
ABŞ Süni Zəka Təhlükəsizliyi İnstitutunun fəaliyyəti artıq süni zəka təhlükəsizliyinə yönəlməyib
Süni İntellekt
05.06.2025
Emil Nəcəfov
ABŞ Ticarət Nazirliyi ona tabe olan Süni Zəka Təhlükəsizliyi İnstitutunun (AI Safety Institute) adını dəyişərək Süni Zəka Standartları və İnnovasiyalar Mərkəzi (Center for AI Standards and Innovation - CAISI) adlandırıb. Bununla da qurumun diqqət mərkəzi birbaşa süni zəkanın təhlükəsizliyindən çıxaraq, milli təhlükəsizliyə təhdidlərlə mübarizə və xarici ölkələrdə çətin və lazımsız tənzimləmələrin aradan qaldırılması istiqamətinə yönəlib. Ticarət naziri Howard Lutnick bu yenidənqurma barədə 3 iyun tarixində məlumat verib və bu addımı ABŞ innovasiyalarını qiymətləndirmək və irəli aparmaq, həmçinin beynəlxalq süni zəka standartlarında ABŞ-ın üstünlüyünü təmin etmək imkanı kimi xarakterizə edib. Qeyd edək ki, institutun yaradılması haqqında ilk dəfə 2023-cü ildə elan olunmuşdu və o zaman əsas məqsəd süni zəkadan qaynaqlanan təhdidlərin azaldılması göstərilmişdi.

ABŞ prezident administrasiyası süni zəka sahəsində fəaliyyət göstərən böyük şirkətlərlə, o cümlədən OpenAI və Anthropic ilə qarşılıqlı anlaşma haqqında memorandumlar imzalayıb. Bu sənədlərdə hökumət orqanlarının yeni modellərə çıxışı və bu modellər geniş auditoriyaya təqdim edilməzdən əvvəl süni zəka sistemlərinin təkmilləşdirilməsi üçün təkliflər vermək hüququ nəzərdə tutulur. 2025-ci ilin əvvəlində həmin dövrdə vəzifədə olmuş keçmiş prezident Joe Biden süni zəka ilə bağlı risklərin idarə olunması üzrə rəhbəredici prinsiplər layihəsini təqdim etmişdi. Bu prinsiplər süni zəka sistemlərinin bioloji silahların hazırlanması və ya milli təhlükəsizlik üçün digər təhdidlərin yaradılması, eləcə də uşaqlara qarşı zorakılıq səhnələri daxil olmaqla zərərli məzmunun generasiyası kimi risklərin qarşısını almağa yönəlib.

Lutnick-in sözlərinə görə, yeni statusda təşkilat açıq risklərə, məsələn, kibertəhlükəsizlik, biotəhlükəsizlik və kimyəvi silahlara fokuslanacaq. Mərkəz, həmçinin rəqiblərin süni zəka sistemlərindən istifadə etməsi nəticəsində yaranan qəsdən xarici təsirləri araşdıracaq - burada, çox güman ki, Çində yaradılmış və ilk dəfə olaraq ABŞ analoqları səviyyəsinə çatmış DeepSeek adlı böyük dil modeli nəzərdə tutulur. Yanvar ayının sonunda vəzifəyə başlamış hazırkı ABŞ prezidenti Donald Trump, öz sələfinin böyük süni zəka sistemləri üçün müəyyən etdiyi yeni təhlükəsizlik standartlarını ləğv edib. Yeni dövlət başçısının yanaşmasına görə, ABŞ-dakı süni zəka şirkətlərinə mümkün qədər sürətli inkişaf üçün şərait yaradılmalıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Süni zəka ilk dəfə dronların yarışında insanları geridə qoyub (VİDEO)

Süni zəka ilk dəfə dronların yarışında insanları geridə qoyub (VİDEO)
Niderlandın Delft Texniki Universitetindən bir qrup alim avtopilot rejimində işləyən dronlar sahəsində əlamətdar bir hadisəni qeyd edib. Belə ki, süni zəka tərəfindən idarə olunan uçan aparat beynəlxalq yarışda ilk dəfə insan pilotları qabaqlaya bilib.
Çin ən güclü süni zəka modelləri mövzusunda ABŞ ilə eyni səviyyəyə çatıb

Çin ən güclü süni zəka modelləri mövzusunda ABŞ ilə eyni səviyyəyə çatıb
Çin süni zəka bazarı sürətli artım nümayiş etdirir: 2025-ci ilin ikinci rübündə yerli süni zəka startapları 12.3 milyard dollar məbləğində özəl və dövlət investisiyası cəlb ediblər. Bu, əvvəlki rüblə müqayisədə 27% çoxdur və 2023-cü ildən bəri qeydə alınmış ən yüksək göstəricidir.
Süni zəka tarixdəki bütün texnologiyalardan daha sürətlə inkişaf edir

Süni zəka tarixdəki bütün texnologiyalardan daha sürətlə inkişaf edir
Süni zəkanın tətbiqi bəşər tarixindəki bütün əvvəlki texnoloji inqilablardan fərqlənir. Vençur investoru Mary Meeker 340 slayddan ibarət hesabat yayımlayıb və bu hesabatda “misilsiz” sözü 51 səhifədə yer alır. Hesabatda süni zəkanın necə sürətlə inkişaf etdiyi, tətbiq olunduğu, maliyyələşdirildiyi və istifadə edildiyi ətraflı şəkildə təqdim olunub.
Süni zəka sementin 19 ekoloji təmiz əvəzləyicisini təyin edib

Süni zəka sementin 19 ekoloji təmiz əvəzləyicisini təyin edib
Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqat qrupu sementin əvəzinə istifadə oluna biləcək ekoloji cəhətdən təmiz materialların tapılmasına kömək edən süni zəka əsaslı machine learning alqoritmi təqdim edib.
Süni zəka pərəstişkarlarında psixi problemlər müşahidə edilir

Süni zəka pərəstişkarlarında psixi problemlər müşahidə edilir
Reddit platformasında narahatedici bir tendensiya sürətlə yayılır: Süni zəka ilə həddindən artıq maraqlanan istifadəçilər ciddi yanlış inanclar nümayiş etdirirlər. Bəziləri düşünür ki, onlar bir tanrı yaradıblar, digərləri isə artıq özlərinin tanrıya çevrildiyinə inanırlar.
Həftənin xəbərləri

