main-post-cover

    DeepSeek R1 süni zəka modelinin yenilənmiş versiyasını təqdim edib

    Süni İntellekt
    30.05.2025
    Emil Nəcəfov
         Çinin DeepSeek şirkəti R1 adlı süni zəka modelinin yenilənmiş versiyasını təqdim edib və onu MIT açıq lisenziyası altında Hugging Face platformasında yerləşdirib. Şirkətin WeChat-də verdiyi açıqlamada bildirilir ki, model cüzi şəkildə yenilənib və onu kommersiya layihələrində sərbəst şəkildə istifadə etmək mümkündür. Hugging Face-də yerləşdirilmiş repozitoriyada hələlik model haqqında ətraflı məlumat yoxdur. Yalnız konfiqurasiya faylları və çəkilər (weights) mövcuddur.
         Çəkilər modelin davranışını və imkanlarını müəyyən edən rəqəmsal parametrlərdir. Yenilənmiş R1 modeli 685 milyard parametrdən ibarətdir. Bu isə onu çox yüksək resurs tələb edən bir modelə çevirir və əlavə optimizasiya aparılmadan bu cür modeli adi istifadəçi kompüterlərində işlətmək demək olar ki, mümkün deyil. Xatırladaq ki, DeepSeek layihəsi bu ilin əvvəlində R1 modelinin ilk versiyasını təqdim etdikdən sonra geniş diqqət cəlb etmişdi.
         Həmin model OpenAI-nin modellərinə rəqib olmuşdu. Lakin startapın uğuru ABŞ-da bəzi tənzimləyici qurumların narahatlığına səbəb olub. Onlar hesab edirlər ki, şirkətin texnologiyaları milli təhlükəsizlik üçün potensial təhdid yarada bilər. Buna baxmayaraq, DeepSeek süni zəka platformasını inkişaf etdirməyə davam edir. MIT açıq lisenziyası tərtibatçılara və şirkətlərə R1 modelini sərbəst şəkildə test etməyə və məhsullarında tətbiq etməyə imkan verir, baxmayaraq ki, modelin işləməsi üçün ciddi hesablama gücünə ehtiyac var.
    Mənbə: Techcrunch
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Natasha AI adı altında yüzlərlə hindu proqramçı fəaliyyət göstərib
    natasha-ai-adi-altinda-yuzlerle-hindu-proqramci-fealiyyet-gosterib
    Anthropic-in süni zəka əsaslı Claude çat-botunda səsli rejim istifadəyə verilib
    anthropic-in-suni-zeka-esasli-claude-cat-botunda-sesli-rejim-istifadeye-verilib
    Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
    suni-zeka-esasli-cat-botlar-cinayetkarlarin-aletlerine-cevrilirler
    OpenAI-nin o3 modeli insanın əmrinə baxmayaraq deaktiv olmaqdan imtina edir
    openai-nin-o3-modeli-insanin-emrine-baxmayaraq-deaktiv-olmaqdan-imtina-edir
    İT şirkətlərin rəhbərləri investorlarla görüş üçün artıq süni zəka avatarlardan istifadə etməyə başlayıblar (VİDEO)
    it-sirketlerin-rehberleri-investorlarla-gorus-ucun-artiq-suni-zeka-avatarlardan-istifade-etmeye-baslayiblar-video