main-post-cover

    Apple tədqiqatçıları, süni intellektin məntiqi xətalarını ortaya çıxarıblar!

    Süni İntellekt
    15.10.2024
    Farid Pardashunas

         Apple-ın süni intellekt tədqiqat qrupu, böyük dil modellərinin düşünmə qabiliyyətlərində böyük çatışmazlıqlar aşkar edib.

         Araşdırma, böyük dil modellərinin məntiq qurma üsullarındakı bir qüsuru üzə çıxarıb. Belə ki, böyük dil modelləri əslində məntiq qurmaq əvəzinə, əvvəlki təlimlərdən öyrəndikləri nümunə uyğunlaşdırma texnikalarından istifadə edirlər. Bu isə sualların veriliş tərzi dəyişdirildikdə süni intellektin cavablarındakı fərqlərə səbəb olur. Məsələn, kivinin sayının soruşulduğu sualda kivinin çəkisi və ya boyu kimi məlumatlar verildikdə cavablar dəyişir.
         Tədqiqat qrupunun açıqlamasına görə, bu cür dəyişikliklər model davranışına əhəmiyyətli dərəcədə təsir edir və modellərin etibarlılığını azaldır. Tədqiqatçılara görə, təkcə adların dəyişdirilməsi belə modelin performansında 10%-lik dəyişməyə səbəb ola bilər. Bu vəziyyətin səbəbi modellərin formal əsaslandırma əvəzinə mürəkkəb nümunə tanıma metodlarından istifadə etməsidir. Tədqiqatçılara görə, bu problemi həll etmək üçün ənənəvi simvol əsaslı məntiq qurma ilə neyron şəbəkələrinin birləşdirildiyi "neyrosimbiotik" süni intellekt yanaşmaları tətbiq oluna bilər. Bu yolla süni intellekt daha doğru qərarlar qəbul edə və sualları daha dəqiq şəkildə həll edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Süni intellekt indi də ölmüş heyvanları danışdırır!
    suni-intellekt-indi-de-olmus-heyvanlari-danisdirir
    Apple qatlana bilən smartfonunun hazırlanma tempini sürətləndirib
    apple-qatlana-bilen-smartfonunun-hazirlanma-tempini-suretlendirib
    Apple Vision Pro-nun büdcəli versiyasının nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanıb
    apple-vision-pro-nun-budceli-versiyasinin-ne-zaman-ve-hansi-qiymete-satisa-cixacagi-aciqlanib
    Növbəti iPhone SE-nin keysinin fotosu təqdim edilib
    novbeti-iphone-se-nin-keysinin-fotosu-teqdim-edilib
    Süni intellekt vasitəsilə təxminən 162 min yeni virus növü kəşf edilib!
    suni-intellekt-vasitesile-texminen-162-min-yeni-virus-novu-kesf-edilib