main-post-cover

    YouTube öz yeni dizaynını test etməyə başlayıb

    Sosial Media
    15.04.2024
    Farid Pardashunas
         YouTube öz saytının yeni dizaynını test etməyə start verib. Təqdim edilmiş fotodan da görmək olar ki, platformanın yeni dizaynı çərçivəsində videonun təsviri ilə şərhlər bölməsi saytın sağ hissəsinə köçürülüb. Videonun təsvir hissəsinin əvvəlki yerində isə platformadakı digər videolar üzrə məsləhət siyahısı qeyd edilib. Videonun adının sağ tərəfə köçürülməsi öz növbəsində izlənən video ilə məsləhət görülən digər videolar arasındakı konkret ayırıcı faktoru aradan qaldırıb.
         YouTube-un hal-hazırda aktual olan dizaynında məsləhət xarakterli videolar saytın sağ hissəsində, izlənən videonun adı, təsviri və şərhləri isə alt hissədə yerləşirlər. İstifadəçilər test olunan yeni dizayna o qədər də müsbət yanaşmayıblar. Bəzi istifadəçilərin sözlərinə əsasən yeni dizayn sayəsində YouTube 18+ məzmunlu saytlara bənzəyir. YouTube öz növbəsində bildirib ki, bu, sadəcə bir test mərhələsidir. Buna görə də yekunda platformanın məhz bu dizaynı əldə edəcəyi dəqiq deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Instagram reklam biznesində YouTube-dan daha çox gəlir əldə edir
    instagram-reklam-biznesinde-youtube-dan-daha-cox-gelir-elde-edir
    Məşhur YouTuber-in bir sözü avtomobil şirkətinin az qala bütün səhmlərini itirməyinə səbəb olub!
    meshur-youtuber-in-bir-sozu-avtomobil-sirketinin-az-qala-butun-sehmlerini-itirmeyine-sebeb-olub
    YouTube-dakı picture-in-picture funksiyası hamı üçün pulsuz istifadəyə verilə bilər
    youtube-daki-picture-in-picture-funksiyasi-hami-ucun-pulsuz-istifadeye-verile-biler
    TikTok platforması YouTube-yə çevirilir?!
    tiktok-platformasi-youtube-a-cevirilir
    Ən çox gəlir əldə etmiş mobil tətbiqlər müəyyən edilib
    en-cox-gelir-elde-etmis-mobil-tetbiqler-mueyyen-edilib