Meta açıq mənbəli koda sahib ən böyük süni zəka modelini təqdim edib
Süni İntellekt
24.07.2024
Emil Nəcəfov
Meta şirkəti hal-hazırda açıq mənbəli koda sahib ən böyük süni zəka modelini təqdim edib. Söhbət, Llama 3.1-dən gedir. Məlumata əsasən təqdim edilmiş bu süni zəka modeli özündə 400 milyarddan çox parametri birləşdirir. Mark Zuckerberg-in sözlərinə əsasən Llama 3.1 yaxın zamanda performans baxımından GPT-4-ü geridə qoya, ilin sonuna kimi isə dünyanın ən məşhur süni zəka modelinə çevrilə bilər. The Verge saytının vermiş olduğu məlumata əsasən Meta sözügedən süni zəka modelinin hazırlanmasına külli miqdarda investisiya yatırıb. Llama 3.1 daha öncə Meta tərəfindən təqdim edilmiş süni zəka modellərindən daha qəlizdir.
O özündə 405 milyard parametri birləşdirir və onun təlimatlandırılması prosesində NVIDIA-nın 16 000-dən çox H100 qrafik prosessoru iştirak edib. Meta bu yeni süni zəka modelinin hazırlanmasına sərf edilmiş vəsait barəsində məlumat verməsə də, NVIDIA-nın adı sadalanmış qrafik prosessorunun bir ədədinin qiymətini nəzərə alsaq, təxmin etmək olar ki, söhbət, 100 milyonlarla dollar vəsaitdən gedir. Süni zəka modelinin hazırlanmasına böyük məbləğlərin yatırılmasına baxmayaraq şirkət onu açıq mənbəli kod ilə təmin etməyə qərar verib. Llama 3.1 çərçivəsində reallaşdırılmış əsas yeniliklərdən biri də Llama əsasında qurulmuş Meta AI servisinin daha çox ölkədə aktiv olmasıdır.
Bununla yanaşı əgər Meta AI daha öncə yalnız ingilis dilini dəstəkləyirdisə, indi ona fransız, alman, hindi, italyan, portuqal və ispan dillərinin dəstəkləri əlavə edilib. Servisin digər bir maraqlı funksiyası isə Imagine me adlı funksiyasıdır. Bu funksiya Imagine Yourself adlı generativ süni zəka modelindən istifadə edir. Bu süni zəka modeli öz növbəsində istifadəçinin fotosu və mətn formatında təsvirlər əsasında yeni fotolar tərtib edə bilir. Məsələn ona “Məni dənizdə təsvir et” sorğusunu göndərəndən sonra süni zəka modeli sorğuda tələb olunan tapşırığı yerinə yetirərək istifadəçinin dənizdə fotosunu tərtib edəcək. Yaxın zamanda Meta AI servisi üstəlik fotoların redaktə edilməsi funksiyalarını da əldə edəcək. İstifadəçilər mətn formatında təsvirlər sayəsində fotolardakı obyetləri dəyişə və ya silə biləcəklər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Meta, bu il yeni AR eynəklərini təqdim edəcək!
Meta, bu il yeni AR eynəklərini təqdim edəcək!
Meta Ray Ban eynəklərinin davamı olduğu düşünülən yeni AR eynəkləri peyda olub. CEO Mark Zuckerberg, yeni eynəklərin bu il təqdim ediləcəyini təsdiqləyib.
Yaponiyada 52 yaşlı şəxs Miku adlı süni zəka əsaslı çat-botla evlənib
Yaponiyada 52 yaşlı şəxs Miku adlı süni zəka əsaslı çat-botla evlənib
Yaponiyanın 52 yaşlı vətəndaşı Chiharu Shimodo qeyri-adi evliliyi həyata keçirib.
OpenAI şirkəti GPT-4o Mini adlı yeni süni zəka modelini istifadəyə verib
OpenAI şirkəti GPT-4o Mini adlı yeni süni zəka modelini istifadəyə verib
OpenAI şirkəti hələ bir neçə müddət bundan öncə təqdim etmiş olduğu GPT-4o adlı süni zəka modelinin sadələşdirilmiş və əlçatan versiyasını təqdim edib.
Avropa Birliyi süni zəka ilə bağlı qanun layihəsini rəsmi şəkildə təsdiqləyib
Avropa Birliyi süni zəka ilə bağlı qanun layihəsini rəsmi şəkildə təsdiqləyib
Avropa Birliyi rəsmi şəkildə süni zəka üzrə qanun layihəsini təsdiqləyib. Bu qanun layihəsi texnoloji şirkətlərin bu sahə üzrə tənzimlənmələrinə hədəflənmiş kompleksli qaydaları özündə birləşdirir.
OpenAI şirkəti süni zəka inkişafının yeni yol xəritəsini tərtib edib
OpenAI şirkəti süni zəka inkişafının yeni yol xəritəsini tərtib edib
Bloomberg saytının vermiş olduğu məlumata əsasən bir neçə müddət bundan öncə OpenAI şirkəti daxilində baş tutmuş iclas çərçivəsində şirkət əməkdaşları ümumi süni zəkanın (AGI) inkişafı üzrə yeni yol xəritəsini tərtib ediblər.
Həftənin xəbərləri
WhatsApp-da səsli mesajları sevməyənlər üçün faydalı funksiya istifadəyə verilib
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!