main-post-cover

    Apple ən çox süni zəka startapı almış şirkətdir

    Tech-Biznes
    25.01.2024
    Emil Nəcəfov
         Süni zəka sahəsində lider şirkətlər mövzusunda söhbət açılanda Apple şirkətinin digərlərindən geri qaldığını görmək olar. Lakin görünür, Apple əslində bu sahədə böyük anonslar etmədən sakit şəkildə çalışmağa üstünlük verir. Belə ki, məlum olub ki, Apple süni zəka sahəsinə digər bütün şirkətlərdən daha çox investisiya yatırır. PitchBook adlı şirkətin tədqiqatına əsasən Apple digər şirkətlərlə müqayisədə süni zəka sahəsində daha çox startapı əldə edən şirkətdir.
         Məlumatda qeyd edilib ki, 2017-ci ildən başlayaraq Apple 21 ədəd süni zəka startapını əldə edib. İkinci yerdə Accenture adlı konsaltinq şirkəti durur. Bu şirkət 19 ədəd süni zəka startapı əldə edib. Üçüncü pillədə Microsoft (12 ədəd startap) qərarlaşıb. Təqdim edilmiş siyahıdan da görmək olar ki, 2017-ci ildən ən az sayda süni zəka startapını əldə etmiş təmsilçi Google şirkətinin sahibi olan Alphabet holdinqidir. Gözləntilərə əsasən Apple şirkəti süni zəka ilə bağlı yeniliklərini bu il təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple kənar mənbələrdən yüklənəcək tətbiqlərə nəzarət edəcək
    apple-kenar-menbelerden-yuklenecek-tetbiqlere-nezaret-edecek
    iPhone 16 Pro Max-ın əsas arxa kamerası barəsində məlumat verilib
    iphone-16-pro-max-in-esas-arxa-kamerasi-baresinde-melumat-verilib
    Apple smart üzüyünün konseptual fotoları təqdim edilib
    apple-smart-uzuyunun-konseptual-fotolari-teqdim-edilib
    Bugün Apple Macintosh-un 40 yaşı tamam oldu
    bugun-apple-macintosh-un-40-yasi-tamam-oldu
    Apple öz elektromobilini 2028-ci ildə təqdim edə bilər
    apple-oz-elektromobilini-2028-ci-ilde-teqdim-ede-biler