ABŞ hökuməti süni zəka modellərinin eksportunun məhdudlaşdırılmasına dair qanun layihəsi hazırlayıb
Süni İntellekt
13.05.2024
Emil Nəcəfov
Keçən həftə məlumat ortaya çıxdı ki, ABŞ hökuməti Rusiya, Çin, Şimali Koreya, İran və bir sıra digər ölkələrə aparıcı süni zəka modellərinin eksportunu məhdudlaşdırmağı nəzərdən keçirir və o bunu eksport idarəsi vasitəsilə yerinə yetirə bilər. İndi isə Reuters saytı sayəsində məlum olub ki, ABŞ hökuməti prezident administrasiyasına süni zəka modelləri üzərində eksport idarəsinin tətbiqini sadələşdirəcək qanun layihəsini hazırlayıb. Bu, ABŞ-ın öz texnologiyalarını dost olmayan ölkələrdən qorumaq yolunda növbəti addımıdır. Məlumatda qeyd edilib ki, yeni qanun layihəsinin sənədi ABŞ-ın iki ən böyük siyasi partiyası tərəfindən hazırlanıb.
Yeni qanun layihəsi sayəsində ABŞ Ticarət Nazirliyi süni zəka sistemlərinin hazırlanması mövzusunda amerikalı mütəxəssislərə digər ölkələrdən olan mütəxəssislərlə əməkdaşlığı qadağan edə biləcək. Bu, digər ölkələrdən olan mütəxəssislərin ABŞ-ın milli təhlükəsizliyinə təhlükə mənbəyi olacaqları halda baş verəcək. Yeni qanun layihəsi süni zəka ilə bağlı eksport idarəsinin istənilən gələcək normalarının hüquqi problemlərdən qorunmasına istiqamətlənib. Bu qanun layihəsinin hazırlanmasında bilavasitə prezident administrasiyasının məmurları iştirak ediblər.
ABŞ siyasi mühitində belə bir narahatçılıq var ki, ABŞ-a dost olmayan ölkələr onun süni zəka modellərindən istifadə edərək ABŞ-a qarşı kiberhücumlar reallaşdıra və hətta bioloji silah yarada bilərlər. ABŞ Ticarət Nazirliyinin hal-hazırkı eksport siyasətini nəzarətdə saxlamağa imkan verən qanunvericilik vasitəsilə açıq mənbə koduna sahib süni zəka modellərinin eksportunu idarə etmək qəlizdir. Hazırlanmış yeni qanun layihəsi isə öz növbəsində açıq mənbə koduna sahib süni zəka modellərinin eksportunun tənzimlənməsi yolundakı maneələri aradan qaldıracaq.
Ticarət Nazirliyi isə süni zəka sistemlərinin tənzimlənməsi mövzusunda xüsusi səlahiyyətləri əldə edəcək. Mart ayında məlum olmuşdu ki, Çində mövcud süni zəka modellərinin əksəriyyəti Meta şirkətinin açıq mənbə koduna sahib Llama adlı böyük dil modelləri əsasında yaradılıb. Bu isə çinli tərtibatçılar üçün böyük problemdir. Məhz bu səbəbdən ABŞ hökuməti öz aparıcı süni zəka modellərinin digər ölkələrə eksportunu məhdudlaşdırmaq istəyir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
42 illik kompüterdə fotoların tərtibatı alqoritmi işə salınıb (VİDEO)
42 illik kompüterdə fotoların tərtibatı alqoritmi işə salınıb (VİDEO)
Commodore 64 adlı kompüter 1982-ci ilin avqust ayında satışa çıxmışdı. Nəticədə sözügedən kompüter tarixin ən çox satılmış kompüterlərindən birinə çevrildi.
ABŞ süni zəka modellərinin bəzi ölkələrə eksportunu məhdudlaşdırmağı nəzərdən keçirir
ABŞ süni zəka modellərinin bəzi ölkələrə eksportunu məhdudlaşdırmağı nəzərdən keçirir
ABŞ Ticarət Nazirliyi Çin, Rusiya və bir sıra digər ölkələrin GPT-4 kimi süni zəka modellərindən istifadə etmək imkanlarını məhdudlaşdırmaq üzrə yeni normativ tədbirlərin görülməsini nəzərdən keçirir.
Microsoft ABŞ xüsusi kəşfiyyat agentlikləri üçün generativ süni zəka sistemi yaradıb
Microsoft ABŞ xüsusi kəşfiyyat agentlikləri üçün generativ süni zəka sistemi yaradıb
Bloomberg saytının vermiş olduğu məlumata əsasən Microsoft şirkəti superkompüter çərçivəsində ABŞ gizli kəşfiyyat xidmətləri üçün nəzərdə tutulmuş generativ süni zəkanı istifadəyə verib.
Apple Photos-a gələcək süni intellekt xüsusiyyəti ortaya çıxıb!
Apple Photos-a gələcək süni intellekt xüsusiyyəti ortaya çıxıb!
Apple tətbiqləri iOS 18 yeniləməsi ilə yenilənəcək. Bildirilir ki, “Apple Photos” tətbiqinin yeni versiyası generativ süni intellektdən istifadə etməklə Photoshop səviyyəli redaktə funksiyaları təqdim edəcək.
Microsoft-un süni zəka sahəsində Google şirkətini geridə qoymaq səyləri barəsində keçmiş məktublar ortaya çıxıb
Microsoft-un süni zəka sahəsində Google şirkətini geridə qoymaq səyləri barəsində keçmiş məktublar ortaya çıxıb
Microsoft-un ortaya çıxmış daxili elektron məktubları onun süni zəka sahəsində Google şirkətinə çatması istiqamətində daimi səylərini sərgiləyir.
Həftənin xəbərləri
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!
Alimlər ilk dəfə olaraq, kvant tunelləmə vasitəsilə atom ötürülməsini həyata keçirə biliblər!