
5 ildən sonra süni zəka superkompüterləri 9 atom reaktoru qədər enerji sərf edəcəklər
Süni İntellekt
25.04.2025
Emil Nəcəfov
Tədqiqatçılar süni zəka tapşırıqları üçün istifadə olunan superkompüterlərin gücü, dəyəri və enerji istehlakının eksponensial artmaqda davam etdiyini vurğulayırlar. Əgər bu tendensiya davam etsə, artıq 2030-cu ilə qədər hər bir süni zəka superkompüteri 200 milyard dollara başa gələ bilər və 9 giqavata qədər enerji sərf edəcək ki, bu da 9 standart atom reaktorunun gücünə bərabərdir. Bu məsələyə dair təhlili ABŞ-ın Corctaun Universitetinin tədqiqatçıları təqdim ediblər. Alimlər qeyd edirlər ki, 2019–2025-ci illər arasında aparıcı süni zəka məlumat mərkəzlərində avadanlığa çəkilən xərclər və enerji istehlakı hər il ikiqat artıb. Bu tendensiyanın davam etməsi nəticəsində 2 milyon prosessor və sürətləndirici ilə təchiz olunmuş super sistemlər meydana çıxacaq ki, bu da indiki qiymətlərlə 200 milyard dollar və 9 giqavat enerji istehlakı deməkdir.

Bununla yanaşı, enerji səmərəliliyi sahəsindəki irəliləyişlər enerji istehlakının artım sürətinə çatmaqda aciz qalır. Əgər 2019–2025-ci illər arasında 1 vat başına hesablamaların məhsuldarlığı hər il 1.34 dəfə artmışsa, ümumi enerji istehlakı bu müddətdə 2 dəfə artıb. Hazırda ən qabaqcıl süni zəka superkompüteri xAI şirkətinə məxsus Colossus sistemidir. Onun dəyəri 7 milyard dollar təşkil edir. Sistem 200 000 prosessor və süni zəka sürətləndiricisi ilə işləyir və 300 meqavat elektrik enerjisi sərf edir. Qeyd etmək vacibdir ki, süni zəka superkompüterləri əsasən kommersiya məqsədli həllərə çevrilib. Belə ki, 2019-cu ildə süni zəka ilə işləyən superkompüterlərin gücünün 40%-i özəl şirkətlərə məxsus idisə, 2025-ci ilə qədər bu göstərici 80%-ə yüksəlib. “Əvvəllər superkompüterlər yalnız tədqiqat alətləri kimi istifadə olunurdusa, indi onlar iqtisadi gəlir gətirən sənaye maşınlarına çevriliblər” - deyə analitiklər izah edirlər.

Biznes sektorunun marağı süni zəka sistemlərinin ölçü və miqyasının artmasına təkan verib. Özəl sektorda bu artım illik 2.7 dəfə təşkil edib, halbuki dövlət sektorunda bu göstərici 1.9 dəfə olub. Biznes tərəfindən süni zəkaya yönələn planlaşdırılmış yeni investisiyalar isə miqyas baxımından heyrətləndiricidir - söhbət, sahənin aparıcı şirkətlərinin hər biri tərəfindən 100 milyardlarla dollar investisiyadan gedir. Araşdırmaya görə, bu gün ABŞ süni zəkanın bütün hesablamalı gücünün təxminən 75%-ni nəzarətdə saxlayır. İkinci yerdə isə 15%-lə Çin gəlir. Daha əvvəl superkompüter istehsalında lider olan Yaponiya və Almaniya kimi ölkələr isə hazırda geridə qalanlar sırasındadır. Eyni zamanda xatırlamaq lazımdır ki, süni zəkaya əsaslanan məlumat mərkəzlərinin fiziki yerləşməsi mütləq şəkildə onlardan kimlərin istifadə etdiyini əks etdirmir, çünki bir çox mərkəzlər uzaqdan, bulud üzərindən əlçatanlıq təmin edir.

Server icarəyə götürənlər üçün verilən müxtəlif güzəştlər səbəbindən bu sahələrin sahibləri zərər görə bilirlər, çünki bu mərkəzlərin yerləşdirilməsindən əldə edilən fayda hər zaman aydın olmur. Good Jobs First təşkilatının hesabatına əsasən, ABŞ-ın ən azı 10 ştatı hər il məlumat mərkəzlərinə verilən səxavətli güzəştlər səbəbilə 100 milyon dollardan çox vergi gəlirini itirir. Bundan əlavə, bu mərkəzlər çox böyük həcmdə su sərf edir və əhəmiyyətli torpaq sahələri tuturlar ki, bu da yerli ekosistemlərin tükənməsinə gətirib çıxarır. Görünür, bu sahədə dövlət tənzimləməsi hələ tam formalaşmayıb. Qeyd etmək lazımdır ki, süni zəka superkompüterlərinə olan marağın bir qədər soyumağa başladığına dair əlamətlər də müşahidə olunur. Məsələn, bəzi layihələri AWS və Microsoft şirkətləri dayandırıb. Hələlik bu halın böyümə tempinin azalmasına işarə edib-etmədiyi və ya sadəcə strateji fasilə olduğu məlum deyil. Lakin bir şey aydındır: Hər növbəti sistem daha iri, daha güclü və daha baha olacaq.
Mənbə: Interesting Engineering
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Anthropic-in CEO-su: "Süni zəka üzərində etibarlı nəzarət sisteminin hazırlanmasına 5-10 il vaxt lazım olacaq"

Anthropic-in CEO-su: "Süni zəka üzərində etibarlı nəzarət sisteminin hazırlanmasına 5-10 il vaxt lazım olacaq"
Anthropic şirkətinin baş direktoru Dario Amodei xəbərdarlıq edib ki, süni zəka hələ də insanlıq üçün bir “qara qutu” olaraq qalır - biz süni zəkanın qərarları necə və niyə qəbul etdiyini tam anlamırıq.
OpenAI bazarda ən yaxşı açıq mənbəli süni zəka modelini təqdim etməyə hədəflənib

OpenAI bazarda ən yaxşı açıq mənbəli süni zəka modelini təqdim etməyə hədəflənib
Mart ayının sonuna yaxın OpenAI bu il ərzində GPT-2-dən sonra ilk açıq mənbəli koda sahib böyük dil modelini təqdim etməyi planlaşdırdığını açıqlamışdı. İndi isə şirkətin süni zəka tərtibatçıları ilə keçirdiyi sessiyalardan həmin model haqqında bəzi detalları ortaya çıxmağa başlayıb.
Yeni tədqiqat süni zəka ilə real həkimləri müqayisə edib

Yeni tədqiqat süni zəka ilə real həkimləri müqayisə edib
Osaka Universitetindən doktor Hirotaka Takita və dosent Daiju Ueda-nın rəhbərlik etdiyi tədqiqat qrupu, generativ süni zəkanın xəstəliklərin diaqnozu sahəsində həkimlərlə müqayisədə nə dərəcədə effektiv olduğunu öyrənmək üçün meta-analiz aparıb.
Anthropic öz süni zəka modelində əxlaq kodeksinin olduğunu müəyyən edib

Anthropic öz süni zəka modelində əxlaq kodeksinin olduğunu müəyyən edib
Anthropic şirkəti Claude adlı süni zəka köməkçisinin davranışını istifadəçilərlə aparılmış 700 000 anonim dialoq əsasında araşdırıb. Nəticələr göstərib ki, Claude əksər hallarda şirkətin bəyan etdiyi dəyərlərə - faydalılıq, dürüstlük və zərərsizliyə - sadiq qalır.
Google DeepMind-ın rəhbəri süni zəkanın gələcəyi haqqında danışıb

Google DeepMind-ın rəhbəri süni zəkanın gələcəyi haqqında danışıb
Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind laboratoriyasının baş direktoru Demis Hassabis 1 saat ərzində jurnalistlərə Gemini layihəsinin perspektivləri, ümumi süni zəkanın (AGI) inkişaf tempi və neyron şəbəkələrin özünüqavrama səviyyəsinin artımı haqqında danışıb.
Həftənin xəbərləri

