main-post-cover

    Google Gemini keçən əsrin sistemi ilə şahmat oynamaqdan imtina edib

    Süni İntellekt
    15.07.2025
    Emil Nəcəfov
         Robert Caruso, klassik şahmat proqramı Atari 2600 ilə ChatGPTMicrosoft Copilot kimi müasir süni zəka sistemləri arasında qeyri-adi matçlar seriyası təşkil edən şəxs, auditoriyadan yeni bir sorğu alıb: görəsən Google-un flaqman modeli Gemini retro oyunu ilə bacara bilərmi? Gemini Google tərəfindən sıfırdan hazırlanmış, məntiqi düşünmə qabiliyyəti daha güclü və multimodal xüsusiyyətə sahib yeni nəsil dil modelidir və OpenAI-nin məhsuluna alternativ kimi təqdim olunur. Caruso ilə ilkin ünsiyyət mərhələsində bot özünə çox arxayın şəkildə bildirib ki, Atari Chess-i asanlıqla məğlub edəcək, çünki guya o, milyonlarla gedişi hesablaya və sonsuz sayda mövqeni qiymətləndirə bilən tam funksiyalı bir şahmat mühərrikinə daha yaxındır.
         Lakin söhbətinin qarşısındakının əvvəlki süni zəka sistemlərinin qələbə vədlərinə baxmayaraq məğlub olduqları matçlar seriyasının müəllifi olduğunu öyrəndikdən sonra, Gemini dərhal tonunu dəyişdi. O, əvvəlki bəyanatının “halüsinasiya” - böyük dil modellərinə xas olan yalançı özünəinam illüziyası olduğunu etiraf etdi. Və növbəti cəhdi etmək əvəzinə belə bir strategiya seçdi: ümumiyyətlə oynamamaq, çünki matçdan imtina ən məntiqli və vaxt baxımından səmərəli qərardır.
         Beləliklə, 1.19 MHz prosessorlu və cəmi 128 bayt RAM-a malik 46 illik Atari 2600 oyun konsolunun emulyatoru bir daha məğlubedilməz qaldı - çünki müasir süni zəka onu “çətin rəqib” kimi qəbul etdi. Caruso-nun fikrincə, məhz bu cür dürüstlük Gemini-ni maraqlı edir: “Söhbət təkcə şahmatdan getmir. Bu, süni zəkanın daha etibarlı və məsuliyyətli davranmasına doğru atılmış bir addımdır -, xüsusilə də kritik sahələrdə. Əsas olan özündənrazılıq deyil, imkanlarının sərhədini dərk etməkdir. Əgər süni zəkaya hər şeyi bilən bir obyekt kimi inanmaq yox, onu etibarlı bir alət kimi istifadə etmək istəyiriksə, bu xüsusiyyət son dərəcə vacibdir”.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Mark Zuckerberg superzəkanın yaradılmasına milyardlarla dollar sərf edəcək
    mark-zuckerberg-superzekanin-yaradilmasina-milyardlarla-dollar-serf-edecek
    ChromeOS ilə Android-in birləşdirilməsi planı rəsmi şəkildə təsdiqlənib
    chromeos-ile-android-in-birlesdirilmesi-plani-resmi-sekilde-tesdiqlenib
    Süni zəka dünyanın 30 ən yaxşı riyaziyyatçısını az qala geridə qoyub
    suni-zeka-dunyanin-30-en-yaxsi-riyaziyyatcisini-az-qala-geride-qoyub
    Çin mənşəli yeni süni zəka modeli ChatGPT və Deepseek-i geridə qoyub
    cin-menseli-yeni-suni-zeka-modeli-chatgpt-ve-deepseek-i-geride-qoyub
    Çinli hərbçilər hərbi robotların təhlükələri barədə xəbərdarlıq ediblər
    cinli-herbciler-herbi-robotlarin-tehlukeleri-barede-xeberdarliq-edibler