Şimali Koreya aktiv şəkildə süni zəka tədqiqatlarını inkişaf etdirir və hərbi əməliyyatların modelləşdirilməsində machine learning texnologiyalarından istifadə edir. Bu barədə məlumat 38 North adlı analitik mərkəzin hesabatında təqdim edilib. Təqdim edilmiş hesabatın müəllifi Hyuk Kim-in fikrincə sanksiyalar Şimali Koreyanın fərdi süni zəka infrastrukturunun yaradılması imkanını məhdudlaşdırıb.
Lakin ölkə bulud servis xidmətlərini təklif edən şirkətlərdən lazımi resursları kirayəyə götürə bilər. Hyuk Kim öz növbəsində bulud servis xidmətlərini təklif edən şirkətlərə öz müştərilərini ciddi şəkildə yoxlamağı məsləhət görüb. Bunun sayəsində Şimali Koreyanın həmin şirkətlərin resurslarından istifadə imkanı aradan qaldırıla bilər. Mütəxəssislərin fikirlərinə əsasən süni zəka sahəsinə investisiyalar və bulud texnologiyaları ilə bağlı resurslardan istifadə Şimali Koreyanın hərbi potensialını genişləndirə bilər.