
Süni intellekt balonu 2008-ci ildəki daşınmaz əmlak balonundan 4 dəfə böyükdür
Süni İntellekt
06.10.2025
Emil Nəcəfov
MarketWatch saytında dərc olunmuş və Julien Garran tərəfindən yazılmış Macrostrategy Partnership tədqiqat şirkətinin materialında qeyd olunur ki, süni intellekt son onilliklərin ən böyük balonudur. Ekspertin hesablamalarına görə, süni intellekt balonu dotkom dövrünün balonundan 17 dəfə, 2008-ci il qlobal iqtisadi böhranına səbəb olan daşınmaz əmlak bazarındakı balondan isə 4 dəfə daha böyükdür. Mütəxəssisin fikrincə, süni intellekt texnologiyalarının hazırlanmasına və tətbiqinə investisiya qoyan şirkətlərin xərcləri durmadan artır, halbuki bu texnologiyaların genişlənmə həddi artıq çatıb.

Misal olaraq GPT-5 göstərilir - onun yaradılması və saxlanması xərcləri əvvəlki versiya GPT-4 ilə müqayisədə bir neçə dəfə çox olub, lakin imkanlarında nəzərəçarpacaq inkişaf və ya genişlənmə müşahidə edilməyib. Analitik xəbərdarlıq edir ki, süni intellekt balonu partlayarsa, bu, iqtisadiyyata mənfi təsir göstərəcək və nəticələri ağır ola bilər. Onun fikrincə, bu vəziyyət ABŞ hakimiyyətindən xüsusi qərarlar qəbul etməyi tələb edəcək. 2008-ci ildə oxşar hadisələrin yaratdıqları təsirləri nəzərə alsaq, dünya iqtisadiyyatını növbəti böhran gözləyə bilər. Qeyd olunur ki, Julien Garran süni intellekt texnologiyalarının geniş şəkildə tətbiqinə qarşı çıxır və çalışdığı şirkətin müştərilərinə süni intellekt məhsullarına çoxlu vəsait yatırmamağı və ya ümumiyyətlə bu ideyadan imtina etməyi tövsiyə edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
İnternetdə rast gəlinən hər dördüncü press-reliz süni intellekt tərəfindən tərtib edilib

İnternetdə rast gəlinən hər dördüncü press-reliz süni intellekt tərəfindən tərtib edilib
Görünür, süni intellekt artıq öz tətbiq sahəsini tapıb - bu, korporativ mətbuat xidmətləridir. Bu nəticəyə Patterns jurnalında dərc olunmuş tədqiqatın məlumatları əsas verir. Tədqiqatın müəllifləri ChatGPT-nin yaranmasından sonrakı dövrdə korporativ və dövlət qurumları tərəfindən yayımlanan yazılı materialları təhlil ediblər.
Amazon-un qurucusu Jeff Bezos: "Gələcəkdə Yer kürəsi orbitində süni intellekt üçün serverlər quraşdırılacaq"

Amazon-un qurucusu Jeff Bezos: "Gələcəkdə Yer kürəsi orbitində süni intellekt üçün serverlər quraşdırılacaq"
Keçən həftə İtaliyanın Turin şəhərində keçirilmiş texnoloji konfransda çıxış etmiş Amazon şirkətinin qurucusu və keçmiş rəhbəri Jeff Bezos yalnız süni intellekt sahəsinin vəziyyətini və yaxın gələcəyini dəyərləndirməklə kifayətlənməyib, həm də 10-20 il ərzində kosmosda məlumat emalı mərkəzlərinin yaradılmasının mümkün olacağına inamını ifadə edib.
Microsoft: "Süni intellekt bioloji təhlükələr yarada bilir"

Microsoft: "Süni intellekt bioloji təhlükələr yarada bilir"
Süni intellekt artıq müasir müdafiə sistemlərinin tanıya bilmədikləri bioloji təhlükələr yarada bilir. Microsoft tərəfindən aparılmış təcrübə təsdiqləyib ki, kompüter modelləri təhlükəli DNT ardıcıllıqlarını layihələndirə bilir.
Amazon-un təsisçisi Jeff Bezos: "Süni intellekt "sənaye köpüyü"dür, lakin o, cəmiyyət üçün faydalı olacaq

Amazon-un təsisçisi Jeff Bezos: "Süni intellekt "sənaye köpüyü"dür, lakin o, cəmiyyət üçün faydalı olacaq
Süni intellekt hazırda “sənaye köpüyü”nü xatırladır, lakin bu texnologiya realdır və cəmiyyətə əhəmiyyətli fayda gətirəcək. Bu bəyanatı Amazon-un qurucusu Jeff Bezos İtaliyanın Turin şəhərindəki konfransda verib.
Hollywood həmkarlar ittifaqı aktyorları süni intellekt ilə rəqabətdən qorumağı tələb edib

Hollywood həmkarlar ittifaqı aktyorları süni intellekt ilə rəqabətdən qorumağı tələb edib
Süni intellekt vasitəsilə yaradılmış Tilly Norwood adlı sintetik “aktrisa” sənaye daxilində sərt mübahisələrin mövzusu olub: prodüserlər agentliklər və studiyaların buna maraqlarından danışdıqları halda, Hollywood-un həmkarlar ittifaqı SAG-AFTRA bu cür təcrübələri kəskin şəkildə pisləyib.
Həftənin xəbərləri

