main-post-cover

    ChatGPT müxtəlif səsləri imitasiya etməyi öyrənib (VİDEO)

    Süni İntellekt
    07.06.2024
    Emil Nəcəfov
         OpenAI şirkəti GPT-4o adlı yeni süni zəka modeli üçün bir neçə müddət bundan öncə anons edilmiş səsli rejim funksiyasına aid yeni videonu təqdim edib. Təqdim edilmiş videoda süni zəkanın uydurma personajların səslərini necə yaratdığı əks olunub. Videodan da görmək olar ki, OpenAI əməkdaşı hansısa hekayəni uydurur və ChatGPT-dən uydurulmuş hekayənin personajları üçün səslərin yaradılmasını istəyir. OpenAI əməkdaşı ilk növbədə çat-botdan əzəmətli aslan tərzində səsin, daha sonra isə siçan tərzində səsin yaradılmasını xahiş edir.
         Çat-botun əzəmətli aslan tərzində yaratmış olduğu səs əməkdaşın xoşuna gəlsə də, siçan tərzində yaratmış olduğu səs onu qane etməyib. Buna görə də o, ChatGPT-dən siçan tərz səsin daha da aşağı səviyyədə yaradılmasını istəyir. Bu üsul ilə əməkdaş səsin siçan səsinə bənzəməsinə nail olmaq istəyib. Çat-bot öz növbəsində əməkdaşın sorğusunu dərhal yerinə yetirib və siçan tərz səsin yeni versiyasını yaradıb. Yeni versiya isə əməkdaşı qane edib. OpenAI bildirib ki, ChatGPT-nin bu audio funksiyası yaxın zamanda istifadəyə veriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Keçmiş OpenAI əməkdaşları şirkətin fəaliyyətini insanlıq üçün təhlükəli hesab edirlər
    kecmis-openai-emekdaslari-sirketin-fealiyyetini-insanliq-ucun-tehlukeli-hesab-edirler
    Intel süni zəka vasitəsilə foto tərtibatı tətbiqini təqdim edib (VİDEO)
    intel-suni-zeka-vasitesile-foto-tertibati-tetbiqini-teqdim-edib-video
    Apple-dan sonra Oppo da öz telefonlarına süni intellekt əlavə edəcək!
    apple-dan-sonra-oppo-da-oz-telefonlarina-suni-intellekt-elave-edecek
    OpenAI şirkəti robototexnika sahəsinə geri qayıdır
    openai-sirketi-robototexnika-sahesine-geri-qayidir
    İstənilən səs effektini yarada bilən süni intellekt hazırlanıb!
    istenilen-ses-effektini-yarada-bilen-suni-intellekt-hazirlanib