main-post-cover

    McDonald's bütün dünya üzrə 40 000-dən çox restoranında süni zəkanı inteqrasiya etməyə başlayıb

    Süni İntellekt
    10.03.2025
    Emil Nəcəfov
         McDonald's dünya üzrə 43 000 restoranında süni zəka texnologiyasını tətbiq etməyə başlayır. Bu sistem işçilərin gündəlik vəzifələrini asanlaşdıracaq, müştərilərlə qarşılıqlı əlaqəni optimallaşdıracaq, avadanlıqların idarə edilməsini təkmilləşdirəcək. Şirkətin əsas məqsədi, işçilərin stres səviyyəsini azaltmaq, ümumi iş effektivliyini artırmaqdır. Süni zəka texnologiyası artıq ABŞ-dakı bəzi McDonald's restoranlarında uğurla sınaqdan keçirilib və 2025-ci ildə onun daha geniş tətbiqi planlaşdırılır. McDonald's-ın informasiya texnologiyaları direktoru Brian Rice bildirib ki, süni zəka gündəlik problemlərin həllində faydalı ola bilər, o cümlədən avadanlıq nasazlıqlarının aradan qaldırılması, müştərilərlə qarşılıqlı əlaqənin yaxşılaşdırılmasında. Computer vision texnologiyası sifarişlərin düzgünlüyünü yoxlaya bilər, bu da səhv ehtimalını azaldır.
         IBM ilə birgə hazırlanan səsli sifariş sistemləri test edilir. Bu texnologiya sifariş prosesini daha səmərəli etməyə hədəflənib. Mətbəx avadanlıqlarında quraşdırılmış sensorlar real zaman rejimində məlumat toplayır. Bu sistem mümkün nasazlıqları öncədən proqnozlaşdıraraq vaxtında texniki xidmət göstərilməsinə imkan yaradır. Bundan əlavə, generativ süni zəka əsaslı virtual menecer növbələrin planlaşdırılmasına kömək edə bilər. Lakin süni zəkanın tətbiqi bəzi çətinliklərlə üzləşə bilər. Həm françayz sahibləri, həm də işçilər bu yeniliyə müqavimət göstərə bilər. Analitiklər xəbərdarlıq edirlər ki, süni zəkanın tətbiqi yüksək xərclər tələb edir və bu investisiyalar işçilərin təliminə yönəldilə bilərdi. Bəzi mütəxəssislər hesab edirlər ki, avtomatlaşdırma əvəzinə işçilərin ixtisasını artırmağa diqqət yetirilməlidir, bu isə süni zəkaya ehtiyacı azalda bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Microsoft məntiq yürüdə biləcək fərdi süni zəka sistemi üzərində çalışır
    microsoft-mentiq-yurude-bilecek-ferdi-suni-zeka-sistemi-uzerinde-calisir
    Yalnız süni zəka ilə yaradılmış rəsm əsərlərinin ilk onlayn hərracı keçirilib
    yalniz-suni-zeka-ile-yaradilmis-resm-eserlerinin-ilk-onlayn-herraci-kecirilib
    OpenAI yüksək qiymətə elmlər namizədi səviyyəsində süni zəka agentlərini istifadəyə verməyə hazırlaşır
    openai-yuksek-qiymete-elmler-namizedi-seviyyesinde-suni-zeka-agentlerini-istifadeye-vermeye-hazirlasir
    Alibaba məntiqi düşünməyə sahib süni zəka modelini təqdim edib
    alibaba-mentiqi-dusunmeye-sahib-suni-zeka-modelini-teqdim-edib
    Ənənəvi saytlar süni zəka əsaslı çat-botlar və agentlər səbəbilə istifadəçi kütləsini itirilər
    enenevi-saytlar-suni-zeka-esasli-cat-botlar-ve-agentler-sebebile-istifadeci-kutlesini-itiriler