whatsapp

    Filterlə

    WhatsApp-da hər bir çat üçün yaddaş həcmini idarə etmək mümkün olacaq

    Meta şirkəti WhatsApp messencerində yeni bir funksiyanı sınaqdan keçirir - bu funksiya hər bir çat üçün yaddaşda tutulan həcmi ayrıca idarə etməyə imkan verəcək.

    WhatsApp ekran paylaşma funksiyası vasitəsilə dələduzluq halında istifadəçini xəbərdar edəcək

    WhatsApp, istifadəçinin tanımadığı biri ilə videozəng zamanı ekran paylaşma funksiyasını aktivləşdirməyə çalışdıqda müdaxilə etməyə başlayacaq. Bu funksiya dələduzlar tərəfindən onlayn bank hesabına giriş məlumatlarını və ya təsdiqetmə kodunu ələ keçirmək məqsədilə sui-istifadə oluna bilər.

    WhatsApp cavab verilməyən mesajların sayına limit təyin edəcək

    WhatsApp messenceri üzərində çalışan tərtibatçılar platformada spamla mübarizəni davam etdirirlər. Bunun üçün onlar istifadəçilərin və şirkətlərin cavab almadan tanımadıqları insanlara göndərə biləcəkləri mesajların sayını məhdudlaşdırmaq qərarına gəliblər.

    WhatsApp-da mesajların tərcümə funksiyası istifadəyə verilib

    WhatsApp istifadəçinin seçdiyi dilə mesajların daxili tərcüməsini tədricən tətbiq etməyə başladığını açıqlayıb. Bu imkan iPhone və Android sahibləri üçün tamamilə pulsuz olacaq.

    WhatsApp-dakı təhlükəsizlik ilə bağlı problemləri görməzdən gəldiyi səbəbilə Meta məhkəməyə verilib

    WhatsApp-ın keçmiş kibertəhlükəsizlik üzrə top-meneceri San-Fransisko federal məhkəməsinə ana şirkəti Meta-ya qarşı iddia qaldırıb. Məlumata görə, o, şirkəti təhlükəsizlik problemlərinə məhəl qoymamaqda və aşkar etdiyi pozuntular barədə məlumat verdikdən sonra ona qarşı cavab tədbirləri görməkdə ittiham edib.

    WhatsApp-dakı Statuslar funksiyası yeni imkan əldə edəcək

    WhatsApp-ın iOS üçün yeni beta versiyasında “Close friends” adlı yeni funksiya aşkar edilib. Bu funksiya istifadəçilərə öz “foto-macəralarını” auditoriyaya göstərmədən statuslar vasitəsilə özünüifadə imkanı verəcək.

    WhatsApp-a mesajların swni intellekt vasitəsilə formalaşdırma funksiyası əlavə edilib

    WhatsApp messencerinə süni intellekt əsaslı yeni funksiya əlavə olunub. İstifadəçilər yeni funksiya vasitəsilə mesajlarını formalaşdıra biləcəklər.

    WhatsApp-da səsli poçt analoqu istifadəyə veriləcək

    Keçən ay WhatsApp-da buraxılmış zənglər üçün xatırlatma funksiyasının əlavə ediləcəyi barədə məlumat yayılmışdı. İndi isə məlum olub ki, tərtibatçılar messencerə buraxılmış zənglər üçün səsli poçt analoqu əlavə etməyi planlaşdırırlar.