İddialara görə Google, məşhurları və influencer-ləri süni intellektə çevirəcək çatbotlar hazırlamağı planlaşdırır!
Süni İntellekt
25.06.2024
Farid Pardashunas
Google, insanların nəinki sual verə biləcəyi, həm də birlikdə vaxt keçirə biləcəyi çatbotlar yaratmaq istəyir. Buna görə də Google, məşhurları süni intellektə çevirəcək çatbotlar hazırlamağı planlaşdırır.
Google-un məşhurları və influencer-ları süni intellekt çatbotlarına çevirməsi hadisəsi birinci dəfə deyil ki, baş verir. Belə ki, daha əvvələr "Meta" və "Character.ai" kimi bəzi startaplar da məşhurlara əsaslanan bu üslubda öz çatbotlarını yaratmışdılar. Məsələn, Meta-nın çatbotlarına Mr. Beast, Snoop Dogg, Tom Brady ve Paris Hilton kimi şəxslər, Character.ai-nin çatbolarına isə siyasətçilər, filosoflar və uydurma personajlar kimi obyektlər daxil idi.
The Information-ın verdiyi məlumata görə, Google-un məşhur çatbotları şirkətin Gemini adlanan böyük dil modellərindən ibarət ailəsi ilə təchiz ediləcək. Yeni hesabata görə isə axtarış nəhəngi, məşhurlarla yanaşı, influencer-larla da əməkdaşlıq etməyə çalışır və eyni zamanda insanlara sadəcə şəxsiyyətlərini və görünüşlərini təyin etməklə öz çatbotlarını yaratmağa imkan verəcək bir xüsusiyyət üzərində işləyir. Onu da qeyd edək ki, Character.ai çatbotunda bu xüsusiyyət, artıq bir müddətdir ki, mövcuddur.
Hələlik Google-un hansı məşhurlarla və ya influencer-larla əməkdaşlıq edəcəyi bəlli deyil. Bundan əlavə, iddialara görə, Google-un yeni layihəsi geniş miqyasda istifadəyə verilməzdən əvvəl Google Labs-də təcrübə olaraq qala bilər. Google və başqalarının niyə insanların məşhuru təqlid edən süni intellektlə danışmaq istədiklərini düşündüyü tam aydın deyil. Müqayisə üçün onu da qeyd edək ki, Snoop Dogg-a əsaslanan çatbotun Instagram-da cəmi 15 000 izləyicisi var. Əsl Snoop Dogg-u isə 87.6 milyon insan izləyir.
Linki kopyala
google
gemini
ai chat bot
ai chatbot
artificial intelligence
google ai chatbot
google celebrities chatbot
google chatbot
Google Labs
suni zeka
suni intellekt
google gemini
Bənzər xəbərlər
Oxşar xəbərlər
ABŞ-da süni zəka adi işçiləri yavaş-yavaş sıxışdırıb çıxartmağa başlayıb
ABŞ-da süni zəka adi işçiləri yavaş-yavaş sıxışdırıb çıxartmağa başlayıb
ABŞ-ın böyük şirkətlərinin yarısından çoxu (61%) daha öncə insanların yerinə yetirmiş olduqları tapşırıqların avtomatlaşdırılması istiqamətində gələn il süni zəka sistemlərinin inteqrasiyasını planlaşdırır.
Nvidia DLSS, gələcəkdə generativ süni intellektdən istifadə edəcək!
Nvidia DLSS, gələcəkdə generativ süni intellektdən istifadə edəcək!
Nvidia-nın DLSS texnologiyasının oyunlara təsiri getdikcə artacaq. Baş direktor Jensen Huang-ın sözlərinə görə, DLSS gələcəkdə sıfırdan oyundaxili teksturalar, personajlar və obyektlər yarada biləcək.
Hakerlər və dələduzlar süni zəkadan daha aktiv şəkildə istifadə etməyə başlayıblar
Hakerlər və dələduzlar süni zəkadan daha aktiv şəkildə istifadə etməyə başlayıblar
Aparılmış yeni tədqiqata əsasən hakerlər və dələduzlar kibercinayətlərin yerinə yetirilməsi və təhlükəsizlik sistemlərindən yan keçmək məsələlərində süni zəka texnologiyalarından daha çox istifadə etməyə başlayıblar.
GPT-5, fəlsəfə doktoru səviyyəsində zəkaya sahib olacaq!
GPT-5, fəlsəfə doktoru səviyyəsində zəkaya sahib olacaq!
OpenAI, ChatGPT-nin növbəti əsas təkamülü olan GPT-5 üzərində işləyir və bu yeni modelin intellekti, PhD (fəlsəfə doktoru) səviyyəsinə çatacaq. OpenAI-nin Baş Texnologiya Direktoru Mira Murati, Dartmouth Engineering-ə verdiyi müsahibədə GPT-5-in imkanları haqqında mühüm açıqlamalar verib.
OpenAI şirkətinin həmtəsisçisi öz süni zəka şirkətini təsis edib
OpenAI şirkətinin həmtəsisçisi öz süni zəka şirkətini təsis edib
OpenAI şirkətinin həmtəsisçilərindən və keçmiş baş elmi məsləhətçilərindən biri olan Ilya Sutskever öz süni zəka startapını təsis etdiyini elan edib.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!