main-post-cover

    OpenAI-ın video hazırlayan süni intellekti Sora istifadəyə verilib!

    Süni İntellekt
    10.12.2024
    Farid Pardashunas

         OpenAI-ın uzun müddətdir gözlənilən video hazırlama aləti olan Sora nəhayət istifadəyə təqdim edilib. ChatGPT Plus və Pro istifadəçiləri artıq ultra realistik videolar yarada biləcəklər.

         Detallara keçməmişdən öncə, Sora-nın hazırkı vəziyyəti ilə belə böyük təsir gücünə malik olduğunu qeyd etmək lazımdır. Həm OpenAI, həm də Sora istifadəçiləri tərəfindən paylaşılan nümunələr onu göstərir ki, artıq kino keyfiyyətində videolar süni intellekt tərəfindən hazırlana bilər. Sora, möhtəşəm realistik təsvirlə əsas xəbər bülleteni kimi görünən videolar və ya təhlükəsizlik kamerası görüntüləri yarada bilir. Bu nümunələr xüsusilə qeyd olunmalıdır, çünki bu sahədəki yüksək realistik səviyyə saxta videoların yaradılıb, sürətlə yayılmasına şərait yarada bilər. Hazırkı vəziyyətdə Sora, məhsuldar əllərdə möcüzələr yarada bilsə də, “pis” niyyətli insanların əlində yüksək səviyyədə dezinformasiyaya yol aça bilər.
         OpenAI canlı yayımda Sora video hazırlama modelinin artıq tədqiqat mərhələsindən çıxaraq “sora.com” üzərindən istifadəyə açıldığını elan edib. Fevral ayında ilkin versiyası təqdim olunan Sora modeli, süni intellektlə realistik videolar hazırlamaq potensialını nümayiş etdirmişdi. İndi isə bu modelin daha inkişaf etmiş versiyası olan Sora Turbo istifadəyə verildi. Yeni versiya daha sürətli işləmə qabiliyyəti və inkişaf etmiş funksiyaları ilə seçilir. İstifadəçilər sora.com vasitəsilə mətn daxil etməklə 1080p keyfiyyətində20 saniyəyə qədər videolar hazırlaya bilərlər. Sora, ChatGPT Plus istifadəçiləri üçün pulsuz təqdim edilir. Bu plan, ayda 480p keyfiyyətində 50 video hazırlamaq hüququ verir. Daha yüksək keyfiyyət və əlavə funksiyalar istəyənlər üçün isə ChatGPT Pro planı 10 dəfə daha çox istifadə hüququ və 720p-dən yüksək keyfiyyət təklif edir. Xüsusi qiymət paketlərinin isə gələn ilin əvvəlində tətbiq edilməsi planlaşdırılır.
         Sora, yeni bir interfeys ilə gəlir ki, bu da məzmun yaradılmasını asanlaşdırır. Storyboard adlı alət istifadəçilərə hər kadr üçün detallı məlumatlar daxil etməyə imkan verir. Eyni zamanda, format seçimləri ilə videolar geniş ekran, şaquli və ya kvadrat formatlarda hazırlana bilir. İstifadəçilər öz media fayllarını inteqrasiya edərək ya məzmunlarını genişləndirə, ya da tamamilə yeni məzmun yarada bilərlər. Sora-nın inkişafı zamanı təhlükəsizlik və etik istifadəyə xüsusi diqqət yetirilib. Məhz bu, Sora-nın istifadəyə verilməsinin bu qədər uzanmasının əsas səbəblərindən biri olub. Sora-nın yaratdığı bütün videolarda məzmunun mənbəyini şəffaf şəkildə təsdiqləyən C2PA meta məlumatları yerləşdirilib. Bundan əlavə, standart olaraq görünən su nişanları və məzmunun doğrulama alətləri kimi əlavə təhlükəsizlik tədbirləri də tətbiq edilib.
         Xüsusilə zərərli məzmunların, məsələn, uşaqların istismarı ilə bağlı materialların və ya seksual xarakterli deepfake-lərin qarşısının alınmasına da fokuslanılıb. İnsan təsvirlərinin istifadəsinə dair məhdudiyyətlər isə təhlükəsizlik tədbirləri çərçivəsində tədricən genişləndiriləcək. Sora, bu gündən etibarən ABŞ və digər ölkələr də daxil olmaqla bir çox ölkədə ChatGPT abunəçiləri üçün aktiv vəziyyətdədir. Lakin sora.com-da ciddi sıxlığın olduğunu qeyd etmək lazımdır. Bununla yanaşı, Sora ilkin mərhələdə Avropada mövcud olmayacaq. Hazırda isə ChatGPT-nin pulsuz versiyası, Enterprise Edu hesabları Sora-ya daxil ola bilmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    "ChatGPT su ehtiyatlarını istehlak edir, məhsuldar süni intellektə qarşı tədbirlər görülməlidir"
    chatgpt-su-ehtiyatlarini-istehlak-edir-mehsuldar-suni-intellekte-qarsi-tedbirler-gorulmelidir
    Google, hava proqnozunu cəmi 8 dəqiqə ərzində təxmin edə bilən süni intellektini təqdim edib!
    google-hava-proqnozunu-cemi-8-deqiqe-erzinde-texmin-ede-bilen-suni-intellektini-teqdim-edib
    OpenAI şirkətinin o1 adlı süni zəka sistemi nəzarət altından çıxa bilir
    openai-sirketinin-o1-adli-suni-zeka-sistemi-nezaret-altindan-cixa-bilir
    Şəkillərdəki məkanları səyahət edə biləcəyiniz 3D modellərə çevirən süni intellekt aləti təqdim edilib! (VİDEO)
    sekillerdeki-mekanlari-seyahet-ede-bileceyiniz-3d-modellere-ceviren-suni-intellekt-aleti-teqdim-edilib-video
    Google DeepMind bir komanda ilə oynana bilən 3D dünyalar yaradan Genie 2 modelini təqdim edib!
    google-deepmind-bir-komanda-ile-oynana-bilen-3d-dunyalar-yaradan-genie-2-modelini-teqdim-edib