main-post-cover

    OpenAI o3 və o4-mini süni zəka modellərini təqdim edib

    Süni İntellekt
    17.04.2025
    Emil Nəcəfov
         OpenAI şirkəti düşünmə qabiliyyətinin təkmilləşdirilməsinə əsaslanan iki yeni süni zəka modelinin istifadəyə verildiyini elan edib. OpenAI o3 modeli tərtibatçılar tərəfindən “düşünmə qabiliyyətinə malik ən güclü model” kimi təqdim olunur. OpenAI o4-mini isə daha kompakt və sürətli bir modeldir, düşünmə qabiliyyətinə malikdir və öz ölçüsü və dəyəri baxımından təsirli performans nümayiş etdirir. Yeni böyük dil modellərinin əsas xüsusiyyəti onların “şəkillərlə düşünə” bilmələridir, yəni vizual məlumatları birbaşa məntiq zəncirinə inteqrasiya edə bilmələridir. Bu, xüsusilə eskizlərlə və ya elektron lövhələrdəki məzmunla işləyərkən faydalıdır.
         Modellər həmçinin şəkilləri dəyişdirmək, böyütmək, çevirmək və emal zamanı analiz etmək qabiliyyətinə malikdirlər. OpenAI həmçinin bildirib ki, yeni modellər ChatGPT-nin bütün alətlərindən - veb axtarış, şəkil analizi və yaradılması, eləcə də fayl oxuma funksiyalarından istifadə edə bilirlər. Bu funksiyalar bu gündən etibarən o3, o4-minio4-mini-high modellərindən istifadə edən ChatGPT Plus, Pro Team tarif planı abunəçiləri üçün əlçatandır. Ən güclü model olan o3-pro üçün alətlərin dəstəyinin “bir neçə həftə ərzində” əlavə olunması gözlənilir. Bununla yanaşı, o1, o3-mini o3-mini-high modelləri qeyd olunan tarif planları çərçivəsində mərhələli şəkildə istifadədən çıxarılacaq.
    Mənbə: OpenAI
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    İsveçli alimlər süni zəkaya atın bədən dilini öyrədiblər
    isvecli-alimler-suni-zekaya-atin-beden-dilini-oyredibler
    Çində bəzi süni zəka mütəxəssisləri müəmmalı şəkildə vəfat edib
    cinde-bezi-suni-zeka-mutexessisleri-muemmali-sekilde-vefat-edib
    OpenAI öz sosial şəbəkəsini yaratmağı nəzərdən keçirir
    openai-oz-sosial-sebekesini-yaratmagi-nezerden-kecirir
    Google delfinlərlə ünsiyyət üçün DolphinGemma süni zəka modelini yaradıb (VİDEO)
    google-delfinlerle-unsiyyet-ucun-dolphingemma-suni-zeka-modelini-yaradib-video
    Apple süni zəkası üçün istifadəçi məlumatlarını analiz edəcək
    apple-suni-zekasi-ucun-istifadeci-melumatlarini-analiz-edecek