Alter3 adlı robotla GPT-4 arasında əlaqə yaradılıb (VİDEO)
Süni İntellekt
20.12.2023
Emil Nəcəfov
Tokio Universitetinin mütəxəssisləri Alter3 adlı robot ilə böyük dil modeli olan GPT-4 arasında əlaqə yarada biliblər. Bunun sayəsində mütəxəssislər robotda insana bənzər jestləri yerinə yetirməyi və robotu təbii dil vasitəsilə proqramlaşdırmağı bacarıblar. Alter3 2016-cı ildə istifadəyə verilmiş robotun ən yeni versiyasıdır. O, bədənin yuxarı hissəsi vasitəsilə qəliz hərəkətləri yerinə yetirə bilir. Bura həmçinin real üz mimikaları da daxildir. Onun bədəni xüsusi dayağa bərkidilib. Bu səbəbdən də o, gəzə bilmir. Lakin bununla belə robot gəzmə prosesini imitasiya edə bilir.
GPT-4 vasitəsilə mütəxəssislər robotu müxtəlif simulyasiyaları yerinə yetirməyi öyrədiblər. Buna misal olaraq selfie fotosu çəkməyi, oyun topunun atılmasını, popkorn yeyilməsini və xəyali gitarada ifanı gətirmək olar. Daha əvvəllər bu cür hərəkətlərin yerinə yetirilməsi üçün onları ayrı-ayrılıqda proqramlaşdırmaq lazım gəlirdi. GPT-4 sayəsində isə robot bu tapşırıqları nitq vasitəsilə verilən təlimatları qəbul edərək yerinə yetirir. Mütəxəssislər bildiriblər ki, birbaşa idarə insan hərəkətlərinin linqvistik ifadələrinin robot bədəninə proqram kodu vasitəsilə köçürülməsi sayəsində mümkün olur.
Bu öz növbəsində robotla insan arasındakı qarşılıqlı əlaqə imkanlarını genişləndirir. Bunun sayəsində robototexnika sahəsində daha intellektual və adaptiv robotları gözləmək olar. Alter3-ün konstruksiyasında olan kamera ona insanların reaksiyalarını incələyərək öz davranışını təkmilləşdirməyə imkan verir. Robototexnika sahəsində böyük dil modellərinin istifadəsi mühəndisləri robotun hər bir hərəkətini proqramlaşdırmaq kimi rutin işdən azad edir. Nəticədə mütəxəssislər robotun hərəkətlərini tez, axıcı və dəqiq şəkildə ayarlaya bilirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
2023-cü ilin ən vacib sözü təyin edilib
2023-cü ilin ən vacib sözü təyin edilib
Demək olar 30 ildir ki, fəaliyyət göstərən Dictionary.com adlı online lüğət Kembric ingilis dili lüğətinə istinadən 2023-cü ilin əsas sözünü elan edib.
Google Gemini adlı süni zəka modelini təqdim edib (VİDEO)
Google Gemini adlı süni zəka modelini təqdim edib (VİDEO)
Hələ bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, Google şirkəti özünün Gemini adlı süni zəka modelinin təqdimatını yanvar ayına təxirə salıb. Lakin görünür, həmin məlumat doğruluğu əks etdirməyib.
Foto tərtibatı zamanı süni zəkanın sərf etdiyi enerji bir smartfonun enerjisinə bərabərdir
Foto tərtibatı zamanı süni zəkanın sərf etdiyi enerji bir smartfonun enerjisinə bərabərdir
Hugging Face adlı startapın və Karnegi Mellon Universitetinin mütəxəssisləri süni zəkanın müxtəlif növ tapşırıqları yerinə yetirən zaman buraxdığı karbon izinin miqdarını təyin ediblər.
Google şirkəti Gemini adlı süni zəka sisteminin işə salınmasını gələn ilə təxirə salıb
Google şirkəti Gemini adlı süni zəka sisteminin işə salınmasını gələn ilə təxirə salıb
Google şirkəti gələn həftə xüsusi təqdimat tədbiri keçirməli və həmin tədbirdə ChatGPT-nin rəqibi olacaq Gemini adlı süni zəka sistemini təqdim etməli idi.
NVIDIA CEO-su: "Artıq 5 ildən sonra süni zəka insanla rəqabət apara biləcək"
NVIDIA CEO-su: "Artıq 5 ildən sonra süni zəka insanla rəqabət apara biləcək"
NVIDIA şirkətinin CEO-su olan Jensen Huang-ın fikrincə öz imkanları baxımından insan ilə rəqabət apara biləcək süni zəka artıq 5 ildən sonra ortaya çıxacaq.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!