ChatGPT səs rejimi yeniləyir!
Süni İntellekt
26.11.2025
Sevinc Miralizade
Technote.az "TechCrunch" platformasına istinadən bildirir ki, OpenAI ChatGPT-nin səs funksiyasını daha istifadəyə yararlı hala gətirir. Şirkət bildirir ki, artıq ChatGPT Voice funksiyasından istifadə etmək üçün ayrıca rejimə keçməyə ehtiyac qalmayacaq. Səsli danışıq birbaşa mövcud söhbət pəncərəsinin içində aktivləşdiriləcək.
Bu dəyişikliklə istifadəçilər həm danışa, həm də çatbotun cavablarını real vaxtda ekranda görə biləcəklər. Əvvəllər səs rejiminə keçid sizi ayrıca bir ekrana aparırdı və orada yalnız mavi animasiyalı dairə, səsi söndürmə düyməsi və canlı video yazmaq imkanı olurdu. Bu rejimdə ChatGPT-nin dediklərini yalnız dinləmək mümkün idi və cavabı qaçırdığınız halda mətnə baxmaq üçün həmin ekrandan çıxmalı olurdunuz.
Yeni interfeys isə bütün bunları aradan qaldırır. İndi ChatGPT danışarkən cavablar birbaşa ekranda görünəcək, əvvəlki mesajları gözdən keçirmək, habelə şəkil və ya xəritə kimi vizualları söhbət zamanı real vaxtda görmək mümkün olacaq. Bu dəyişiklik həm səs, həm də mətn arasında təbii keçid etməyi xeyli asanlaşdırır. Yeganə məhdudiyyət bundan ibarətdir ki, səsli söhbəti bitirmək üçün hələ də “End” düyməsinə toxunmaq lazımdır. Yenilənmiş səs interfeysi artıq web və mobil tətbiqetmələrdə bütün istifadəçilərə mərhələli şəkildə təqdim olunur.
Ayrı səs rejimini üstün tutanlar üçün OpenAI əlavə seçim də saxlayıb. Ayarlardakı “Voice Mode” bölməsindən “Separate mode” seçilərsə, əvvəlki ayrıca səs interfeysi bərpa edilə bilər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Gemini 3 süni intellekt yarışında öndədir
Gemini 3 süni intellekt yarışında öndədir
Gemini 3 bir çox testlərdə lider olsa da, real iş axınlarında hələ digər modellərin yerini tam tuta bilmir.
Sam Altman: “Yeni AI cihazı həyatımıza sakitlik gətirəcək”
Sam Altman: “Yeni AI cihazı həyatımıza sakitlik gətirəcək”
OpenAI-ın yeni ekransız AI cihazı istifadəçiyə daha sakit, bildirişsiz və intuitiv təcrübə təqdim etmək üçün hazırlanır.
AWS ABŞ hökuməti üçün AI infrastrukturuna 50 milyard dollar yatırır
AWS ABŞ hökuməti üçün AI infrastrukturuna 50 milyard dollar yatırır
Şirkət açıqlayıb ki, federal agentliklərə yüksək səviyyəli AI xidmətləri təqdim etmək məqsədilə 50 milyard dollarlıq xüsusi “yüksək-performanslı hesablamalar” infrastrukturu tikəcək.
Google Gmail ilə bağlı AI məxfilik qalmaqalına aydınlıq gətirib
Google Gmail ilə bağlı AI məxfilik qalmaqalına aydınlıq gətirib
Sosial şəbəkələrdə sürətlə yayılan paylaşımlar və Malwarebytes kimi saytların yazıları iddia edir ki, Google siyasətini dəyişib və Gmail mesajlarınızı süni intellekt modellərini öyrətmək üçün istifadə edir.
Nano Banana Google Messages-ə gəlir
Nano Banana Google Messages-ə gəlir
Nano Banana inteqrasiyası sayəsində Google Messages şəkil yaratmaq və redaktə etmək üçün güclü AI mərkəzinə çevrilir.
Həftənin xəbərləri