanları artıq uzun müddətdir ki, tərtibatçılar icması arasında böyük məşhurluq qazanıb. Şübhəsiz ki, maaş mühüm rol oynayır, lakin kompensasiya paketlərində fərq çox böyük deyilsə, şirkətin missiyası, mədəniyyəti və texnoloji nailiyyətləri ön plana çıxır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Microsoft GPT-5-i artıq Copilot-a inteqrasiya edib

Microsoft GPT-5-i artıq Copilot-a inteqrasiya edib
OpenAI rəsmi olaraq GPT-5-i təqdim edib və Microsoft artıq onu Copilot, Microsoft 365 Copilot, Azure AI Foundry, GitHub Copilot və digər xidmətlərinə inteqrasiya etməyə başlayıb.
OpenAI GPT-5 süni intellekt modelini istifadəyə verib (VİDEO)

OpenAI GPT-5 süni intellekt modelini istifadəyə verib (VİDEO)
OpenAI şirkəti GPT-5-i - növbəti nəsil ChatGPT üçün təməl olacaq flaqman süni intellekt modelini təqdim edib. Yenilik şirkətin agent tipli süni intellekt sistemləri yaratmağa keçidini göstərir.
Wikipedia süni intellekt tərəfindən tərtib edilmiş məqalələri siləcək

Wikipedia süni intellekt tərəfindən tərtib edilmiş məqalələri siləcək
İnternet süni intellekt tərəfindən yaradılmış informativ tullantılarla dolmağa başlayıb ki, bu da Wikipedia üçün ekzistensial bir təhdid yaradır. Çünki açıq giriş bu informasiya resursunun əsas gücü və dezinformasiyaya qarşı mübarizənin əsas vasitəsidir.
Windows-da klaviatura ilə siçanın süni intellekt ilə nə zaman əvəzlənəcəyi açıqlanıb

Windows-da klaviatura ilə siçanın süni intellekt ilə nə zaman əvəzlənəcəyi açıqlanıb
Microsoft hesab edir ki, 5 il sonra süni intellekt Windows əməliyyat sistemində əsas rol oynayacaq. Şirkət “Windows 2030 Vision” adlı video yayımlayıb və burada qeyd olunur ki, insanla əməliyyat sistemi arasında əsas ünsiyyət vasitəsi təbii danışıq olacaq.
ChatGPT-ni konfidensial məlumatların oğrusuna çeviriblər

ChatGPT-ni konfidensial məlumatların oğrusuna çeviriblər
Müasir generativ süni intellekt modellərinə əsaslanan çat-botlar artıq yalnız istifadəçi ilə ünsiyyətlə məhdudlaşmır - onlar şəxsi sorğulara fərdiləşdirilmiş cavablar vermək üçün sərbəst şəkildə üçüncü tərəf xidmətlərinə qoşula bilirlər.
Həftənin xəbərləri

