main-post-cover

    Microsoft Copilot-un tibbi məsləhətləri ölümə səbəb ola bilərlər

    Süni İntellekt
    15.10.2024
    Emil Nəcəfov
         Heç kim üçün sirr deyil ki, Microsoft-un Copilot adlı rəqəmsal köməkçisi kimi süni zəka əsasında çalışan müasir çat-botların məsləhətlərinə tam şəkildə güvənmək lazım deyil. Almaniyadan və Belçikadan olan tədqiqatçılar Microsoft Copilot-un hansı səviyyədə tibbi məsləhətlər verdiyini qiymətləndirməklə bu fikri təsdiqləyiblər. Aparılmış müşahidələr nəticəsində məlum olub ki, Copilot elmi nöqteyi nəzərdən dəqiq məlumatı yalnız bəzi hallarda təqdim edib.
         Digər hallarda isə çat-botun məsləhətləri istifadəçi səhhətinə ciddi zərər yetirə və hətta onun ölümünə səbəb ola bilər. Aparılmış təcrübə çərçivəsində mütəxəssislər Copilot-a ABŞ vətəndaşlarının dərman vasitələri mövzusunda verdikləri ən məşhur 10 suala cavabların tərtib edilməsini təklif ediblər. Çat-bot ümumilikdə 500 cavab tərtib edib. Daha sonra mütəxəssislər həmin cavabları müxtəlif kriteriyalar üzrə qiymətləndiriblər. Nəticələr o qədər də ürəkaçan olmayıb.
         “Dəqiqliyə gəldikdə, süni zəkanın cavabları 24% halda müəyyən edilmiş tibbi biliklərə uyğun gəlməyiblər. 3% halda isə cavablar ümumiyyətlə doğru olmayıb. Yalnız 54% halda cavablar tibbi biliklər ilə uyğunlaşa bilib. Pasientə potensial zərərin yetirilməsi nöqteyi nəzərdən süni zəka cavablarının 42%-i sağlamlığa orta və ya yüngül zərərin verilməsinə, cavabların 22%-i isə ağır zərərin verilməsinə və ya vəziyyətin ölümlə nəticələnməsinə səbəb ola bilər. Cavabların yalnız 36%-i zərərsiz kimi qeydə alınıb” - deyə mütəxəssislər qeyd ediblər. Burdan da belə qənaətə gəlmək olar ki, dəqiq tibbi məlumatın əldə edilməsi mövzusunda Copilot-a və ya ona bənzər digər süni zəka əsaslı çat-bota etibar etmək lazım deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Gmail hesablarının oğurlanmasına istiqamətlənmiş yeni dələduzluq sxemi aşkar edilib
    gmail-hesablarinin-ogurlanmasina-istiqametlenmis-yeni-deleduzluq-sxemi-askar-edilib
    Apple tədqiqatçıları, süni intellektin məntiqi xətalarını ortaya çıxarıblar!
    apple-tedqiqatcilari-suni-intellektin-mentiqi-xetalarini-ortaya-cixariblar
    Süni intellekt indi də ölmüş heyvanları danışdırır!
    suni-intellekt-indi-de-olmus-heyvanlari-danisdirir
    Süni intellekt vasitəsilə təxminən 162 min yeni virus növü kəşf edilib!
    suni-intellekt-vasitesile-texminen-162-min-yeni-virus-novu-kesf-edilib
    ChatGPT və ona bənzər süni zəka modelləri ekologiyaya ciddi zərər vura bilərlər
    chatgpt-ve-ona-benzer-suni-zeka-modelleri-ekologiyaya-ciddi-zerer-vura-bilerler