main-post-cover

    Robot tərəfindən hazırlanmış rəsm hərraca çıxarılacaq

    Süni İntellekt
    18.10.2024
    Emil Nəcəfov
         Sotheby’s adlı hərrac evi 31 oktyabr tarixində Digital Art Day Auction adlı online hərracı təşkil edəcək. Baş tutacaq bu online hərrac rəqəmsal incəsənətə həsr edilib. Hərraca çıxarılacaq maraqlı lotlardan biri də süni zəka vasitəsilə çalışan insanabənzər robot tərəfindən hazırlanmış rəsmdir. Rəsm “A.I. God. Portrait of Alan Turing” adlanır. Bu, ilk haldır ki, böyük hərrac evi belə bir lotu satışa çıxarır. Məlumata əsasən sözügedən rəsmin 100 000-150 000 funt sterlinqə satılacağı güzlənilir. Qeyd etmək lazımdır ki, rəsmdə britaniyalı riyaziyyatçı və kriptoqraf Alan Turing əks olunub. O, informatikanın “atası” hesab edilir. Rəsm süni zəka sisteminə sahib Ai-Da adlı robot tərəfindən tərtib edilib. Sözügedən robot 2019-cu ildə Oksford Universitetində hazırlanıb və ingilis riyaziyyatçı Ada Lovelace-ın şərəfinə adlandırılıb. “A.I. God. Portrait of Alan Turing” rəsmi Ai-Da robotu tərəfindən tərtib edilmiş digər 4 rəsm ilə birlikdə bu ilin may ayında BMT-də sərgilənmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    ChatGPT-də bütün məhdudiyyətləri aradan qaldıran "prompt" kəşf edilib!
    chatgpt-de-butun-mehdudiyyetleri-aradan-qaldiran-prompt-kesf-edilib
    Tarixdə ilk dəfə bir universitet "ev tapşırıqlarını süni intellektlə edən tələbəyə" az bal verdiyinə görə, məhkəməlik olub!
    tarixde-ilk-defe-bir-universitet-ev-tapsiriqlarini-suni-intellektle-eden-telebeye-az-bal-verdiyine-gore-mehkemelik-olub
    Mühəndis kimi düşünə bilən süni intellekt hazırlanıb!
    muhendis-kimi-dusune-bilen-suni-intellekt-hazirlanib
    Microsoft Copilot-un tibbi məsləhətləri ölümə səbəb ola bilərlər
    microsoft-copilot-un-tibbi-meslehetleri-olume-sebeb-ola-bilerler
    Gmail hesablarının oğurlanmasına istiqamətlənmiş yeni dələduzluq sxemi aşkar edilib
    gmail-hesablarinin-ogurlanmasina-istiqametlenmis-yeni-deleduzluq-sxemi-askar-edilib