
Çin universitetlərində süni intellekt məcburi tədris alətinə çevrilir
Süni İntellekt
29.07.2025
Emil Nəcəfov
Çin universitetlərində süni intellektin istifadəsi hələ yaxın keçmişdə bəyənilmir və qəbul olunmurdu. Lakin indi vəziyyət dəyişib. Generativ süni intellekt artıq adi bir tədris alətinə çevrilib, müəllimlər isə onu qadağan etməklə kifayətlənmirlər, əksinə, ondan düzgün və məsuliyyətli şəkildə istifadə etməyi öyrədirlər. Mycos tədqiqat qrupunun son sorğusuna görə, Çində tələbə və müəllimlərin 99%-i artıq süni intellektdən tədris və iş məqsədilə istifadə edir. Onların 60%-i isə bunu mütəmadi olaraq - gündə və ya həftədə bir neçə dəfə edir. Çində süni intellekt getdikcə həm tələbələr, həm də müəllimlər arasında təhlükə kimi deyil, vacib bir bacarıq kimi qəbul edilir. Qərbdə süni intellekt bəzən narahatlıq doğursa da, Çin universitetlərində tədris prosesinə fəal şəkildə inteqrasiya olunur. Texnoloji sıçrayış və milli qürur mənbəyi kimi dəyərləndirilən Çin mənşəli DeepSeek modelinin məşhurluğu da bu tendensiyanı gücləndirir.

Stenford Universitetinin HAI İnstitutu tərəfindən aparılmış araşdırmaya əsasən, çinlilərin 80%-i süni intellektdən “həvəslə istifadə edir”, halbuki ABŞ və Böyük Britaniyada bu göstərici cəmi 1/3-ə yaxındır. Çin Honkonq Universitetindən professor Fang Kecheng bunu təəccüblü saymır. Çünki Çində texnologiyalara həmişə milli tərəqqinin hərəkətverici qüvvəsi kimi inanılıb. Tsinxua, Remin, Nankin və Cjeçzyan universitetləri də daxil olmaqla aparıcı ali təhsil müəssisələri süni intellektlə bağlı məcburi kurslar və modullar tətbiq edirlər - bu, humanitar ixtisaslarda oxuyan tələbələrə də şamil olunur. Təhsil siyasəti dövlət səviyyəsində də dəyişməkdədir: 2025-ci ildə Təhsil Nazirliyi süni intellekt təhsili sahəsində genişmiqyaslı islahatlara dair milli tövsiyələr dərc edib. Bu islahatlarda tənqidi düşüncə, rəqəmsal savadlılıq və praktiki bacarıqlara xüsusi önəm verilir.

Pekin artıq süni intellekt üzrə təhsili ibtidai məktəbdən universitetlərə qədər bütün səviyyələrdə məcburi edib. Bütün bu addımlar tələbələr arasında alətləri rahat istifadə edənlərlə edə bilməyənlər arasındakı fərqin azaldılmasına kömək edə bilər. ChatGPT-yə giriş əldə etmək üçün tələbələr əvvəllər bloklamaları aşmalı olurdular. İndi isə Çin universitetləri DeepSeek modelinin lokal versiyalarını öz serverlərində tətbiq etməyə başlayıblar. Bu kampus daxilindəki süni intellekt sistemləri geniş funksionallıq təqdim edir - uzun kontekst pəncərələri və limitsiz dialoqlar da daxil olmaqla. Tələbələr bu sistemlərdən universitet ID-ləri vasitəsilə pulsuz istifadə edə bilirlər. ABŞ və Avropada bu cür təşəbbüsləri əsasən şirkətlər həyata keçirir.

Məsələn, OpenAI tələbələrə ChatGPT Plus xidmətini pulsuz təqdim edir, Anthropic isə Claude for Education proqramını inkişaf etdirir. Çində bu işlə birbaşa universitetlər məşğul olurlar. Universitetlərin məqsədi yalnız tələbələrə süni intellektə çıxış vermək deyil, həm də onlara bu texnologiyadan düzgün və düşünülmüş şəkildə istifadə etməyi öyrətməkdir. Uorvik Universitetinin tədqiqatçıları qeyd edirlər ki, süni intellekt üzrə savadlılıq akademik uğur üçün ən vacib amillərdən birinə çevrilir, lakin bir çox tələbələr hələ də bu alətlərdən necə düzgün istifadə etməli olduqlarına əmin deyillər. Aydın qaydaların olmaması isə onlarda stress yaradır.

Mütəxəssislər vurğulayırlar ki, müəllimlər bu alətləri qadağan etməməli, əksinə izah etməli, aydın təlimatlar verməli və tələbələrə yeni bacarıqları mənimsəməyə kömək etməlidirlər. Bu arada universitetlərdə süni intellekt ətrafında qeyri-rəsmi "boz iqtisadiyyat" formalaşıb. Bəzi tələbələr hələ də freelancerlərə pul ödəyirlər ki, onların işlərini süni intellekt detektorlarından "qorunmuş" vəziyyətə gətirsinlər. Lakin getdikcə daha çox gənc süni intellekti təhdid kimi deyil, əmək bazarındakı sərt rəqabətə hazırlaşmaq vasitəsi kimi görməyə başlayır. YiCai nəşrinin məlumatına görə, artıq 2026-cı ilə qədər Çində məzunlar üçün olan vakansiyaların 80%-ində süni intellekt bacarıqları tələblər siyahısına daxil ediləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Çin startapı DeepSeek-dən daha ucuz başa gəlmiş süni intellekt modelini təqdim edib

Çin startapı DeepSeek-dən daha ucuz başa gəlmiş süni intellekt modelini təqdim edib
Z.ai şirkəti GLM-4.5 adlı süni intellekt modelini təqdim edib. Bu, DeepSeek modelinə nisbətən daha kompakt və əlçatan bir alternativdir. Açıq mənbə koduna malik olan bu model cəmi 8 ədəd NVIDIA H20 çipinə ehtiyac duyur və agent əsaslı süni intellekt prinsipi ilə işləyir.
OpenAI-in süni intellekt agenti CAPTCHA-nı keçməyi öyrənib

OpenAI-in süni intellekt agenti CAPTCHA-nı keçməyi öyrənib
OpenAI tərəfindən hazırlanmış ChatGPT Agent aləti, "Siz insansınız?" tipli sualın verildiyi və təsdiq üçün quş işarəsi qoyulmalı olan bir testdən keçə bilib.
Tencent 3D dünyalar yarada bilən süni intellektini təqdim edib (VİDEO)

Tencent 3D dünyalar yarada bilən süni intellektini təqdim edib (VİDEO)
Çinin Tencent şirkəti sənayedə mətn təsviri və ya statik təsvir əsasında interaktiv 3D dünyalar yarada bilən ilk açıq mənbəli süni intellekt modelini təqdim edib. Söhbət, Hunyuan 3D World Model 1.0 alqoritmindən gedir.
Çin süni intellektin qlobal tənzimlənməsini təklif edib

Çin süni intellektin qlobal tənzimlənməsini təklif edib
Şanxayda 26 iyul tarixindən etibarən Ümumdünya Süni İntellekt Konfransı (WAIC) keçirilir. Bu, hər il baş tutan tədbirdir və süni intellekt sahəsində mövcud tendensiyaları və yenilikləri müzakirə etmək üçün şirkətləri, startapları, siyasətçiləri və alimləri bir araya gətirir.
ABŞ-da federal qaydaların yarısı süni intellekt vasitəsilə ləğv ediləcək

ABŞ-da federal qaydaların yarısı süni intellekt vasitəsilə ləğv ediləcək
The Washington Post-un (WP) nəşri məxfi sənədlərlə tanış olduqdan sonra verdiyi məlumata əsasən, ABŞ-da Hökumətin Effektivlik Departamenti (DOGE) süni intellekt əsaslı bir alət yaradacaq.
Həftənin xəbərləri

