main-post-cover

    Mark Zuckerberg məhkədə TikTok-u Meta-nın inkişafını ləngitməkdə günahlandırıb

    Tech-Biznes
    17.04.2025
    Emil Nəcəfov
         Federal Ticarət Komissiyasının (FTC) iddiası üzrə aparılan antiinhisar məhkəmə araşdırması zamanı Meta-nın baş direktoru Mark Zuckerberg bildirib ki, TikTok-un uğuru Meta-nın biznesi üçün artan risklərin mənbəyi olub. O, ifadəsində qeyd edib ki, 2018-ci ildə istifadəyə verilmiş bu qısa video xidməti dərhal onun şirkəti üçün “təcili və yüksək prioritetli” rəqabət təhdidinə çevrilib. Zuckerberg həmçinin bildirib ki, TikTok-un gəlişi Meta-ya birbaşa təsir edib, çünki TikTok-un məşhurluğu artdıqca Meta-nın artım tempi kəskin şəkildə zəifləyib. O, etiraf edib ki, Çin şirkəti ByteDance-ə məxsus olan bu qısa video xidməti Meta-nın bir neçə ildir ki, rəqabət səylərinin əsas diqqət mərkəzində qalmaqdadır.
         ByteDance 2017-ci ildə Musical.ly xidmətini aldı və növbəti il onu TikTok ilə birləşdirdi. Təxminən eyni dövrdə Meta (o zaman Facebook) öz rüblük hesabatlarında Facebook-un istifadəçi sayını açıqlamağı dayandırdı və onun əvəzinə InstagramWhatsApp-ı da əhatə edən “tətbiqlər ailəsi” adlı yeni metrikaya keçdi. Bu dəyişiklik Meta-nın flaqman tətbiqinin artımındakı yavaşlamanı gizlətmək məqsədi daşıyırdı. Zuckerberg sosial şəbəkə platformalarının “şəbəkə effektləri” ilə bağlı suala cavab olaraq daha bir maraqlı fikir səsləndirdi. Onun fikrincə, sosial şəbəkələrin böyüməsi üçün artıq dostlar və ailə üzvləri arasındakı əlaqələrdən istifadə əvvəlki qədər vacib deyil. “İndi tətbiqlər əsasən kəşf üçün başlanğıc nöqtəsi kimi xidmət edir” - deyə o bildirib.
         Eyni zamanda, Facebook bu şəbəkə effektlərindən istifadə edərək öz köklərinə qayıtmağa çalışır. Şirkət yaxın zamanda dostlarla ünsiyyəti asanlaşdırmaq üçün nəzərdə tutulmuş yeni funksiyalar təqdim edib, o cümlədən yenilənmiş “Dostlar” bölməsi istifadəyə verilib. Yanvar ayında Zuckerberg investorlara bildirib ki, “orijinal Facebook-a qayıdış” 2025-ci il üçün əsas hədəf olacaq. Meta üçün FTC tərəfindən açılan məhkəmə iddiası texnologiya nəhənginin mövcudluğuna ciddi təhdid yaradır. Əgər FTC-nin hüquqşünasları məhkəmədə qalib gəlsələr, məhkəmə Meta-nın Instagram və ya WhatsApp-ı ayrı şirkətlərə bölməsini və satmasını tələb edə bilər. Instagram-ın satılması Meta üçün maliyyə fəlakətinə çevrilə bilər, çünki platforma şirkətin reklam gəlirlərinin böyük hissəsini təmin edir. WhatsApp Meta üçün o qədər gəlirli olmasa da, şirkətə əhəmiyyətli auditoriya qazandırır.
    Mənbə: Techcrunch
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Meta Facebook, WhatsApp və Threads-də Apple Intelligence imkanlarını deaktiv edib
    meta-facebook-whatsapp-ve-threads-de-apple-intelligence-imkanlarini-deaktiv-edib
    Meta iMessage-in Instagram və Facebook Messenger-dən məşhur olduğunu düşünür
    meta-imessage-in-instagram-ve-facebook-messenger-den-meshur-oldugunu-dusunur
    Mark Zuckerberg, Instagram-ın ayrıca şirkətə çevriləcəyini istisna etmir
    mark-zuckerberg-instagram-in-ayrica-sirkete-cevrileceyini-istisna-etmir
    Instagram və WhatsApp-ın Meta-dan ayrılmasına dair məhkəmə işində ciddi sübut təqdim edilib
    instagram-ve-whatsapp-in-meta-dan-ayrilmasina-dair-mehkeme-isinde-ciddi-subut-teqdim-edilib
    Meta öz süni zəkasının təlimində avropalıların məluimatlarından istifadə edəcək
    meta-oz-suni-zekasinin-teliminde-avropalilarin-meluimatlarindan-istifade-edecek