main-post-cover

    Böyük Britaniyada süni intellekt səsəbilə gənc mütəxəssislər üçün iş yerləri ixtisar olunub

    Süni İntellekt
    17.10.2025
    Emil Nəcəfov
         Son 1 il ərzində Böyük Britaniyanın texnologiya sektorunda gənc mütəxəssislər üçün iş yerlərinin sayı 46% azalıb və daha 53%-lik azalma proqnozlaşdırılır. Bu qədər kəskin dəyişikliklərin əsas səbəbi süni intellektdir. O, artıq əvvəllər gənc mütəxəssislərə həvalə olunmuş əsas səviyyəli tapşırıqları - o cümlədən kod yazma və məlumat analizi kimi rutin işləri - yerinə yetirir. Şirkətlər hələ də texniki mütəxəssislərə ehtiyac duyurlar, lakin indi onlar əsasən təcrübəli işçiləri işə götürür və yeni başlayanların hazırlanması ilə məşğul olmurlar. Məzunların işə qəbulu həcmi illik müqayisədə 8% azalıb - bu göstəricidə daha böyük eniş yalnız 2020-ci ildə, azalma 12% olduğu zaman müşahidə edilmişdi.
         Hazırda ən çox zərbə alan sahələr texnologiya və əczaçılıq sektorlarıdır. Əmək bazarında gənc mütəxəssislər üçün ən çox tələb olunan ixtisaslar İT, rəqəmsal texnologiyalar və süni intellektlə bağlı sahələrdir - bu istiqamətlər üzrə vakansiyalar 46% təşkilata məxsusdur. Qeyd edilməlidir ki, işə qəbul prosesində süni intellektin rolu hələ o qədər də böyük deyil, baxmayaraq ki, işəgötürənlərin yarıdan çoxu avtomatlaşdırma vasitələrindən istifadə edir. Süni intellekt əsasən namizədlərə oyun formasında təqdim edilən testlərdə tətbiq olunur, lakin bu sahədə də onun payı cəmi 15% təşkil edir.
         Süni intellekt artıq 79% işəgötürəni işə qəbul prosedurunu dəyişməyə məcbur edib - bəzi şirkətlər artıq namizədlərin çat-botlardan kömək alaraq sistemi aldatmağa cəhd edə biləcəyinə hazırdırlar. Yalnız 15% işəgötürən belə cəhdləri heç vaxt müşahidə etmədiyini və ya şübhələnmədiyini bildirib. Bu tendensiya əmək bazarında mənfi bir dövr yaradır: məzunlar ixtisasları üzrə təcrübə qazanmaq üçün ilk işlərini tapa bilmirlər, bu isə o deməkdir ki, yaxın 5 ildə orta səviyyəli mütəxəssislərin sayı azalacaq. Şirkətlər qısamüddətli səmərəlilik artımına nail olmağa çalışır, lakin bunun əvəzində uzunmüddətli kadr ehtiyatlarını itirirlər - nəticədə zərər çəkən tərəf gənc mütəxəssislər olur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Anthropic şirkəti Claude Haiku 4.5 süni intellekt modelini təqdim edib
    anthropic-sirketi-claude-haiku-45-suni-intellekt-modelini-teqdim-edib
    OpenAI tərkibində süni intellektin istifadəçi psxologiyasına təsiri üzrə xüsusi şura yaradılıb
    openai-terkibinde-suni-intellektin-istifadeci-psxologiyasina-tesiri-uzre-xususi-sura-yaradilib
    İtalyanlar süni intellekti kiçik külək turbinlərinə inteqrasiya ediblər
    italyanlar-suni-intellekti-kicik-kulek-turbinlerine-inteqrasiya-edibler
    Apple mətnləri digər analoqlardan 128 dəfə daha sürətlə tərtib edən süni intellekt modeli yaradıb
    apple-metnleri-diger-analoqlardan-128-defe-daha-suretle-tertib-eden-suni-intellekt-modeli-yaradib
    Neyron şəbəkələri internet aktivliyinin yalnız 1%-ni əhatə edirlər
    neyron-sebekeleri-internet-aktivliyinin-yalniz-1-ni-ehate-edirler