
Yeni TikTok trendi: Məktəblilər noutbukların USB portlarına metal əşyalar salmağa başlayıblar (VİDEO)
Sosial Media
12.05.2025
Emil Nəcəfov
TikTok-da yeni təhlükəli bir trend yayılıb: Amerikalı məktəblilər təhsil müəssisələri tərəfindən verilmiş chromebook-ları qəsdən sıradan çıxarırlar. Yeniyetmələr cihazların USB portlarına metal əşyalar taxaraq cihazlarda qısaqapanma, tüstülənmə və ya yanğına səbəb olurlar. Bəzi məktəblərdə bu cür “təcrübələr” dərslərin ləğvinə və şagirdlərin təxliyəsinə gətirib çıxarıb. Bir hadisədə şagird USB portuna qayçı salıb və nəticədə noutbukdan toksik tüstü çıxıb. Tom’s Hardware-in məlumatına görə, həmin hadisədə bir şagird zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, insidentə səbəb olan digər şagird isə azyaşlılar üzrə məhkəmədə məsuliyyətə cəlb olunacaq. Bu, sosial şəbəkələrdə yayılan virus trendin yeniyetmələrin həyat və sağlamlığını təhlükə altına atdığı ilk hal deyil.
Daha əvvəl “Kia Challenge” adlı trend məşhurlaşmışdı. İştirakçılar müəyyən istehsal illərinə aid Kia və Hyundai avtomobillərini sındırırdılar ki, bu da oğurluq dalğasına səbəb olmuşdu. Daha faciəvi nəticələr isə “Blackout Challenge” zamanı yaşanıb. Bu trenddə uşaqlar özlərini kamera qarşısında boğaraq huşlarını itirənə qədər prosesi davam edirdilər - bir neçə iştirakçı həyatını itirmişdi. Həmçinin, 2020-ci ildə TikTok istifadəçiləri müxtəlif metal əşyalarla elektrik mənbələrində qısaqapanma yaratmağa çalışırdılar və bu da çox zaman yanğınlara səbəb olurdu. Qeyd etmək lazımdır ki, TikTok administrasiyası bu yeni təhlükəyə operativ reaksiya verib. Artıq “Chromebook Challenge” sorğusu üzrə axtarış edildikdə belə bir xəbərdarlıq göstərilir: “Bu ifadə qaydalarımızı pozan davranış və ya kontentlə əlaqəli ola bilər”.

Lakin yenə də yeniyetmələrin noutbukları “davamlılığa” görə sınaqdan keçirdiyi bəzi videolar platformada tapıla bilir. Ekspertlər valideynləri və müəllimləri məktəb cihazlarının istifadəsinə nəzarəti gücləndirməyə və uşaqlara bu cür “əyləncələrin” nə qədər təhlükəli olduğunu izah etməyə çağırırlar. TikTok rəhbərliyi isə bildirir ki, təhlükəli məzmunları silməkdə davam edəcəklər, lakin eyni zamanda vurğulayırlar ki, bu cür trendlərin tam yayılmasının qarşısını almaq demək olar ki, mümkünsüzdür. Mütəxəssislər xəbərdarlıq edirlər: Bu cür hərəkətlər son dərəcə təhlükəlidir, çünki litium-ion batareyaların zədələnməsi partlayışa səbəb ola bilər. Kolorado, Nyu-Cersi, Şimali Karolina və Vaşinqton ştatlarındakı məktəb dairələri artıq valideynlərə bu risklə bağlı rəsmi xəbərdarlıqlar göndəriblər.
Mənbə: Tomshardware
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Donald Trump, TikTok-un ABŞ-da qadağa qanununu üçücü dəfə təxirə salmağa hazırdır

Donald Trump, TikTok-un ABŞ-da qadağa qanununu üçücü dəfə təxirə salmağa hazırdır
ABŞ prezidenti vəzifəsinə ikinci dəfə başlayan Donald Trump, TikTok-un ABŞ-da fəaliyyətini qadağan edən qanunun qüvvəyə minməsini təxirə salmağa məcbur oldu. Əvvəlcə bu müddət aprelin əvvəlinə qədər qüvvədə idi, sonra prezident onu 19 iyuna qədər uzatdı.
Avropa Birliyi TikTok-u 530 milyon avro məbləğində cərimələyib

Avropa Birliyi TikTok-u 530 milyon avro məbləğində cərimələyib
Bu həftə Çinə məxsus ByteDance şirkəti - qısa video platforması TikTok-un sahibi - Avropa Birliyində istifadəçi məlumatlarının qorunması ilə bağlı tələblərə əməl etmədiyinə görə 530 milyon avro (600 milyon dollar) məbləğində cərimələnib.
Mark Zuckerberg məhkədə TikTok-u Meta-nın inkişafını ləngitməkdə günahlandırıb

Mark Zuckerberg məhkədə TikTok-u Meta-nın inkişafını ləngitməkdə günahlandırıb
Federal Ticarət Komissiyasının (FTC) iddiası üzrə aparılan antiinhisar məhkəmə araşdırması zamanı Meta-nın baş direktoru Mark Zuckerberg bildirib ki, TikTok-un uğuru Meta-nın biznesi üçün artan risklərin mənbəyi olub.
Donald Trump: "TikTok-un ABŞ-dakı biznesinin alınması ilə bağlı razılaşma hələ də aktualdır"

Donald Trump: "TikTok-un ABŞ-dakı biznesinin alınması ilə bağlı razılaşma hələ də aktualdır"
ABŞ prezidenti Donald Trump bəyan edib ki, Çin şirkəti ByteDance-ə məxsus TikTok-un ABŞ-dakı biznesinin alınması ilə bağlı razılaşma “hələ də gündəmdədir”.
Trump-ın yeni rüsumları səbəbilə TikTok-un satışı üzrə danışıqlar dayandırılıb

Trump-ın yeni rüsumları səbəbilə TikTok-un satışı üzrə danışıqlar dayandırılıb
TikTok-un Amerika aktivlərinin ayrılması ilə bağlı razılaşma dayandırılıb - Pekin, ABŞ prezidenti Donald Trump yeni rüsumlar tətbiq etdikdən sonra bu razılaşmanı təsdiqləməyəcəyini açıq şəkildə bəyan edib.
Həftənin xəbərləri

