main-post-cover

    İşdən azad edilmiş Candy Crush tərtibatçıları süni zəka ilə əvəz ediləcək

    Süni İntellekt
    16.07.2025
    Emil Nəcəfov
         Mobilegamer.biz nəşri bir neçə mənbəyə istinad edərək mobil oyun sahəsində Candy Crush ilə tanınan King şirkətində baş vermiş son ixtisarlarla bağlı ətraflı məlumat paylaşıb. Qeyd edək ki, King-dəki ixtisarlar Barselona ofisində təxminən 200 əməkdaşı əhatə edib və bu, iyulun əvvəlində Xbox daxilində baş vermiş genişmiqyaslı (təxminən 4000 nəfər) ixtisar dalğasının bir hissəsi olub. Mobilegamer.biz-in məlumatına görə, King-dəki ixtisarlar əsasən orta səviyyəli menecerlərə, səviyyə dizaynerlərinə, istifadəçi təcrübəsi üzrə mütəxəssislərə, istifadəçi araşdırmaları şöbəsinin əməkdaşlarına və kopirayter komandasına təsir edəcək.
         Mobilegamer.biz mənbələrinin bildirdiklərinə görə, son illərdə işdən çıxarılmış əməkdaşların bir çoxu iş prosesini sürətləndirən süni zəka alətlərinin yaradılması və inkişafı ilə məşğul olub: “İndi isə həmin süni zəka alətləri komandaların yerini tutur”. Mənbələrdən biri Mobilegamer.biz-ə bildirib: “Süni zəka alətlərinin insanları əvəz etməsi sadəcə iyrəncdir. Hər şey effektivlik və gəlir naminə edilir, halbuki şirkətin vəziyyəti əladır”. Həmin mənbənin bildirdiyinə görə, King şirkətində işdən çıxarılan bəzi əməkdaşlar, şirkətin addımlarına və ya daxili proseslərinə açıq narazılıq bildirdiklərinə görə insan resursları şöbəsinin hədəfinə çevriliblər. Son sorğulara əsasən, King-dəki əməkdaşların əhval-ruhiyyəsi artıq ixtisarlardan əvvəl də problemlidir. Şirkət rəhbərliyi komanda ruhunu yüksəltməyi əsas prioritetlərindən biri kimi təqdim edirdi: “Təsəvvür etmək olar ki, indi o, tam dibdədir”.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Gələcək özü-özünü istehsal edən robotlar və süni zəkanın arxasındadır
    gelecek-ozu-ozunu-istehsal-eden-robotlar-ve-suni-zekanin-arxasindadir
    Google Gemini keçən əsrin sistemi ilə şahmat oynamaqdan imtina edib
    google-gemini-kecen-esrin-sistemi-ile-sahmat-oynamaqdan-imtina-edib
    Mark Zuckerberg superzəkanın yaradılmasına milyardlarla dollar sərf edəcək
    mark-zuckerberg-superzekanin-yaradilmasina-milyardlarla-dollar-serf-edecek
    Süni zəka dünyanın 30 ən yaxşı riyaziyyatçısını az qala geridə qoyub
    suni-zeka-dunyanin-30-en-yaxsi-riyaziyyatcisini-az-qala-geride-qoyub
    Çin mənşəli yeni süni zəka modeli ChatGPT və Deepseek-i geridə qoyub
    cin-menseli-yeni-suni-zeka-modeli-chatgpt-ve-deepseek-i-geride-qoyub