Sony Pictures film və serialların hazırlanmasında süni zəkadan istifadə edəcək
Süni İntellekt
10.06.2024
Emil Nəcəfov
Sony şirkətinə məxsus olub film və televiziya layihələrinin hazırlanması ilə məşğul olan Sony Pictures filmlərin istehsalı prosesində xərclərin aşağı salınması üçün generativ süni zəkadan istifadə etməyi planlaşdırır. Məlumata əsasən şirkət yaxın zamanda film istehsalı proseslərinə süni zəka texnologiyasını mümkün qədər dərin şəkildə inteqrasiya etməyi hədəfləyib. Bu məlumatı Sony Pictures-in CEO-su Anthony Vinciquerra, Yaponiyada investorlarla görüşdə təsdiqləyib. Məlumata əsasən şirkət süni zəka texnologiyasını film istehsalı prosesinə istehsalın optimizasiyası məqsədilə inteqrasiya edəcək.
Daha öncə animasiya filmlərinin yaradılmasına 500 nəfər rəssam və 5 il vaxt lazım olurdu. İndi isə eyni istehsal proseslərinə 10 dəfə daha az zaman ilə resurs sərf edilə bilər. Bununla belə süni zəka texnologiyasının aktiv inteqrasiyası bir çox iş yerinin ixtisar edilməsinə səbəb ola bilər. Bu mövzuda risk altına konsept rəssamlar və vizual effektlər üzrə mütəxəssislər düşürlər. Animasiya filmlərinin hazırlanması sahəsində fəaliyyət göstərən məşhur studiyalardan biri olan DreamWorks-un təsisçisi Jeffrey Katzenberg keçən il proqnozlaşdırmışdı ki, animasiya filmlərinin hazırlanması prosesində süni zəka texnologiyasının istifadəsi öz növbəsində istehsalat xərclərini 90% aşağı salacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
ChatGPT müxtəlif səsləri imitasiya etməyi öyrənib (VİDEO)
ChatGPT müxtəlif səsləri imitasiya etməyi öyrənib (VİDEO)
OpenAI şirkəti GPT-4o adlı yeni süni zəka modeli üçün bir neçə müddət bundan öncə anons edilmiş səsli rejim funksiyasına aid yeni videonu təqdim edib.
Keçmiş OpenAI əməkdaşları şirkətin fəaliyyətini insanlıq üçün təhlükəli hesab edirlər
Keçmiş OpenAI əməkdaşları şirkətin fəaliyyətini insanlıq üçün təhlükəli hesab edirlər
OpenAI şirkətinin keçmiş və hal-hazırki 9 əməkdaşından təşkil edilmiş qrup süni zəka sahəsindəki informatorların qorunmasına çağırışı əks etdirən açıq məktubu bölüşüb.
Intel süni zəka vasitəsilə foto tərtibatı tətbiqini təqdim edib (VİDEO)
Intel süni zəka vasitəsilə foto tərtibatı tətbiqini təqdim edib (VİDEO)
Intel şirkəti Computex 2024 sərgisi çərçivəsində AI Playground adlı tətbiqini təqdim edib. Bu, süni zəka vasitəsilə fotoların tərtibatı üçün nəzərdə tutulmuş tətbiqdir.
Apple-dan sonra Oppo da öz telefonlarına süni intellekt əlavə edəcək!
Apple-dan sonra Oppo da öz telefonlarına süni intellekt əlavə edəcək!
Oppo, ucuz telefonlar da daxil olmaqla, bütün cihazlarına süni intellekt xüsusiyyətləri gətirəcəyini açıqlayıb.
İstənilən səs effektini yarada bilən süni intellekt hazırlanıb!
İstənilən səs effektini yarada bilən süni intellekt hazırlanıb!
Süni intellekt texnologiyalarında söz sahibi olan ElevenLabs, yalnız əmrlərə əsaslanaraq partlayışlar, fasilələr və ya digər səs effektləri yarada bilən süni intellekt sistemi hazırlayıb.
Həftənin xəbərləri
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
WhatsApp-dan göndərilən toy dəvətnamələrinə diqqət edin: Telefonunuz ələ keçirilə bilər!