main-post-cover

    Süni intellekt artıq heç bir müdaxilə olmadan təkbaşına kompüterləri idarə edə bilir!

    Süni İntellekt
    24.10.2024
    Farid Pardashunas

         Anthropic-in Claude AI üçün yeni "kompüter istifadəsi" funksiyası tərtibatçıların istifadəsinə verilib. Adından da göründüyü kimi, bu funksiyanın köməyi ilə süni zəka, kompüteri müstəqil şəkildə idarə edə bilir.

         Microsoft-un Copilot Vision funksiyası və OpenAI-nin ChatGPT üçün masaüstü tətbiqi, kompüterinizin ekranını görməyə əsaslanaraq süni zəka alətlərinin nələr edə biləcəyini artıq göstərmişdi. Google-un Android-dəki Gemini tətbiqi də oxşar bacarıqlara sahibdir. Ancaq Anthropic-in yeni funksiyası, bu imkanları bir addım da irəli apararaq süni zəkaya ekran üzərində aktiv tapşırıqları yerinə yetirmə bacarığı verir.
          Bu addımın necə işə yaradığını aşağıdakı videoda görə bilərsiniz. Anthropic tədqiqatçı Pujaa Rajan, Claude-a Golden Gate körpüsündə günəşin çıxmasını izləmək üçün gəzintiyə çıxmaq istədiyini deyir və süni zəkadan evdən nə vaxt çıxmalı olduğuna dair proqram tərtib etməsini xahiş edir. Ardınca süni zəka bir brauzer açır, günəşin çıxma vaxtlarını və gəzinti yerlərini tapır, Rajan-ın olduğu yerdən səyahət vaxtını hesablayır, sonra isə təqvimi açıb, lazımi məlumatı əlavə edir.
         Anthropic, bu yeni funksiyanın hələ eksperimental mərhələdə olduğunu və bəzi çətinliklər yarada biləcəyini bildirir. Tərtibatçılar "kompüter istifadəsi" funksiyasının səhvlərə meyilli ola biləcəyi və bəzən çətinliklər yarada biləcəyi barədə xəbərdarlıq edirlər. Şirkət, bu funksiyanı erkən mərhələdə rəy toplamaq üçün yayımladığını və imkanların zamanla sürətlə təkmilləşdiriləcəyini ifadə edir. Xüsusilə Claude-un ekranı daim video axını şəklində izləmək əvəzinə ekran görüntülərini birləşdirərək gördüyü üçün bəzi qısa müddətli bildirişləri və ya hərəkətləri qaçırdığı qeyd olunur. Bundan əlavə, Claude-a sosial media ilə əlaqədə olmamaq və seçkilərlə bağlı fəaliyyətlərdən uzaq durmaq üçün bəzi məhdudiyyətlər qoyulduğu bildirilir.
    View post on X
         Məhdudiyyətlərə baxmayaraq, yuxarıdakı video olduqca təsir edicidir. Aşağıdakı şəkil isə Claude-un tələb olunan əməliyyatı yerinə yetirmək üçün bir neçə pəncərədə işlədiyini göstərir. Bunlar nə qədər təsir edici olsa da, şirkətin dediyi kimi, "kompüter istifadəsi" hələ erkən mərhələdədir. Anthropic video nümayişləri edərkən bu məqamı birbaşa təcrübə etmişdir. Süni zəka, Anthropic-in yazmağa çalışdığı kodlaşdırma demosunu dayandırıb, Google-da bəzi mənzərə şəkillərinə baxmağa başlamışdır. Bəlkə də süni zəka da insanlar kimi darıxıb, bəzən Google-da gəzməkdən zövq alır...
         5 və ya 10 il ərzində bu alətin (agent) süni zəkaların rəqəmsal dünyada işlərimizi həll etmək üçün necə əsas vasitələrimizə çevriləcəyini görməmək çətindir. Hər gün saatlarımızı kompüter qarşısında keçiririk və hər gün eyni əməliyyatları eyni şəkildə edirik. Bu cür məşğuliyyətlər gününüzün və ya həyatınızın nə qədərini alır? Bu tapşırıqları etibarlı bir süni zəka köməkçisinə həvalə etmək nə qədər gözəl olardı? Bu həm çox düşündürücü, həm də qorxunc bir məqamdır. Süni zəka olduqca sürətlə irəliləyən bir yük maşını kimidir. Qarşısına çıxan hər şeyi məhv edir və edəcək. İçində olan bizlər isə təhlükəsizlik kəmərlərini möhkəm şəkildə bağlamalıyıq, çünki bu vasitədə əyləc yoxdur.
         Bu arada Claude 3.5 Sonnet modeli, bir çox sənaye standartlarında əhəmiyyətli təkmilləşdirmələr göstərir və əvvəlki versiya ilə eyni sürət və qiymətə təklif olunur. Xüsusilə kod yazma və alət istifadə etmə tapşırıqlarında böyük nailiyyətlər qazanan model, proqram mühəndisliyi testlərində performansını 33.4%-dən 49%-ə artıraraq OpenAI-nin modellərini geridə qoymuşdur. Həmçinin Claude-un pərakəndə sektorunda 69.2%, aviasiya sektorunda isə 46% kimi yüksək uğur faizlərinə çatdığı ifadə edilir. Bu nailiyyətlər Claude-un kodlaşdırma və alət istifadə etmə kimi mürəkkəb tapşırıqlarda gələcəkdə daha da təsirli ola biləcəyinə işarə edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    96% doğruluq payı ilə xərçəng xəstələyini aşkarlaya bilən süni intellekt hazırlanıb!
    96-dogruluq-payi-ile-xerceng-xesteleyini-askarlaya-bilen-suni-intellekt-hazirlanib
    Robot tərəfindən hazırlanmış rəsm hərraca çıxarılacaq
    robot-terefinden-hazirlanmis-resm-herraca-cixarilacaq
    ChatGPT-də bütün məhdudiyyətləri aradan qaldıran "prompt" kəşf edilib!
    chatgpt-de-butun-mehdudiyyetleri-aradan-qaldiran-prompt-kesf-edilib
    Tarixdə ilk dəfə bir universitet "ev tapşırıqlarını süni intellektlə edən tələbəyə" az bal verdiyinə görə, məhkəməlik olub!
    tarixde-ilk-defe-bir-universitet-ev-tapsiriqlarini-suni-intellektle-eden-telebeye-az-bal-verdiyine-gore-mehkemelik-olub
    Mühəndis kimi düşünə bilən süni intellekt hazırlanıb!
    muhendis-kimi-dusune-bilen-suni-intellekt-hazirlanib