main-post-cover

    Google DeepMind-ın rəhbəri süni zəkanın gələcəyi haqqında danışıb

    Elm & Texnologiya
    22.04.2025
    Emil Nəcəfov
         Google şirkətinin süni zəka sahəsində fəaliyyət göstərən DeepMind laboratoriyasının baş direktoru Demis Hassabis 1 saat ərzində jurnalistlərə Gemini layihəsinin perspektivləri, ümumi süni zəkanın (AGI) inkişaf tempi və neyron şəbəkələrin özünüqavrama səviyyəsinin artımı haqqında danışıb. O, hazırda ilkin sınaq mərhələsində olan Project Astra modelinə xüsusi diqqət yetirib. Astra istifadəçiləri tanıyır və onlarla olan ünsiyyət tarixini yadda saxlayır - bu imkanlar yaxın zamanda Gemini Live-da istifadəyə veriləcək. Hassabis vurğulayıb ki, Project Astra modelini fərqləndirən əsas xüsusiyyət yaddaş həcminin artırılmasıdır.
         Xüsusilə, model əvvəlki danışıqlardan əsas detalları yadda saxlayaraq daha dəqiq kontekst və fərdiləşmə təmin edir. Bundan əlavə, cari dialoq üçün ayrıca “10 dəqiqəlik yaddaş” funksiyası da mövcuddur. Gözlənilir ki, bu xüsusiyyətlər yaxın zamanda Gemini Live platformasında tətbiq ediləcək. Hassabis həmçinin qeyd edib ki, Google DeepMind süni zəka modelini sadəcə dünyanı göstərmək üçün deyil, həm də onun daxilində fəaliyyət göstərmək - məsələn, bilet sifarişi və onlayn alış-veriş etmək - üçün öyrədir. Hassabis-in fikrincə, AGI-nin yaranması üçün real vaxt çərçivəsi 5-10 ildir.
         O bildirib ki, bu, “ətrafınızdakı hər şeyi çox incə və dərindən anlayan və sanki gündəlik həyatınıza inteqrasiya olunmuş bir sistem” olacaq. “Google DeepMind hazırda özünü dərk edən bir sistem üzərində işləyirmi?” sualına cavab olaraq Hassabis bildirib ki, nəzəri cəhətdən bu mümkündür, lakin o, bu gün mövcud olan heç bir sistemi özünü dərk edən kimi qəbul etmir. Onun fikrincə, “insanlar bu çat-botlarla qarşılıqlı əlaqədə olduqda müstəqil qərar verməlidirlər”. “Özünüqavrama sizin məqsədinizdirmi?” sualına cavab olaraq isə o, qeyd edib ki, bu, dolayı yol ilə baş verə bilər.
         “Bu sistemlər müəyyən bir özünüqavrama hissi əldə edə bilərlər. Bu mümkündür. Mən düşünürəm ki, bu sistemlərin sizi, özlərini və başqalarını anlaması vacibdir. Bu da yəqin ki, bir növ özünüqavramanın başlanğıcıdır. Düşünürəm ki, bir-birimizi şüurlu varlıq kimi qəbul etməyimizin iki əsas səbəbi var. Birinci səbəb budur ki, siz şüurlu varlığa xas davranışlar sərgiləyirsiniz və bu, mənim davranışlarıma çox bənzəyir. İkinci səbəb isə ondadır ki, biz eyni fiziki əsasda mövcuduq. Biz eyni karbon əsaslı maddədən, yumşaq beyinlərimizlə yaradılmışıq. Aydındır ki, robotlar isə silisium üzərində işləyirlər. Buna görə də, əgər onlar bizimlə eyni davranışları nümayiş etdirirlərsə və eyni sözləri deyirlərsə belə, bu, onların da bizimki ilə eyni şüur hissinə malik olduqları mənasına gəlmir” - deyə Həssabis yekun olaraq izah edib.
    Mənbə: 9to5google
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    BƏƏ dünyada ilk dəfə yeni qanunların yazılmasında süni zəkadan istifadə edəcək
    bee-dunyada-ilk-defe-yeni-qanunlarin-yazilmasinda-suni-zekadan-istifade-edecek
    Bill Gates: "Süni zəka dünyadakı həkim və müəllim çatışmazlığı problemini aradan qaldıra bilər"
    bill-gates-suni-zeka-dunyadaki-hekim-ve-muellim-catismazligi-problemini-aradan-qaldira-biler
    OpenAI-nin yeni süni zəka modelləri o3 və o4 mini daha çox halüsinasiyaya məruz qalırlar
    openai-nin-yeni-suni-zeka-modelleri-o3-ve-o4-mini-daha-cox-halusinasiyaya-meruz-qalirlar
    Trump-ın yeni tarifləri ABŞ-ı süni zəka və çip istehsalı sahələrində geriyə ata bilər
    trump-in-yeni-tarifleri-abs-i-suni-zeka-ve-cip-istehsali-sahelerinde-geriye-ata-biler
    OpenAI o3 və o4-mini süni zəka modellərini təqdim edib
    openai-o3-ve-o4-mini-suni-zeka-modellerini-teqdim-edib