main-post-cover

    Meta öz süni intellekt şöbəsini yenidən təşkil edib

    Süni İntellekt
    20.08.2025
    Emil Nəcəfov
         Meta rəsmi şəkildə süni intellekt bölməsinin yenidən təşkil olunduğunu təsdiqləyib, mövcud strukturu ləğv edərək OpenAI, AnthropicGoogle DeepMind kimi rəqiblərdən geri qalmanı aradan qaldırmaq üçün 4 yeni ixtisaslaşmış qrup yaradıb. Dəyişikliklər barədə məlumat daxili xidməti qeyddən bəlli olub və iyunda Meta-ya süni intellekt bölməsinin direktoru kimi qoşulan Scale AI qurucusu Alexandr Wang tərəfindən elan edilib. Yeni struktur Meta Superintelligence Labs (MSL) adını alıb. Məlumata görə, onun mərkəzi elementi şəxsən Wang tərəfindən idarə olunacaq TBD Labs adlı qrup olacaq.
         Bu komandanın əsas diqqəti Llama seriyası da daxil olmaqla standart süni intellekt modellərinin hazırlanmasına yönələcək. Onun son versiyası isə aprel ayında buraxılmışdı. Qalan 3 bölmə isə fundamental tədqiqatlarla, süni intellektin məhsullara inteqrasiyası ilə və infrastrukturun inkişafı ilə məşğul olacaq. Məlumata görə, Meta şirkətinin baş direktoru Mark Zuckerberg yeni bölmənin kadr seçiminə şəxsən qatılıb, bu isə istiqamətin şirkət üçün strateji əhəmiyyət daşıdığını göstərir. Ötən həftə Meta şirkətinin son 6 ay ərzində dördüncü dəfə süni intellektin hazırlanması ilə məşğul olan bölmələrinin strukturunu dəyişməyi planlaşdırdığı bildirilmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Instagram və Facebook-da Reels videolarının süni intellekt vasitəsilə tərcüməsi funksiyası istifadəyə verilib
    instagram-ve-facebook-da-reels-videolarinin-suni-intellekt-vasitesile-tercumesi-funksiyasi-istifadeye-verilib
    DeepSeek V3.1 süni intellekt modeli istifadəyə verilib
    deepseek-v31-suni-intellekt-modeli-istifadeye-verilib
    Hakerlər, cəsuslar və kibertəhlükəsizlik mütəxəssisləri aktiv şəkildə süni intellektdən istifadə edirlər
    hakerler-cesuslar-ve-kibertehlukesizlik-mutexessisleri-aktiv-sekilde-suni-intellektden-istifade-edirler
    Videooyun tərtibatçılarının 90%-i videooyunların hazırlanmasında artıq süni intellektdən istifadə edir
    videooyun-tertibatcilarinin-90-i-videooyunlarin-hazirlanmasinda-artiq-suni-intellektden-istifade-edir
    "Terminator"un rejissoru süni intellekt barəsində narahatlıqlarını dilə gətirib
    terminatorun-rejissoru-suni-intellekt-baresinde-narahatliqlarini-dile-getirib