
Meta müsahibələrdə süni intellektdən istifadəyə icazə verəcək
Süni İntellekt
30.07.2025
Emil Nəcəfov
Meta şirkəti bəzi namizədlərə proqramlaşdırma üzrə müsahibələrdə süni intellektdən istifadə etməyə icazə verəcək, çünki bu, böyük dil modellərindən (LLM) istifadə ilə bağlı fırıldaqçılığın effektivliyini azaldır. Bu ayın əvvəlində Meta-nın daxili elanlar lövhəsində “Süni intellektlə müsahibələr” adlı paylaşım yerləşdirilib. Paylaşımda qeyd olunur ki, şirkət namizədlərin süni intellekt köməkçisindən istifadə edə biləcəyi yeni tip proqramlaşdırma müsahibələri üzərində işləyir. Bu yanaşma həm gələcək əməkdaşların çalışacaqları proqramlaşdırma mühitini daha dəqiq əks etdirir, həm də LLM əsasında edilən fırıldaqçılığı daha az effektiv edir.

Həmçinin, bildirilir ki, Meta bu müsahibə prosesini sınaqdan keçirmək üçün öz əməkdaşları arasında namizədlər axtarır. “Hər şey hələ inkişaf mərhələsindədir. Sizin məlumatlarınız Meta-da gələcək müsahibə prosesinin formalaşmasına kömək edəcək” - deyə paylaşımda vurğulanır. “Tamamilə aydındır ki, biz süni intellektdən mühəndislərə gündəlik işlərində kömək etmək üçün istifadə etməyə fokuslanmışıq. Buna görə də namizədlərə bu alətlərin müsahibə zamanı təqdim olunmasının necə işlədiyini sınaqdan keçirməyimiz təəccüblü deyil” - deyə Meta nümayəndəsi Business Insider-ə verdiyi açıqlamada bildirib.

Meta-nın baş direktoru Mark Zuckerberg daha əvvəl süni intellektin proqramlaşdırmaya təsiri barədə danışarkən bildirmişdi: “Yəqin ki, 2025-ci ildə biz və bu sahədə çalışan digər şirkətlər, əslində müəyyən dərəcədə kod yaza bilən orta səviyyəli mühəndis rolunu oynaya biləcək bir süni intellekt əldə edəcəyik”. Bununla belə, bütün şirkətlər Meta-nın süni intellektə yanaşmasını bölüşmür. Məsələn, Amazon yaxın vaxtlarda daxili işə qəbulçulara göstəriş verib ki, müsahibə zamanı namizədin süni intellekt alətlərindən istifadə etdiyi müəyyən olunarsa, o, diskvalifikasiya edilsin. Süni intellekt startapı Anthropic isə ilkin mərhələdə namizədlərə müraciət zamanı süni intellekt köməkçilərindən istifadə etməməyi tövsiyə etmişdi, lakin sonradan bu qərarını dəyişib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Videoların sürətli redaktəsi üçün Aleph süni intellekt modeli istifadəyə verilib (VİDEO)

Videoların sürətli redaktəsi üçün Aleph süni intellekt modeli istifadəyə verilib (VİDEO)
Runway şirkəti mətn sorğularına əsaslanaraq videoları redaktə etmək üçün nəzərdə tutulmuş yeni süni intellekt modelini - Aleph-i təqdim edib.
Google-un süni intellekt xidmətləri 1 ay ərzində kvadrilyon sayda token emal edib

Google-un süni intellekt xidmətləri 1 ay ərzində kvadrilyon sayda token emal edib
Google bildirib ki, onun süni intellekt xidmətləri iyun ayında demək olar ki, kvadrilyon sayda token emal edib. Tokenlər dedikdə, süni intellekt modellərinin öyrənmə və generasiya zamanı emal etdikləri məlumat vahidləri nəzərdə tutulur ki, bu da Google-un müvafiq xidmətlərindən istifadə miqyası barədə təsəvvür yaradır.
Meta şirkəti Apple-ın artıq 4-cü süni intellekt mütəxəssisini özünə cəlb edib

Meta şirkəti Apple-ın artıq 4-cü süni intellekt mütəxəssisini özünə cəlb edib
Süni intellekt sahəsində dəyərli mütəxəssislər üçün ən fəal “ovçu” hazırda texnoloji nəhənglər arasında Meta Platforms şirkətidir. Son 1 ay ərzində Meta rəqib Apple şirkətindən artıq 4 aparıcı tədqiqatçını öz tərəfinə çəkə bilib və bu siyahıya yaxın günlərdə Bowen Zhang da əlavə olunub.
Donald Trump-ın süni intellekt inkişaf planı ekspertlərdə suallar doğurub

Donald Trump-ın süni intellekt inkişaf planı ekspertlərdə suallar doğurub
23 iyul tarixində ABŞ prezidenti administrasiyası süni intellekt sənayesinin inkişafı ilə bağlı planı - “Süni İntellekt üzrə Fəaliyyət Planı”nı (AI Action Plan) təqdim etdi. Bu planda bir tərəfdən OpenAI kimi şirkətlər Ağ Evdə keçirilən məsləhətləşmələrdə tələb etdikləri demək olar ki, bütün dəstəyi alırlar.
Çin universitetlərində süni intellekt məcburi tədris alətinə çevrilir

Çin universitetlərində süni intellekt məcburi tədris alətinə çevrilir
Çin universitetlərində süni intellektin istifadəsi hələ yaxın keçmişdə bəyənilmir və qəbul olunmurdu. Lakin indi vəziyyət dəyişib. Generativ süni intellekt artıq adi bir tədris alətinə çevrilib, müəllimlər isə onu qadağan etməklə kifayətlənmirlər, əksinə, ondan düzgün və məsuliyyətli şəkildə istifadə etməyi öyrədirlər.
Həftənin xəbərləri

